"İmtahanların pulu olması ilə bağlı Tarif Şurasına müraciət olunacaq" - Məleykə Abbaszadə
"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət edəcək".
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 15-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, sonda hansı qərarın qəbul ediləcəyi onlardan asılı olan iş deyil.
M.Abbaszadə qeyd edib ki, imtahanların pullu olması iştirakçıların sayının azalmasına heç bir təsir göstərməyəcək: "Çünki bu məsələlərlə bağlı çox düşünülmüş qərarlar qəbul olunacaq. Təbii ki, müəyyən sosial ədalət prinsipləri də nəzərə alınacaq və bəzi təbəqələrin imtahanlarda iştirak etmək üçün ayrı qiymət müəyyənləşdiriləcək. Burada müxtəlif təkliflər olacaq. İmtahanın növlərindən asılı olaraq imtahanların qiyməti da fərqlənəcək".
Onun sözlərinə görə, dövlət icra orqanı olaraq əvvəllər dövlət büdcədən TQDK-ya ildə 7 milyon manata yaxın vəsait ayrılırdı: "Bunun təxminən 2 milyonu idarənin saxlanılmasına, qalan 5 milyonu isə imtahanların keçirilməsinə sərf olunurdu. Dövlət İmtahan Mərkəzi isə dövlət tərəfindən yeni bir qurum kimi maliyyələşdirilməyəcək. Bizə sifariş verilən işlərin pulunu sifarişçi özü ödəməlidir. Məsələ ondadır ki, indiyə kimi aparılan imtahanda orta hesabla hər bir abituriyentə ən kütləvi imtahanlarda dövlət 25 manat xərcləyirdi. Bu təbii qəbul olunurdu, çünki dövlət bu pulu ödəyirdi. Amma burada məsuliyyətsizlik də var idi. Çünki imtahana yazılıb gəlməyənlərin sayı çox olur. Aparılan araşdırma nəticəsində məlum olub ki, SAT imtahanlarının qiyməti 100-150 manat, İELTS imtahanlarının qiyməti 225 manatdır, Tükiyənin ali məktəblərinə imtahanların qiyməti 50-60 dollardır".
Dövlət tərəfindən TQDK-ya sifariş verilən imtahanların buraxılış imtahanları olduğunu deyən sədr əlavə edib ki, IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq: "Qalan imtahanları dövlət maliyyələşdirəcək ya yox, biz bunu bilmirik. Biz yalnız hər növ imtahanda hər bir iştirakçıya nə qədər pul xərcləndiyini hesablamışıq. Əgər dövlət həmin imtahanlar üçün pul ayırmasa, bunu başqa hansı formada apara bilərik? Bizim apardığımız imtahan dövlətə az maliyyə vəsaitinə başa gəlirdi. Çünki proqram təminatı əsasən TQDK-nın mütəxəssisləri tərəfindən yazılırdı. Kənardan proqram təminatını sifariş vermirdik. Belə imtahanların qiyməti çox yüksəkdir".
M.Abbaszadə, həmçinin deyib ki, hazırda TQDK-nın işçiləri dövlət qulluqçularının aldığı maaşı alırlar: "Amma Dövlət İmtahan Mərkəzi qeydiyyata düşdükdən sonra heç bir işçinin, mütəxəssislərin maaşı olmayacaq. Bu ilin sonuna qədər TQDK-nın dövlət tərəfindən maliyyələşdirilməsi var. Yanvarın 1-dən isə bizim hansısa işimizlə bağlı heç bir maliyyələşmə yoxdur. Bizə sadəcə 1 milyon pul veriləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq.
"Dövlət təhsil sahəsində böyük işlər görür və neçə illərdir ki, TQDK dövlət tərəfindən maliyyələşdirilib. İndi də yəqin ki, müəyyən sifarişlər əsasında imtahanlar keçiriləcək və bu xidmətlərin bir qismi yenə də vətəndaşlar üçün pulsuz olacaq. Hansı ki, o imtahanlar məcburi deyil. Müəyyən adamlar var ki, TQDK-nı günahlandırmaq üçün fürsət gözləyir" - deyə o, əlavə edib.
NUH.az
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 2026 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 2026 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 2026 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 2026 10:07
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 2026 23:30
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 2026 15:27
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
