Sabirabadın baş həkimi səhiyyə nazirini aldadır IV YAZI
Adi iş günü olmasına baxmayaraq, Sabirabad rayon Mərkəzi Xəstəxanasının burun-boğaz-qulaq (lor) şöbəsinin qapısı bağlı idi, təxminən yarımsaat qapıdan dayansam da, gəlib çıxan olmadı.
Əslində, heç xəstə də yox idi, görünür, onlar artıq şöbəyə gəlib-getməkdən beziblər. Göz xəstəlikləri şöbəsində də belə bir vəziyyətlə rastlaşdıq. Doğrudur, bu şöbədə həkim var idi, amma xəstə gözə dəymirdi. Ümumiyyətlə, xəstəxananın ayrı-ayrı şöbələrindəki bu vəziyyəti çoxları sırf baş həkim Əziz Mikayılovun birbaşa fəaliyyəti ilə əlaqələndirir. Onlar Milliel.az-ın əməkdaşı ilə söhbətdə qeyd etdilər ki, baş həkim Əziz Mikaylovun xəstəxanada tətbiq etdiyi “qanunlar” (daha dəqiq desək, qanunsuzuqlar) həm həkimlərin işə ciddi yanaşmasına əngəl olur, həm də xəstələri buradan qaçırır. Onların dediklərinə görə, xəstəxananın palataları imkanlı və imkansız pasiyentlər üçün olmaqla iki hissəyə bölünmüş və xəstələr “Analiz” edildikdən sonra ciblərinə uyğun olaraq palataya yerləşdirilirlər.İmkanlı xəstələr öz şəxsi hesablarına müalicə alır və onların palataları həqəqətən də “Avropa standartlarına” tam cavab verir.İmkansız xəstələrə isə elə bir xidmət göstərilir ki, onlar ikinci dəfə həmin xəstəxanaya üz tutmurlar.
Yenimeydan.info saytı burada həkimlərin əllərinin işdən soyumasının digər səbəblərini də göstərir. Sayt yazır: Baş həkim xəstəxanada hər tibb bacısından 30-40 manat, həkimlərdən isə 50-100 manat məbləğində aylıq toplanması barədə göstəriş vermişdir. Həmin məbləği verməyən şəxs bir saat da xəstəxanada çalışa bilməz.Buna görə də həkimlərin bəziləri işə gəlməməyi, xəstələri evdə qəbul etməyi üstün tutur. Bu cür qanunsuzluqlara etiraz edən xəstələr və həkimlər baş həkimin göstərişi ilə dözülməz hallarla qarşılaşırlar. Ümumiyyətlə, baş həkimin icad etdiyi qanuna tabe olmayan həkimlər müxtəlif bəhanələrlə sıxışdırılırlar.
Milliel.az-a verilən məlumata görə, Əziz Mikaylovun rayonda səhiyyə sistemində qurduğu bazar qanunlarına hətta Sabirabad rayon icra hakimiyyətinin başçısı da müdaxilə etmək iqtidarında deyil. Redaksiyamıza müraciət edən şəxslər xəstəxanada baş verən bu cür qanunsuzluqlarla bağlı dövlət başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevə müraciət etmək məcburiyyətində qaldıqlarını bildirirlər. Sakinlər deyir: -Dövlət tibb sahəsinə bu qədər vəsait ayrıdığı, ölkə Prezidenti səhiyyə sisteminə xüsusi diqqət və qayğı ilə yanaşdığı bir vaxtda biz sabirabadlılar dövlət səhiyyəsindən istifadə edə bilmirik. Ə.Mikayılov dövlət xəstəxanasını şəxsi müəssisəsinə çevirib, dövlətin ayırdığı vəsaitləri müxtəlif yollarla mənimsəyir və bunun nə qədər belə davam edəcəyini bilən yoxdur.Bu, dövlətə qarşı təxribatdır, xalqı ölkə başçısından narazı salmaqdır.Görünür, Ə.Mikayılov indiki iqtidara qarşı müxalifətdə olarkən edə bilmədiyini, YAP üzvlüyü vəsiqəsindən istifadə etməklə eləmək istəyir. O, səhiyyə nazirini də aldadır. Gənc anaların və uşaqların ölüm faktlarını gizlədir.
