“İstəyirik “Narxoz” adı universitetimizin üzərindən götürülsün” - Rektor
İyulun 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov dünyanın nüfuzlu universitetlərinin məzunları ilə görüşüb.
Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, rektor gənclərə UNEC-in fəaliyyət istiqamətləri, strateji hədəfləri və son illərdə əldə edilən nailiyyətlərindən danışıb. Bildirib ki, regionun iqtisad yönümlü ən böyük təhsil ocağı sayılan, dörd dildə təhsil verən UNEC-də tədrisin yeni keyfiyyət standartı olan “Elektron Universitet” modeli tətbiq edilir. Rektor ölkədə ali təhsilin modernləşdirilməsi prosesinə mühüm töhfə verən differensial əmək haqqı sisteminin universitetdə tətbiqindən söz açıb. “İstəyirik “Narxoz” adı universitetimizin üzərindən götürülsün”, deyən Ə.Muradov bu məqsədlə İqtisad Universitetinin brendləşdiyini bildirib: “UNEC (University of Economy) İqtisad Universitetinin brendidir”. Əldə edilən uğurlar bizi sevindirir, amma qane etmir, deyə bildirən rektor universitetin hədəflərini açıqlayıb: “Başlıca məqsədimiz UNEC-i dünya səviyyəli universitetlər sırasında görməkdir. Hədəfə çatmaq üçün UNEC-in gənc kadrlara ehtiyacı var. Bu məqsədlə universitetdə “gənc müəllim” və “gənc professorlar” layihələri həyata keçirilir. Son iki ildə UNEC-ə dünyanın nüfuzlu ali məktəblərinin məzunları olan 200-ə yaxın gənc cəlb edilib və proses bundan sonra da davam etdiriləcək”. Avropanın nüfuzlu universitetlərindən məzun olan və ölkənin dövlət və özəl sektorunda müxtəlif vəzifələrdə çalışan gənclər UNEC-lə əməkdaşlığa maraq göstərdiklərini, universitetdə pedoqoji və inzibati işlərdə çalışmaq niyyətində olduqlarını bildiriblər. Gənclər UNEC-də maliyyə, marketinq, menecment və digər ixtisaslar üzrə Azərbaycan, ingilis və rus dillərində dərs demək istədiklərini bildiriblər. Onlar əsasən Beynəlxalq İqtisadiyyat Məktəbi, UNEC Biznes Məktəbi və SABAH qruplarından dərs deməkdə maraqlı olduqlarını qeyd ediblər. Ə.Muradov bildirib ki, dünya səviyyəli universitetlər sırasına yüksəlməkdə iddialı olan UNEC bacarıqlı gənclərlə əməkdaşlıq etməkdə maraqlıdır. Rektor gənclərlə mütmadi görüşəcəyini, universitetlə bağlı fikirləri dinləməyə hazır olduğunu və ən qısa zamanda onların təkliflərini dəyərləndiriləcəyini bildirib. Qeyd edək ki, UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.
NUH.az
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
6 fevral 2026 17:40
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 2025 20:54
- Rektorun sifarişi ilə qətl işi Ali Məhkəmədə - QƏRAR VERİLDİ
4 dekabr 2025 21:43
- İranda fəlakət: Türkiyədən yardım istədi, təyyarə göndərildi
23 noyabr 2025 08:28
- Deputat Fazil Mustafa : Cəmil Həsənli SİYASİ DƏLƏDUZDUR
10 noyabr 2025 13:11
- Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
20 oktyabr 2025 01:47
- Sabiq nazirdən SENSASİON YAZI - Neçə-neçə vəzifəli şəxsin...
29 sentyabr 2025 01:13
- Azərbaycan üzərindən Gürcüstana 200 KİLO (50 MİLYON DOLLAR ) HEROİN keçirən iranlı həbs olundu
29 sentyabr 2025 00:29
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
