Zəngilansız zəngilanlı tanınmışların ACILI-ŞİRİNLİ HEKAYƏLƏRİ - FOTO/VİDEO

Mənim də jurnalistlik qismətimdə Zəngilansız Zəngilandan yazmaq, Zəngilansız zəngilanlıları utandırmaq varmış. Çünki bu yazını yazmaq o qədər də asan olmadı. Hansına üz tutdum, hamısı bir ağızdan “danışmağa utanırıq, o torpağa ki, ayaq basa bilmirik, o torpağın ki, suyundan içib, havasından udub, qucağına sığınıb, başına sığal çəkə bilmirik, hansı üzlə danışaq”, - dedilər. Amma ürəklərinə daş bağlayıb danışdılar…
1993-cü il oktyabrın 29-da işğal edilən, Qarabağ savaşında 188 şəhid verən, Bakı və Sumqayıt da daxil olmaqla 47 rayonda pərən-pərən düşən zəngilanlılar qulağınız bizdə olsun. Yaranızın qaysağını qopardığım üçün siz Allah, məni bağışlayın.
“Deyirdi ki, gəlin kəndə Babaliyə gedək”
Qulu Məhərrəmli, tanınmış jurnalist, professor:
- Mən kəndimizi xarakterizə eləyəndə həmişə gözümün qabağına insanların sadəliyi, doğmalığı, istiqanlılığı gəlir. Qaçqın həyatı yaşayırlar, amma yenə də o adamlarla görüşəndə ilk təmasdan həmin istiliyi hiss edirsən. Düzdür, soluxublar, bir az gözlərinin işığı azalıb, yaşlanıblar, saçları ağarıb, ancaq yenə o doğmalığı saxlayıblar.
Ömrünün sonuna yaxın anam yaddaşını itirmişdi, yalnız torpaq yaddaşı qalmışdı. Qəfildən dururdu ayağa, deyirdi ki, gəlin kəndə Babaliyə gedək. Bu, bizə həddən artıq pis təsir edirdi. İnsan hətta ən ağır vaxtında belə yaddaşının çox hissələri qapansa belə, torpaq, uşaqlıq yaddaşı, üstündə doğulduğu, böyüdüyü torpağa aid olan yaddaş hissi çox təmiz, toxunulmamış, təravətli qalır.
“Ən son evimizdən çıxarkən divarlarını öpmüşdüm”
Filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürova :
- Yadımda müharibənin törətdiyi fəsadlar qalıb. Ermənilərin rayonu atəşə tutduğu zaman zirzəmilərdə səhərə qədər gecələməyimiz yadımdan çıxmaz. Zəngilan işğalın son günündə çox itki verdi. Elə şəhidlərimiz oldu ki, onları aparıb məzarlıqda dəfn etməyə düşmən macal vermədi. Şəhidlər var idi ki, yaşadıqları evin həyətində sonuncu gün dəfn olundu. Ən son evimizdən çıxarkən divarlarını öpmüşdüm.
Zəngilan mətbəxindən də danışım: Zəngilanlılar ən çox ətdən hazırlanan yeməkləri xoşlayırlar. Özəl yeməklərindən plovun növlərini deyə bilərəm. Göyərtilə hazırlanan plova “Çilav” deyirlər. Qatıqla yeyirdilər bunu. Çay maşı (balaca lobya – C.) ilə bişirilən aşa “Maşlı aş” deyirdilər. Plovun dibinə də toyuq döşəyirdilər, çox dadlı olurdu. Həmin bu balaca maşdan ətsiz dolma da bişirənlər olurdu ki, bu xörəyin adı “Yalançı dolma” adlanırdı.
“Deyirdi, məni Zəngilana - qəzaya düşdüyüm yerə aparın”
Ceyhun Musaoğlu, jurnalist:
- Bakıda hərbi xidmətdə idim. Radiodan eşitdim ki, düşmən Zəngilanı da işğal etdi. Evimizlə əlaqə saxladım, hamı bizim Mehdiabaddakı ikiotaqlı evimizə sığınmışdı. Əmim yaralanmışdı. Bibim qaçqın düşərkən qəzaya uğrayıb onurğasını sındırmışdı, 20 il yataq xəstəsi oldu, sonra öldü. Öləndə 45 yaşı vardı. Dünyanın bütün həkimlərinə göstərdilər. Deyirdi, məni Zəngilana - qəzaya düşdüyüm yerə aparın, orada sağalacam, ayağa duracam. Apara bilmədik, özü getdi - cismi Mehdiabaddakı torpağın altına, ruhu Zəngilana.
