Cahangir Hacıyevdən sensasion sözlər: “Samir Şərifov ifadə verməlidir”
Bu gün "Beynəlxalq Bank işi"nə görə həbs edilənlər hakim qarşısına çıxarılıb. Onlar "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktorları olmuş İlqarAbdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnterSecurity” MMC-nin baş direktoru İbrahimHüseynov və digərləridir.
Təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır. Prosesdə C.Hacıyevin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev vəsatətlər veriblər. Onlar hüquqlarını müfafiə etdiyi şəxsin cinayət işinə xitam verilməsi, şüşə qəfəsdən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini, maliyə naziri Şamil Şərifovun şahid qismində məhkəmədə ifadə verməsi ilə bağlı vəsatət qaldırıb. Vəkillərinin vəsatərlərini dəstəklədiyini və təmin edilməsini istədiyini deyən C.Hacıyev əlavə çıxış edib. O, cinayət işi açılarkən xaricdə olduğunu və müalicə aldığını deyib: “Bir zənglə qayıdıb ölkəyə gəldim. Nə vaxt istintaqa dəvət edilmişəmsə, özüm getmişəm. 11 dəfə istintaqa ifadə vermişəm. Dekabrın 4-də mənim barəmdə həbs qərarı çıxdı. 38 gün “bandotdel”də qanunsuz olaraq saxlanılmışam. Əgər mənim bir günahım olsaydı, vətənə qayıtmazdım. Yanımda əyləşən və digər təqsirləndirlən şəxslərlə birlikdə çalışmışıq. Gördüyümüz işdə də heç bir problem olmayıb. İstintaq qeyri-profesional və qərəzli şəkildə aparılıb. 49 fiziki şəxsə kredit verilməsi ilə bağlı ittiham aktında məlumat yer alır. Kreditlərin hansı trayektoriya üzrə ayrılması, necə ödənilməsi ilə bağlı sənədlər bizim tərəfimizdən təqdim edilib. Bu işdə mənimsəmə olduğu deyilir. Ancaq pulu götürən şəxslərin heç biri pulu kimə- yəni mənə və ya digər təqsirləndirilən şəxslərə verdiyini demir. Burada mənimsəmə hardadır? Beynəlxalq Bankın Audit Komissiyasının üzvrləri Maliyyə Nazirliyinin işçiləri idi. Onlar bankda oturub bütün qərarlara qol çəkirdi. Audit Komissiyasında, Maliyyə Şurasında, Beynəlxalq Bankın İdarə Heyyətində olan şəxslərlə bağlı heç bir hal ittiham aktında qeyd edilməyib. Bunlar mütləq araşdırılmalıdır.
Samir Şərifov özü bu işə cəlb olunmalı və ifadə verməlidir. Hətta özü burada, mənim yanımda əyləşməlidir. Bunu sübut edən faktlarım var. Bəzi kreditlərin ödənilmədiyi deyilir. Lakin həmin kreditlərin ödəniş vaxtı başa çatmamışdı. İndi hamının krediti var. Ölkədə 2 milyon insanın kredit borcu olduğu bilinir. Onda bank sistemini ləğv edib, kredit verənləri tutmaq lazımdır”.
Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib. Proses günün ikinci yarısında davam etdiriləcək. Məhkəmə prosesi ilə bağlı geniş reportajı təqdim edəcəyik.(musavat.com)
NUH.az
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