Hamam hamam içində
Surra-Axısxa kənd xəstəxanası Sabirabad rayonun kənd tibb müəssislərində vəziyyət daha acınacaqlıdır.
Yolumuzun üstündə olan ilk tibb müəssisəsi Surra-Axısxa kənd xəstəxanasına yönəlirik.15 çarpayılıq xəstəxana guya iki kəndə xidmət edir, amma orada bir nəfər də xəstə görmədik.Bir-birindən 20-30 metr məsafədə yerləşən bu iki köhnə evlərdən birində stasionar müalicə aparıldığını dedilər.Amma xəstəxananın heç mətbəxi yox idi. Yəqin ki, kağız üzərində hər il burada onlarla xəstənin müalicə olunması və filan miqdarda ərzağın məsrəf olunması barədə hesabatlar var. Əslində isə, burada necə deyərlər, yel vurub, yengələr oynayırdı. Şıxlar feldşer-mama məntəqəsi Şıxlar kəndindəki məntəqədə isə cəmi 1 tibb bacısı var (hər halda kənd adamları bizə belə dedi). Biz həmin məntəqənin qapısından iri və qədim bir qıfıl asıldığını gördük.Üstündəki pasdan onun xeyli müddətdən bəri açılmadığı aydın görünürdü. Şıxlar kəndindəki məntəqə kənd kitabxanası ilə eyni yerdə yerləşir. Kənddə qarşılaşdığımız bir nəfər dedi ki, mənim atamın 70 yaşı var, o da deyir ki, bu bina onun atasından qabaq tikilib. Tibb bacısının ardınca adam göndərsək də, onu tapıb gətirə bilən olmadı. Qaratuğay kənd tibb məntəqəsi bəri başdan deyim ki, bütün Sabirabadda gördüyüm yeganə tibb məntəqəsi idi ki, həkimi yerində idi və xəstəsi vardı.Biz məntəqəyə gələndə Vidanə xanım xəstə qəbul eləmişdi. O, pasiyenti müayinə elədikdən sonra bizimlə görüşdü. Şəkər xəstələri ilə bağlı problemlərinin olduğunu bildirdi. Dedi ki, rübdə bir dəfə dərman alırıq, amma bəzi xəstələr şəkərlə bağlı olan digər xəstəliklər üçün də dərmanlar tələb edir ki, buna imkanımız çatmır və ortada narazılıq yaranır. Bu məntəqə də şəraitsiz binada yerləşir.
