Milli Mətbuatın 141 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirildi

Kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Milli Mətbuatın 141 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin, rayon ictimaiyyətinin iştirakı ilə tədbir-görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlamış və bildirmişdir ki, bu il artıq 141 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur.
Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir. Asif Əsgərov vurğulamışdır ki, dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.
XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə qəzetlər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynamışlar. “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “Təzə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” və digər qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışıblar. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilmiş, respublikanın ictimai-siyasi həyatında fəal rol oynamış, qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilmişdir. Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verib. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Ölkəmizdə Mətbuat Şurası yaradılıb və “Mətbuat haqqında” Qanun qəbul edilmişdir. Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Digər Qanunverici Aktlarında da möhkəmləndirilmiş azadlıqlar – vətəndaşların qanuni yolla informasiya tapmaq, almaq, hazırlamaq,
ötürmək və yaymaq hüquqları dövlət təminatına əsaslanır. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin martında imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir. Nəsimi rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə sıx əməkdaşlıq edir.
Hazırda ölkəmizdə çoxtərəfli mətbuat və informasiya sistemi yaradılmışdır. Cəmiyyətimizin etibarlı media şəbəkəsini yaradan yüzlərlə mətbuat orqanı, agentliklər, saytlar, tele-radio şirkətləri fəaliyyət göstərir. Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır. Dövlətimiz jurnalist əməyini həmişə yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 141 illiyi ilə əlaqədar ölkə başçısının sərəncamına uyğun olaraq respublikanın bölgələrində keçirilən tədbirlər, rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, cənab Prezident İlham Əliyev mətbuat işçılərinin həyat şəraitini yaxşılaşdırılması məqsədi ilə onlara yeni mənzillər verilmişdir. Göstərdiyi diqqət və qayğıya görə cənab Pzrezidentə mətbuat işçiləri adından minnətdarlığını bildirmişdir. Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışmışlar.
Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılmış və Milli Mətbuat günü münasibətilə KİV nümayəndələr Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunmuşdur.
NUH.az
- Uzunömürlülüyün sirri: Alimlərin müəyyən etdiyi 5 əsas amil
20 avqust 2025 08:26
- Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir (FOTO)
18 avqust 2025 23:50
- Trampla Zelenski Ağ Evdə görüşdü (YENİLƏNİB)
18 avqust 2025 22:25
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 2025 12:22
- Yeməklərə qonan milçəklərdən bezmisiniz? - ən sadə üsul, həşəratlar birdəfəlik QAÇACAQ
18 avqust 2025 09:58
- Rəqsanə Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağını vəd edərək 520 MIN DOLLAR
17 avqust 2025 17:05
- Biz yenidən uçurum qarşısındayıq –Heydər Əliyev 50 il əvvəl Oljas Süleymanova nə deyib?
17 avqust 2025 12:26
- Ərdoğanın oğlu Azərbaycana gəldi
17 avqust 2025 09:02
- Putindən Trampa ŞOK TƏLƏB - Rus dili RƏSMİ dil olsun
17 avqust 2025 00:45
- Müğənni Rəqsanə HƏBS EDİLDİ
16 avqust 2025 19:46
- Çin və Hindistan RAZILIĞA GƏLDİ
20 avqust 08:39
- Uzunömürlülüyün sirri: Alimlərin müəyyən etdiyi 5 əsas amil
20 avqust 08:26
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 01:52
- Pezeşkian İrəvandan Minskə getdi
20 avqust 01:15
- NAR nüfuzlu Stevie mükafatına layiq görüldü
20 avqust 00:55
- Fransa Azərbaycana yeni səfir təyin etdi
19 avqust 23:37
- Şair Məmməd İsmayıl vəfat etdi
19 avqust 22:14
- Şəmkirdən Britaniyaya uzanan yol - Azərbaycanlı gəncin uğur hekayəsi
19 avqust 15:32
- Sarayda böyüdü, amma ucuz mağazalardan geyinir - 600 illik ənənəni dəyişəcək ŞAHZADƏ
19 avqust 14:38
- Prezident The Goldman Sachs Group Inc şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul etdi (FOTO)
19 avqust 12:01
- AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO
19 avqust 10:43
- Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib
19 avqust 10:06
- Putin-Zelenski görüşünə hazırlıq başladı: Harda olacaq və tələblər nədir?
19 avqust 09:41
- İran prezidenti İrəvanda Göy Məscidi ziyarət etdi, namaz qıldı
19 avqust 00:34
- Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir (FOTO)
18 avqust 23:47
- Trampla Zelenski Ağ Evdə görüşdü (YENİLƏNİB)
18 avqust 22:25
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 21:38
- Pezeşkian İrəvandadır - Foto
18 avqust 16:34
- Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
18 avqust 16:15
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 12:22
- Azərbaycanın bütün bölgələrində və Bakıda QOYUN və KEÇİ-lər AZALIB
18 avqust 11:30
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 10:16
- Yeməklərə qonan milçəklərdən bezmisiniz? - ən sadə üsul, həşəratlar birdəfəlik QAÇACAQ
18 avqust 09:58
- Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər saxlanıldı
18 avqust 09:43
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
18 avqust 09:30
- Zelenski Vaşinqtondan ilk açıqlama verdi: Krımdan imtina etməyə dəyməzdi...
18 avqust 09:09
- Zelenski Trampla görüşmək üçün ABŞ-a yola düşdü
18 avqust 00:06
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
17 avqust 21:53
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 17:29
- Sabah Avropa liderləri Trampla görüşəcək
17 avqust 17:24