Azerselin Simurq FIRILDAĞI
Hadisə18 oktyabr 2016 11:52
Maraqlıdır ki, abonentin xəbəri olmadan, bir dəfə də olsun bildiriş məktubu göndərilmədən məhkəmə qurulur. Və abonet cərimə olunur... Cərimənin miqdarı o qədər də çox deyil...Sadəcə "Azercell”-in bu qədər özündən razı olması, Azərbaycan qanunlarına TÜPÜRMƏSİ, Azərbaycan vətəndaşlarını aşağılaması, bizi təəccübləndirdiyindən bu fırıldaq mobil operator haqqında araşdırmalara başlayırıq...Və sizlər də bilin və şahidi olun ki, "Azercell” Azərbaycanda hansı oyunlardan çıxır...İnsanların cibinə utanmadan necə girir. Bizim fikrimizcə Azersell nömrələrindən imtina etməyin də vaxtı çatıb, deyilmi. Çox güman ki, bu yaxınlarda redaksiya olaraq "Azercell”-dən imtina kompaniyasına başlayırıq.
Cünki...Azərbaycan qanunlarına hörmət qoymayan "Azercell” mobil operatorundan imtina etməyə dəyər.
Və beləliklə...
Azercell-in fırıldağından milyonlarla insan əziyyət çəkir
Hörmətli Miq.Az saytı! Salam hər vaxtınız xeyir. Əvvəla, sizə Azercell ilə bağlı apardığınız araşdırmalara görə öz dərin təşəkkürümü bildirirəm. Azercell-in fırıldağından milyonlarla insan əziyyət çəkir. Məndə bu mobil operatorun əvvəllər tələsinə düşən Azercell-in keçmiş müştərilərindən biriyəm.
Bəli, bu mobil operatordan kütləvi imtina etmək lazımdır. Necəki məndə artıq 7 aydan çoxdur ki, Azercell-dən həmişəlik imtina etmişəm və heç vaxt bu mobil operatorun xidmətindən istifadə etmərəm. Hesab edirəm ki, Azercell-dən istifadə etmək düzgün deyil, ən azından ona görə ki, pulunun qədrini bilən bu operatordan istifadə etməz! Bahalı tarif siyasəti, müştərilərin soyulması, bərbad keyfiyyət və xidmət səviyyəsi hər kəsi bu mobil operatordan soyudub.Məndə bir vaxtlar ağılsızlıq edib bu operatordan nömrə alıb, 23.11.2015-ci ildə 051 623 35 97nömrəsini alıb Azercell şəbəkəsinə qoşuldum. Elə Azercell-in başıma açdığı bütün oyunlarda bundan sonra başladı. Birincisi, Azercell-də digər mobil operatorlardan fərqli olaraq abunəçi istədiyi tarif paketində nömrə əldə edə bilmir. Bütün nömrələrdə avtomatik olaraq Azercell-im tarifi aktiv olunur. Bu tarifdə Şəbəkədaxili 1 dəqiqə=4 qəpik, Şəbəkəxarici 1 dəqiqə=6 qəpik təşkil edir ki, bu qiymət digər operatorlarla müqayisədə 3-4 dəfə bahadır. Tarifdə hesablama intervalı 1 dəqiqə təşkil edir. Yəni abunəçi şəbəkəxarici istiqamətdə zəng edib 1 dəqiqə 1 saniyə danışırsa, zəng 2 dəqiqə kimi hesablanır və balansdan avtomatik 12 qəpik silinir ki, bu da hiss olunmadan müştərinin 80% itirməsi deməkdir. Adi bir zəngdə müştərini aldadırlar.
Azerselin Simurq FIRILDAĞI
Bundan başqa Azercell bütün nömrələrdə avtomatik Simurq adlanan xidmət avtomatik aktivləşdirir. Bu xidmət çərçivəsində telefonun ekranında müxtəlif məzmunlu Flash SMS-lər daxil olur (Sadəcə telefonun ekranında görsənir). Müştəri bilmədən həmin Flash SMS-i əli ilə təstiq edərsə, avtomatik olaraq anında xidmətdən asılı olaraq müştərinin balansından 55 qəpik, 1 manat 40 qəpik-dən 3 manata qədər, hətta 5 manat pul silinir ki, buda soyğunçuluğun ən pik həddidir. Hətta mən buna Azercell-in həyasızlığı deyərdim. Simurq xidmətini isə gərək Azercell Menyudan deaktiv edəsən.