Moranlı xəstəxanası və paslanmış qıfıl
Moranlı xəstəxanası ikimərtəbəli binada yerləşir.Amma xəstəxananın qapısına paslanmış bir qıfıl vurulmuşdu.Özü də hər iki qapısına.Tualet qəzalı vəziyyətdə idi.Xəstəxananın həyətində qoyunlar və qazlar gəzişirdi. Allah bilir, qapısı ildə bir dəfə açılmayan bu xəstəxananın adı ilə hər il nə qədər pul silinir. Nə isə…
Baş həkimin adamları Səhiyyə Nazirliyini korrupsiyada ittiham edir
Söhbəti uzatmaq istəmirəm, demək olar ki, bütün kənd xəstəxana və məntəqələrdə eyni vəziyyətlə rastlaşdıq.Bilmirik, rayon səhiyyəsi adı ilə hər ay bura nə qədər vəsait xərclənir, amma onu bilirik ki, bu, müəssisələr baş həkim üçün korrupsiya əməlinə şərait yaratmaqdan başqa bir işə yaramır.Əyani təəssürat yaransın deyə, aşağıda bəzi kənd xəstəxana və məntəqələrinin şəkillərini dərc edirik. Yuxarıda qeyd etdik ki, ölkə başçısı səhiyyə sisteminə xüsusi diqqət və qayğı ilə yanaşır.Amma məsuliyyətsizlik üzündən xəstənin sol ayağının əvəzinə sağ ayağı kəsən xəstəxanaların olması heç kəsə sirr deyil.Bu cür cinayətlər nədən qaqynaqlanır?Bizcə, bəzi kadrların yerində olmamasından.Sabirabad Rayon Mərkəzi Xəstəxanası ilə yaxından tanışlıq burada birbaşa dövlət başçısının səhiyyə siyasətinin əleyhinə gedən qüvvələrin olduğunu deməyə əsas verir.Bu adamlar hətta dövlət və ölkə başçısı ilə xalqı üz-üzə qoymaqdan belə çəkinmir.Əziz Mikayılova yaxın adamlardan biri xəstəxanadakı dözülməz vəziyyəti Mərkəzi Xəstəxanaya ayrılan vəsaitin böyük hissəsinin Səhiyyə Nazirliyində mənimsənilməsi ilə əlaqələndirdi. Elə bilirsiniz,- dedi, - büdcədən ayrılan vəsaitin hamısı xəstəxanaya verilir? Ərzaq, dərman, avadanlıq alınması üçün nəzərdə tutulan vəsaitin ancaq 20-25 faizi bura gəlib çıxır. Qalanını nazirlikdə mənimsəyirlər. Belə olan halda Əziz Mikayılov nə edə bilər? O da məcburdur xəstələrdən pul alınmasına göz yumsun. Bəlanın kökünü Səhiyyə Nazirliyində axtarın! Bu, Əziz Mikayılova yaxın olan, daha doğrusu, onun sağ əli hesab olunan və adının çəkilmək istəməməsini israrla bizdən xahiş edən bir xanımın ünvanladığı əsəbi sualıdır.Təbii ki, zamanında biz də bu sualı nazirliyə ünvanlayacağıq. Baş həkimin ətrafına toplanmış adamların yol verdikləri qanunsuzluqlara rayonda heç kim müdaxilə etmək istəmir. Ə.Mikayılov bunu səlahiyyətli orqanları müxtəlif üsullarla susdurdurmaq qüdrəti ilə izah etməyə çalışır (Gələn yazılarımızda həmin üsullar barədə geniş danışacağımızdan, burada o məsələyə üzərində dayanmırıq). Qısası, həkimdən tutmuş qapıçıya qədər hamı sözügedən xəstəxanada at oynadır və həqiqətən də onların hamısı baş həkimə güvəndiyini bildirir. Öz dərdini yuxarı orqanlara bildirmək istəyənlərə isə həmin adamların bir cavabı olur: “Dərdinizi kimə istəyirsinizsə, deyin, mənə heç kim heç nə edə bilməz”. Doğrudanmı belədir? (Növbəti yazımızda məhz bu suala cavab axtaracağıq)
Güney İbrahimi
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- Serbiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
11 may 2026 00:10
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Prezident təqaüdü nə qədərdir (SİYAHI) - Fəlsəfə DOXTURU 200 m, Qarabağ veteranı 80 manat
10 may 2026 17:34
- Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?
10 may 2026 16:12
- Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
8 may 2026 22:43
- Sirus Təbrizliyə həsr edilən -Kəramət Mücahidi- adlı kitabın təqdimatı keçirildi
8 may 2026 01:04
- Prezidentin mükafatlandırdığı 86 yaşlı xalq artisti : Xoş xəbəri eşidəndə namaz üstündə idim, qonaqlıq verəcəm
7 may 2026 23:07
- Kurbanovlar =klanının= yeni qurbanları: Leyla Medical Center və… — Cinayətkar şəbəkənin ən fəalı haqqında yazdıqlarımızın doğruluğu rəsmən təsdiqləndi
6 may 2026 15:30
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
