“Mənə 117 il də cəza versəz, vecimə deyil” - Cahangir Hacıyevdən son söz
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı ” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda 2 təqsirləndirilən şəxs son söz nitqi ilə çıxış edib.
"İnter Security" Mühafizə Şirkətinin rəhbəri İbrahim Hüseynov deyib ki, heç bir mütəşəkkil dəstənin üzvü olmayıb: "Beynəlxalq banka heç bir aidiyyatım yoxdur. Sadəcə müqavilə əsasında bankın binalarının mühafizəsini təşkil etmişik. Əməkdaşlarımızın adına götürülən kreditlər layihələrə xərclənib və həmin kreditlər tam ödənilib. Yalnız faiz borcları qalıb. Mənimsəmək fikrimiz olsaydı, kreditləri geri qaytarmazdıq. Cənab hakim, barəmdə bəraət hökmü çıxarmağınızı istəyirəm".
Bundan sonra Cahangir Hacıyev son söz nitqi ilə çıxış edib. O deyib ki, istintaq aparılan 1 il 5 ay ərzində mənimsəmə ittihamı sübut edilməyib: "2015-ci ilin aprel ayında xaricdə olarkən 1 zənglə geri qayıtdım. Hansısa cinayət törətsəydim, orda da qalardım. Mayın 2-də barəmdə cinayət işi açılıb və uzun müddət istintaqla əməkdaşlıq etmişəm. Müstəntiqlərə kreditləri, bank işinin əsaslarını öyrədirdim. Dekabrda məni həbs etdilər, qanunsuz olaraq "Bandotdel"də saxlanıldım. Birinci müavinim Emil Mustafayevin mənim haqqımda Baş Prokurorluğa yox, Daxili İşlər Nazirliyinə müraciət etməsi, onu deməyə əsas verir ki, bu iş əvvəldən planlaşdırılıb.
Mən tutulandan sonra bankın xarici borclarının ödənilməsi üçün köməyimi təklif etdim. Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində böyük rolum olub. "Qazprom"la böyük məbləğli saziş imzalamışdım, sonra isə Maliyyə Nazirliyi bu işi pozdu və müqavilə ləğv olundu. Beynəlxalq bankın sərmayələri olan Albaniyadakı zavodlara da həmin nazirlik müdaxilə edəndən sonra 350 milyon dollar ziyan oldu. Mən etdiklərimlə fəxr edirəm. Yaratdığımız iş yerləri bağlandı, minlərlə adamın çörəyi kəsildi. Ailə üzvlərimə qarşı terror etdilər, bacımın bu işlə heç bir əlaqəsi olmasa da, ölkədən çıxışına qadağa qoyuldu. Anam öləndə miras məsələsi zamanı "ASAN Xidmət" heç bir sənədi qəbul etmədi. Londona həyat yoldaşımın arxasıyca bığıburma əməliyyatçılar göndərildi, əllərində apardıqları ittihamı Böyük Britaniya "İnterpol" qəbul etmədi, çünki əsassız idi. Niyə onları gətirə bilmədiz? O vaxt Zakir Nəsirovla Hacı Məmmədov arvadımı qaytarmaq üçün məndən 20 milyon tələb etdilər.
21 cilddən ibarət cinayət işində əleyhimizə 38 nəfərdən ifadə alınıb, amma ortada bir sübut da yoxdu".
Sabiq bankir ailə üzvlərinə verilən kredit kartlarından da danışıb:
"Prokuror tez-tez bu məsələdən danışır. İttihamda yazılıb ki, təyyarə ilə səfərlərə, gözəllik salonlarına 48 milyon dollar xərclənib. Bu absurddur, gərək günün 25 saatını təyyarə ilə uçasan ki, bu qədər pul xərclənsin. Ailəmin xərclədiyi pulların hamısını ödəmişəm. Mənə qarşı olan haqsızlıqların səbəbkarı Samir Şərifovdur, onun istəyi ilə həbs olunmuşam. İstintaqda Ramil Usubov, Zakir Qaralov və maliyyə nazirinin müavini Azər Bayramovla müzakirə aparılıb. Azər Bayramov dedi ki, pulların hamısı kreditlərə yönəldilib. İttihamda qeyd olunan məbləğlərin kimin tərəfindən mənimsənildiyi məlumdur. Mənə 17 yox, 117 il də cəza versəniz, vecimə deyil. Yanımda oturan mənim kimi günahsız adamlara 14 il iş istənilməsi haqsızlıqdır. Maliyyə Nazirliyinin qeyri-rəsmi mətbuat orqanı olan haqqın.az saytı guya mənim villalarım, təyyarələrimin olduğuhaqda məqalə yazıb. Hanı o təyyarələr, villalar? "Azərinşaat"a ayrılan vəsaitdən məhz Samir Şərifov 350 milyon dollar mənimsəyib. Heç bunlar araşdırılmır. Cinayətkarlar çöldə, mən içəridəyəm".
C.Hacıyev məhkəmədən barəsində bəraət hökmünün verilməsini istəyib: "Cinayət işi istintaqa qaytarılsın. İstintaqı aparan müstəntiqlər, prokurorlar barəsində xüsusi qərardad çıxarılsın. Mənimsəmədə əli olan şəxslər həbs edilsin".
Məhkəmə kollegiyası hökm oxumaq üçün müşavirəyə gedib. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
NUH.az
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