Yenə də əgər telefonun batareyasını çıxardıb yenidən taxmaq lazım olursa, xidmət yenidən avtomatik aktivləşir. Bundan əlavə mənə gecə gündüz müxtəlif qısa nömrərlərdən reklam xarekterli SMS-lər gəlirdi. Bununla bağlı Azercell-in mənə təqdim etdiyi 5510, 5511 və digər bütün qısa nömrələrə STOP yazıb göndərsəm də, SMS-lər yenə gəlirdi. Bununla bağlı Onlayn Müştəri Xidmətlərinə müraciət etsəm də, Cəmilə, Orxan, Gülüstan adlı təmsilçilər dəfələrlə tərbiyəsizcəsinə əlaqəni kəsirdilər. Məndə həm reklam xarakterli SMS-lər ilə bağlı həm də yuxarıda adını çəkdiyim Cəmilə, Orxan, Gülüstan adlı təmsilçilərdən yazılı şəkildə şikayət etmək üçün Azercell-in Sumqayıt şəhərində Sülh küçəsində yerləşən Müştəri Xidmətlərinə müraciət etdim.
Nərgiz Xıdırova adlı təmsilçiyə bütün baş verənləri izah etdim və yazılı şəkildə şikayət etmək istədiyimi bildirdim. Lakin Nərgiz adlı təmsilçi "Niyə şikayət edirsiniz? İndiki çətin vəziyyətdə bəlkə həm təmsilçiləri işdən çıxartdılar?" deyərək məni yazılı şəkildə şikayət etməkdən çəkindirməyə çalışırdı. Halbuki təmsilçinin məni şikayət etməkdən çəkindirməyə, mənim fikrimə təsir etməyə ixtiyarı yoxdur. Mən isə Nərgiz Xıdırovaya cavabımda: "Bəs mən hər gün əsəb keçirdəndə yaxşıdır? Azercell şəbəkəsinə qoşulan gündən hər gün əsəb, stress keçirdirəm. Hələki yazılı şəkildə sizə şikayət edirəm. Əgər o təmsilçilərlə bağlı şirkətiniz ciddi tədbir görməsə məhkəməyə müraciət edəcəm." dedim. Elə bunu demişdim ki, ofisdə hər kəs Nərgiz xanımdan tutmuş, Azercell-in digər tərbiyəsiz təmsilçiləri mənə gülməyə başladılar. Mən isə əsəbləşib ofisi tərk etdim.
"Mənə gülürdülər" və Azercell-in iç üzü
Bu hadisə bu ilin əvvəllərində olub. Həmin gün mən bu hadisəni yəni Azercell Müştəri Xidmətlərindəki bu rəzaləti əksər xəbər portalları və qəzetlər vasitəsilə ictimailəşdirdim. Əslində elə indi də Google-a daxil olub, Azercell-dən şikayət var: "Mənə gülürdülər" və Azercell-in iç üzü: Müştəri şirkəti ifşa etdi başlıqları ilə dərc olunmuş məqalələri arxivdən görə bilərsiniz. Əslində mənim adım, elektron poçt ünvanım və mobil nömrələrim mətbuata tanışdır. Çünki tez-tez mobil operatorların fırıldaqları ilə bağlı şikayətlərim olub və sizinlə belə bütün şikayətlərimi dərc edən əksər KİV-lərə təşəkkürümü bildirirəm.
Təcili Azercell-dəm imtina etmək lazımdır
Azercell-in Müştəri Xidmətlərindəki bu biabırçılıqdan sonra qərara aldım ki, təcili Azercell-dəm imtina etmək lazımdır. Bilirsiniz ki, 1 fevral 2014-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bütün dünyada, əsasəndə Avropada geniş yayılmış Mobil Nömrələrin Daşınması Xidməti ölkəmizdə tətbiq olundu. Bu xidmət çərçivəsində abunəçi öz nömrəsini (prefiksdə daxil olmaqla 050, 051, 055, 070, 077) saxlamaqla başqa mobil operatora keçə bilər. Bu xidmətin qaydalarına görə abunəçi cari mobil operatorun şəbəkəsindən 90 gün istifadə etməlidir, kredit borcu olmamalıdır, nömrə abunəçinin öz adına olmalıdır və abunəçi ilə bağlı bütün məlumatlar tam düzgün olmalıdır. Mən də 051 623 35 97 nömrəsini Azercell-dən imtina edib, Azerfon(Nar) şəbəkəsinə MND ilə daşımaq üçün Nar-ın Sumqayıtdakı Müştəri Xidmətlərinə müraciət etdim.
