Qonaqkənddə 70 ev təhlükədədir, hər an faciə baş verə bilər
Bildiyimiz kimi, Qubanın ən qədim kəndlərindən biri hesab olunan Qonaqkənd Vəlvələ çayının yanında yerləşir.
Bu səbəbdən, yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da qəsəbə üçün həmişə təhlükə yaradır. Lakin son günlər bu təhlükə daha da artıb. Vəziyyət o qədər kritikləşib ki, hətta bu yaxınlarda Bakı-Quba-Rusiya yolunun Vəlvələ kəndinin yaxınlığından keçən Vəlvələ çayının üzərindəki Vəlvələ körpüsünün beton dirəklərinini belə sel yuyub.
Qonaqkənd sakini Niyatulla Məhərrəm oğlu Orucovun Qaynarinfo.Az-a verdiyi məlumata görə, son günlər yağan güclü yağışlar və əriyən qarın nəticəsində çayın səviyyəsi xeyli qalxıb, evlərin hasarlarına çatıb və hətta həyatyanı səhələrə dolub .Ən acınacaqlısı isə selin qəsəbədə yaşayan 1500-dən çox insanın təsərrüfatına vurduğu ziyan yox, birbaşa onların həyatına təhlükə yaratmasıdır. Kənd sakinləri bildirirlər ki, onlar dəfələrlə məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etsələr də, ciddi heç bir tədbir görülmür. Halbuki real vəziyyət ərazinin relyefinin mürəkkəb olmasına baxmayaraq, təxirəsalınmaz tədbirlərin görülməsinə tələb edir.
Niyatulla Orucov bildirir ki, sürüşmə nəticəsində keçmiş Atuş kəndi ərazində Vəlvələ çayının qabağı “boğulub” və çayın məcrası genişlənib, suyun da səviyyəsi qalxıb. Kənd sakini deyir ki, son zamanlar qəsəbə sakinlərinin çoxu selin qəsəbəni basması təhlükəsindən səksəkə içindədir:
"Hər an faicə baş verə bilər, camaat su içində qala bilər. Sentyabr ayının 2-si, 24-ü,17-si,oktyabr ayının isə 13-ü,15-i ,17-si çayın səviyyəsi artıq evlərə çatmışdır. Elə ilk təhlükə zamanı - sentyabr ayı mən Fövqəladə Hallar Nazirliyinə sel təhlükəsi ilə bağlı teleqaram vurdum. Onlar da teleqramı nazirliyin nəzdində olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yönəldib və bir müddətdən sonra mənə qəliz və qeyri-konkret bir cavab məktubu gəldi, hansı ki, bu cavabdan normal heç nə başa düşmək olmur. Cavabdan ümumən belə başa düşmək olur ki, onlar nəsə tədbir görməyə tələsmirlər,daha doğrusu istəmirlər.Elə bil biz A-dan danışırıq, onlar bizə B-dən nağıl danışırlar. Halbuki təhlükə vəziyyətində yaşayırıq və dediyim kimi hər an faciə baş verə bilər. Bu cür laqeyd cavaba görə, biz təzədən Fövqəladə Hallar Nazirliyinə məktub yazdıq. Ancaq reallıq odur ki, qəsəbə sakinlərinin bu halla üz-üzədir, ancaq onların veclərinə deyil. Yerli bələdiyyəyə də, Quba İcra Hakimiyyətinə də vəziyyətlə bağlı dəfələrlə məlumat verilib. Ancaq yerli orqanlar hər dəfə deyirlər ki,məsələdən məlumatlıyıq. Gəlib baxıblar da. Amma icra hakimiyyətindən bildirilir ki, onların yetərincə texnikası yoxdur və bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Bizim isə istəyimiz odur ki, ya çayın qabağına qoruyucu bənd çəksinlər ki, biz evimizdə rahat yaşaya bilək ,ya da bizi buradan köçürsünlər. Çünki bu vəziyyətdə ,özü də payız-qış aylarında hər gün, hər saat həyacan içində yaşayırıq. Əgər bizim imkanımız olsa idi, biz özümüz nəsə bir tədbir görərdik, amma bizim belə imkanımız yoxdur. Allahın ümidinə qalmışıq... ".
Məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun nümayəndəsi Tarıyel İbrahimov Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, yaranmış vəziyyətlə bağlı məlumatları var:
"Həmin ərazi ilə bağlı məlumatımız var. Ancaq deyildiyi kimi, vəziyyət o qədər də dəhşət deyil. Yəni bu məsələni kənd sakinləri şişirdir. Quba-Qonaqkənd-Şamaxı rayonlararası yeni avtomobil yolu salınır. Bildiyiniz kimi, bu lahiyə çərçivəsində körpülərin təmiri, yeni bəndlərin qurulması və digər işlər görüləcək. Məsələ diqqətimizdədir və bununla bağlı lazımı tədbirlər görüləcək".
NUH.az
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Təzyiqi salan təbii güc - dərman yox, banan!
22 fevral 2026 21:26
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
- Təbrizə də zərbələr endirildi
28 fevral 16:11
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 15:41
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 15:14
- İsraillə ABŞ İrana zərbə endirdi
28 fevral 14:54
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 23:21
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 11:10
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 11:04
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 22:38
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 22:21
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 22:18
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 13:36
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 13:31
