“Bu proseslərdən baş açmıram” - Parlamentdə gərginlik
““Bank Standard”da vətəndaşların 560 milyon manata yaxın əmanəti var. 460 milyon manat qorunan, 100 milyon manat qorunmayan pullardır. Bəs indi bu 100 milyon manatın axırı necə olacaq. Bu pullar axı insanların, vətəndaşlarındır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. O, «Kredit büroları haqqında» Qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, indi insanları bank sisteminə inandırmaq çətindir: «Necə ki, vətəndaşları milli valyutamıza inandıra bilmirik. Digər tərəfdən isə banklar bağlanan kimi insanlarımız pis günə qalır. Mən iqtisadçı kimi özüm də bu proseslərdən baş açmıram. Özlərinin nə əməliyyatları varsa, 5-10 gün milli valyutanı möhkəmləndirərək həyata keçirirlər, daha sonra isə milli valyutanı buraxırlar. Axı insanlarla bu cür davranmaq olmaz. 30-40 məktubu elə banklardakı bu cür hallarla bağlı mən şəxsən özüm Rüfət müəllim, sizə göndərmişəm».
Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov isə deputat Vahid Əhmədova bu cür cavab verib: «Bu, bank sirridir. Siz gərək bunu açıb deməyəsiniz».
Cavabında Vahid Əhmədov Rüfət Aslanova bu sözləri deyib: «Burada bank sirri var ki? Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır. Bank rəhbərləri hamısı milyonerdir. Heç birinin bankı bağlansa belə, veclərinə deyil. Olan yenə də sadə vətəndaşlara olur. Dövlət başçısı harada səfərdə olursa deyir ki, dövlət arxanızdadır, kreditləri rahat ala bilərsiniz. Digər tərəfdən isə banklar bu cür neqativ, qanunsuz əməllərlə məşğuldurlar. Hər bankın arxasında müəyyən insanlar dayanır. Amma belə də olmaz axı… «Royal Bank» bağlandı. Bu günə qədər də orada əmanətləri olan insanlar hələ əmanətlərini almayıblar».
Rüfət Aslanlı isə parlamentdə deyib ki, qorunmayan əmanətlərlə bağlı prezidentlə müzakirələr aparılıb: «Qorunmayan, sığortalanmayan əmanətlərlə bağlı bu günlərdə hökumətlə və cənab prezidentlə müzakirələr aparmışıq. Çox güman ki, qanunvericilik buna yol verərsə, bağlanmış banklarda qorunmayan və sığortalanmayan əmanətlərin də vətəndaşlara qaytarılmasını həyata keçirəcəyik».
Bu il Azərbaycanda 11 bankın lisenziyası ləğv edilib. Bu qərarlar, bir qayda olaraq, bankların öz öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.
NUH.az
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Parlamentdə 1 dəqiqəlik sükut
24 fevral 2026 13:01
- 15 yaşadək uşaqlara sosial şəbəkələr qadağası
25 yanvar 2026 13:52
- İran kökündən dəyişir? - Təbrizli yazar danışır
7 yanvar 2026 00:24
- Nyu Yorkun müsəlman meri: Trampa zəng etdim və dedim, bunu səhv eləmisən - VİDEO
5 yanvar 2026 14:35
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
4 yanvar 2026 13:26
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 2025 09:02
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
