Dünya liderləri hansı içkiyə daha çox üstünlük verirlər?
Maraqlı31 oktyabr 2016 10:28
Alkoqollu içkilərin gərginliyi və yorğunluğu aradan qaldırılması ilə bağlı fərziyyələri nəzərə alsaq, belə düşünmək olar ki, gərgin iş rejimində işləyən dünya liderləri, siyasətçilər üçün içki içməyə həmişə bəhanə var.

Digər tərəfdən rəsmi və qeyri-rəsmi qonaqların qəbulu, ziyafətlər də qədəhləri bir-birinə vurmaq üçün ən yaxşı bəhanələrdən biridir. Bəs liderlər hansı içkiyə daha çox üstünlük verirlər?
Bununla bağlı kiçik araşdırmanı təqdim edirik:
Böyük Britaniyanın baş naziri Devid Kemeron tünd pivələrə üstünlük verir. Baş nazirin ən çox sevdiyi pivə 1759-cu ildən Londonda istehsal olunan "Ginnes” pivəsidir.

Fransa prezidenti Fransua Olland öz ölkəsində istehsal olunan şərabı yüksək qiymətləndirir. "Fransa şərabının ətri məni heyran edir” deyən prezident rəsmi qəbullarda, ailəsi və dostları ilə birgə əlamətdar günləri qeyd edəndə yerli şərab içməkdən zövq alır.

Rusiya prezidenti Vladimir Putin alkoqollu içkilərə münasibətdə öz xalqının zövqü ilə uyğunlaşa bilmir. Arağın daha çox istifadə olduğu Rusiyada prezident pivəyə üstünlük verir. Almaniyaya səfəri zamanı bu ölkənin istehsal etdiyi pivənin dadına baxanda Putin spirtli içkilər arasında pivəni yüksək qiymətləndirib.

Rusiyanın baş naziri Dmitri Medvedev öz gərginliyini və yorğunluğunu çıxarmaq üçün şərab içməyi məqsədəuyğun sayır. Baş nazir 2011-ci ildə alkoqolizmə qarşı mübarizədə, daha tünd içkilərdən, xüsusilə araqdan uzaqlaşmaq üçün şərabdan istifadə etməyi təklif edib.

Almaniya kansleri Angela Merkelin ziyafətlərin birində xidmətçinin səliqəsizliyi ucbatından kürəyinə bir dolu parç pivənin tökülməsinə baxmayaraq, siyasətçi xanım içkilər sırasında pivəyə daha çox üstünlük verir.

Çinin sabiq dövlət başçısı Xu Tszintao istirahət vaxtlarında şərab içməkdən zövq alır. 2011-ci ildə Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olarkən Barak Obamanın Çin liderinə verdiyi ziyafətdə süfrəyə qoyulmuş şərabın qiyməti səhərisi gün 115 dollardan 350 dollara qalxıb.

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç alkoqol içkilər sırasında arağa üstünlük verir. Eks-prezident birinci qədəhdən sonra "zakuska” etməyi sevmir və hətta bunu jurnalistlərə nümayiş etdirməkdən də çəkinməyib. Yəqin ki, o öz ənənəsini prezidentlik dövründən sonra davam etdirmək arzusundadır.

Amerika prezidenti Barak Obama pivə içməyə üstünlük verir. Hətta prezident özü də pivə hazırlayır və bu məşğuliyyətdən zövq alır. (Modern.az)

NUH.az
Oxşar xəbərlər
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 2026 12:26
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
Xəbər lenti
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
