"Nazirlər Kabineti buraxılacaq" - Millət vəkili
İqtisadiyyat27 avqust 2016 12:40
Vitse-prezidentlik institutu özünü doğrultduqdan sonra gələcəkdə Nazirlər Kabinetinin ləğvi məsələsinə baxıla bilər.
Bu sözləri axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili indiki məqamda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin önəmini xüsusi vurğulayıb:
“Təxminən 10 ilə yaxındır ki, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması əsas müzakirə obyektidir. Nəhayət, bununla bağlı qərar qəbul edilib, referendum keçiriləcək. Yəni bu prosesdə faktiki olaraq müəyyən sahələr üzrə təyin olunan vitse-prezidentlər konkret cənab Prezidentlə işləyəcəklər. Bu, çevikliyi artırmaq və gedən islahatları sürətləndirmək üçün çox böyük əhəmiyyət daşıyır. Vitse-prezidentlik institutu özünü doğrultduqdan sonra gələcəkdə Nazilər Kabineti buraxıla da bilər. Ancaq sözügedən institut hələlik Azərbaycanda oturuşmadığı üçün Nazirlər Kabinetinin fəaliyyəti müəyyən müddət davam edəcək”.
Millət vəkili Konstitusiyada yaş senzi ilə bağlı məhdudiyyətin götürülməsi barədə referendum layihəsini də müsbət qarşıladığını deyib:
“Hesab edirəm ki, əgər vətəndaşın 18 yaşdan sonra səsvermə hüququ varsa, niyə seçilmək hüququ da olmasın?!”
Millət vəkili Ali Baş Komandanın istənilən vaxt Silahlı Qüvvələrlə bağlı qərar vermək imkanını birmənalı olaraq alqışladığını deyib:
“Prezident Silahlı Qüvvələrlə bağlı prosesə birbaşa özü müdaxilə etməklə mühüm qərarlar verəcək. Azərbaycanda belə bir dəyişikiliyə ehtiyac var”.
Qeyd edək ki, iyulun 18-də Prezident İlham Əliyevin 2212 nömrəli Sərəncamına əsasən, “Konstitusiyada dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilib. Layihənin mətninə bəzi dəyişikliklər edildikdən sonra ölkə Prezidentinin 2016-cı il 26 iyul tarixli 2241 nömrəli Sərəncamı ilə Referendum Aktının layihəsi ümumxalq səsverməsinə çıxarılıb, ümumxalq səsverməsi (referendum) isə 2016-cı il sentyabrın 26-na təyin edilib.
Hazırkı Referendum Aktı 29 bənddən ibarətdir.
NUH.az
Oxşar xəbərlər
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 2026 13:52
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 2026 13:50
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Fəzail Ağamalı vəfat etdi
9 fevral 2026 20:50
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