Bütün ailə üzvlərim, qohumlarımız, dost-tanışlarım hər kəs Azercell-dən imtina etdi
Azercell-dən fərqli olaraq Nar-ın Müştəri Xidmətlərində mənə çox yüksək xidmət göstərdilər. Hərçənd Azercell hər zaman özünün digər mobil operatorlardan guya yüksək xidmət və yüksək keyfiyyət təqdim etdiyini iddia edir. Lakin bu heç də belə deyil. Nə isə, Nar-dan yeni Sim-Kart alıb və yeni abunə müqaviləsi imzalayıb 26.02.2016-cı il tarixində Nar şəbəkəsinə daşındım. Tək mən yox, mənim bütün ailə üzvlərim, qohumlarımız, dost-tanışlarım hər kəs Azercell-dən imtina edib. Azercell və Azercell-in sərmayədarı TeliaSonera şirkətinin fırıldaqları təkcə ölkə mətbuatında deyil, bütün dünyanın nüfuzlu KİV-ləri tərəfindən ifşa edilib. TeliaSonera-nın və Azercell-in korrupsiya əməlləri bütün dünyaya səs salıb.

ABŞ prokrurluğu TeliaSonera-nın Özbəkistandakı törəməsi Ucell ilə bağlı hələ də təhqiqat aparır. Azercell-in və törəməsi TeliaSonera şirkətinin fırıldaqları ABŞ-ın dünyaca nüfuzlu Bloomberg, The Wall Street Journal, Newsweek, Böyük Britaniyanın Reuters, The Financial Times, Daily Express, Belçikanın Le Soir, İsveçin və Finlandiyanın əksər KİV-lərində işıqlandırılıb. Elə ona görədə TeliaSonera Avrasiya regionundan tez bir zamanda çıxmaq istəyir. Çünki hər an ABŞ və İsveç prokrorluğu TeliaSonera şirkətinin aktivlərinə həbs qoya və ya külli miqdarda TeliaSonera-nı cərimələyə bilər. Ona görədə TeliaSonera tez bir zamanda Asiya regionunda xüsusən də keçmiş SSRİ dövlətlərində olan aktivlərini satmaq istəyir. 2012-ci ildə TeliaSoneranın bütün ölkələrdə ümumi 300 milyondan artıq abunəçisi var idi. Lakin bu gün TeliaSonera-nın cəmi 140 milyon müştərisi qalıb. Azercell-də 2012-ci ildə 4,5 milyon abunəçi ilə mobil rabitə bazarının 55%-dən çoxuna nəzarət edirdi. Lakin bu gün hal hazırda ABŞ-ın dünyaca nüfuzlu Bloomberg agentliyinin xəbərinə görə Azercell-in cəmi 3,7 milyon müştərisi qalıb. Hal-hazırda mobil rabitə bazarının 45%-nə nəzarət edir. Ümid edirəm ki, tez bir zamanda bütün Azercell abunəçiləri Mobil Nömrələrin Daşınması Xidməti vasitəsilə öz nömrələri ilə digər mobil operatorlara keçəcəklər. Hər kəsi Azercell-dən imtina etməyə çağırıram.
Sonda sizin saytı Azercell ilə bağlı apardığınız araşdırmalara görə bir vətəndaş kimi dəstəkləyir və bütün Miq.Az kollketivinə öz dərin təşəkkürümü bildirirəm. Sağolun.
İlkin Məmməkərimov
NUH.az
Oxşar xəbərlər
- Məqsədim BALABANI dünyaya tanıtmaqdır
7 sentyabr 2024 21:45
- General Akif Çovdarov həbsdən çıxan kimi arvadını boşayıb: 69 hektar ərazidə balıqçılıq təsərrüfatı..
6 avqust 2024 13:29
- Etibar Əliyevdən Fransaya sərt etiraz- De Qol dövründən Makron dövrünə qədər pendir növünün sayı kəskin azalıb
25 iyun 2024 14:37
- Moskvada 7 azərbaycanlı bacı-qardaşın ccinayətkar şəbəkəsi- Yaşlı insanları öldürüb evlərini ələ keçiriblər
18 fevral 2024 11:39
- Şah İsmayılın döyüş bayrağının başlığı Astaranın kəndində qorunur (FOTO)
5 yanvar 2024 08:20
- Füzulinin “Bəngü Badə”(Tiryək və Şərab) poeması narkotik və spirtli...
11 noyabr 2022 08:20
- Vəkillər Kollegiyasının Sevil Hacıyeva barəsində MÜRACİƏTİ...
15 oktyabr 2022 14:34
- DTX Rəşid Manafovu da həbs edəcək?
27 fevral 2020 14:22
- “İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır
20 oktyabr 2018 14:12
- Deputat oğlunun şok görüntüləri yayıldı: Kef içində yaşayır (VİDEO)
25 iyul 2018 13:37
Xəbər lenti
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
- Millimiz Gürcüstana 0:6 uduzdu
06 fevral 18:34
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
06 fevral 17:47
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
06 fevral 17:40
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
06 fevral 08:45
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
Video & Fotoqalereya
Video
Fotoqalereya
