Nazir vətəndaşlarla görüşdü - Fotolar
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Masallı şəhərindəki Heydər ƏliyevMərkəzində Lənkəran şəhər, Masallı, Cəlilabad, Astara, Lerik, və Yardımlı rayonlarından vətəndaşları qəbul edib.
"Qafqazinfo" xəbər verir ki, görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.
Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda sakinlərin yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni irsin qorunması, turizmin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Lənkəran şəhərindən qəbula yazılan vətəndaşlar Bəlləbur qalasında arxeoloji tədqiqat işlərinin aparılması, kitabxanaların Milli Qəhrəmanlar haqqında ədəbiyyatla zənginləşdirilməsi, mədəniyyət evi və klubun əyani vasitələrlə təmin olunmasına köməklik göstərilməsini xahiş ediblər.
Masallı sakinləri tərəfindən rayonda milli geyimlər festivalının, eləcə də uşaq musiqi və incəsənət məktəbləri arasında zona festivallarının təşkili, bölgələrdəki dövlət dram teatrlarında rayonların xalq teatrları kollektivlərinin çıxışlarına şərait yaradılması barədə müraciətlər edilib.
Cəlilabaddan qəbula gələn sakinlər rayon ərazisindəki Polutəpə arxeoloji məkanında aparılan tədqiqat işlərinin başa çatdırılması, kitabxanalara texniki avadanlıqların verilməsi ilə bağlı xahişlərini diqqətə çatdırıblar.
Astara sakinlərinin turizm sahəsində fəaliyyət göstərən təhsil müəssisələri ilə turizm obyektləri arasında əməkdaşlığın qurulması, rayon uşaq musiqi məktəbində instrumental ifaçılıq və muğam dərslərinin tədrisinin təkmilləşdirilməsi və digər məsələlərə dair müraciətləri səslənib.
Lerikdəki Uzunömürlülər muzeyində digər bölgələrimizin uzunömürlü insanları haqqında da məlumat guşəsinin yaradılması, Buzeyir qalasının turizm marşrutuna daxil edilməsi, habelə Yardımlı rayonu ərazisində tarix-mədəniyyət qoruğunun yaradılması, ölkə ərazisindəki tarix və mədəniyyət abidələri barədə geniş məlumatı əks etdirən fotoalbomun hazırlanması, kənd kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müraciətlər də olub.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı məsələlərlə bağlı müvafiq göstərişlər verib.
NUH.az



- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 2025 14:56
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 2025 23:10
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 2025 11:16
- İlham Əliyevin Robert Fiko ilə təkbətək görüşü oldu (YENİLƏNİB)
9 dekabr 2025 20:01
- İlham Əliyevlə Peter Pelleqrini arasında geniş tərkibdə görüş oldu
8 dekabr 2025 22:55
- Bahalı beynəlxalq tədbirlərin keçirilməsinə 239 MİLYON, ELMƏ İSƏ...- Qüdrət Həsənquliyev
7 dekabr 2025 19:21
- İsanın doğulduğu şəhərə Milad qayıtdı - Fotolar
7 dekabr 2025 18:44
- Prezident Qırğızıstan nümayəndə heyətini qəbul etdi - Fotolar
7 dekabr 2025 13:35
- Ağdamda Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edildi - Fotolar
6 dekabr 2025 23:47
- Tramp İlham Əliyevə təşəkkür etdi
6 dekabr 2025 21:47
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