Uşaqlığımın hissələri arasında Zəngilanın xüsusi yeri var. Oxçu çayında çimmək hər günümüzün arzusu idi. Çaydan qayıdanda çubuqla döyüləcəyimizi bildiyimiz halda yenə gedirdik. Nənəm barmağı ilə qolumuzda cız açırdı, bununla çayda çimib-çimmədiyimiz yoxlayırdı. Çimmişdiksə, qolumuza lilin xətti düşürdü. Vəssalam, bir-iki çubuq yeyəndən sonra yatmağa yollanırdıq. Qəribədir, bu gündən baxanda o günlərdə nə qədər xoşbəxt olduğumuzu görürəm. Ən böyük arzumuz “somakat” düzəltmək, bilyard oynamaq, çayda çimmək idi. Hamısını da həyata keçirirdik. Üç arzunun üçünə də çatırdıq. İndi min arzumuz var, biri də həyata keçmir.
Babamgilin evi iki mərtəbəliydi. Zəngilanda iki mərtəbəli ev az idi. Deyirdilər ki, üç mərtəbə tikmək ümumiyyətlə düzgün deyil, torpaq yumuşaqdı, ev uça bilər. Ancaq işğala bir neçə il qalmış əmim 3 mərtəbəli ev tikdirdi. Və qaldı ermənilərə. Babamgilin evini nənəmlə babam tikmişdi. Çay daşlarından. Babam daş verib, nənəm hörüb. Gopa bənzəyir, eləmi? Amma həqiqətdir. Daşları çaydan əmilərim, bibilərim daşıyıb. 4 bibim və 3 əmim hamısı ali savad aldı. Atam iki universiteti qırmızı diplomla bitirdi. Kasıb yaşayırdılar. Babam Böyük Vətən Müharibəsi əlili idi. Əl və ayaq barmaqlarını don vurmuşdu. Zəngilandan danışanda daha çox bir süfrə arxasında çörək yediyimizi xatırlayıram. Hamı yerdə bardaş qurub oturardı, babamdan başqa. O, stolun başında tək otururdu. Əvvəl-əvvəl məni də stolda oturmağa icazə verdilər, qonaq idim ona görə, sonra gördüm qara qarğaya oxşayıram, düşdüm yerə”.
Bilirəm ki, nə vaxtsa Zəngilanı qaytaracaqlar. 7 rayon onsuz da qaytarılmaq üçün alınıb. İlk getdiyim yer Oxçu çayı olacaq. Gecəni də orada qalacam. Xoşbəxt onda olaram ki, gecəni də orada ölüm. Hərə bir yerdə mütləq öləcək. Kaş bütün zəngilanlılar, Oxçu çayının kənarındakı daşların üstündə ölsün. Eləcə uzansın, başını daşa qoyub ömrünü sona çatdırsın. Əlbəttə Allahın verdiyi ömrü tam və ləyaqətlə yaşayandan sonra.
“Hamımız Araza girdik, ölən öldü, qalan da…”
Zəminə Əliyeva, jurnalist:
- Onda mənim 12 yaşım var idi… Müxtəlif istiqamətlərdə döyüşlər getsə də, könüllülərin bu fədakarlığı bizim torpaqları işğal zəncirinin halqasına çevirməkdən xilas edə bilmədi. Oktyabrın 26-ını heç unuda bilmirəm. Zəngilan artıq mühasirədə, əhali çaşqın vəziyyətdə idi. 6 aydır qaranlıqda yaşayan əhali üstəlik mühasirədə də qalmışdı. İranla danışıqlar nəticəsində sərhədlər açıldı və Arazı keçməklə bizi müşayiət edən güllə yağışından uzaqlaşa bildik. Arazın o tayı, bu tayı anlayışı da öz təsirini itirmişdi o zaman. Hamımız Araza girdik, ölən öldü, qalan da…
Top mərmiləri altında əhalinin götürə biləcəyi yük ancaq canı idi. Amma maşının yük yerində olanların da neçəsi suya düşüb boğuldu. Camaat Zəngilanı tərk etmək istəməsə də, buna məcbur idi. Oktyabrın 28-də yağan yağışlardan sonra isə Araz daşmışdı. Tanklar Arazı keçəndə və Araz boyu yanan torpaqları gördükcə ağlayırdım.
Mənim yaddaşıma mismarlanan isə bir toy mənzərəsidir. O toyda ki, bir sinfin oğlanları qol açıb oynayırdı. Və çox keçmədən onların hamısı vəhşiliklə qətlə yetirildilər. Bir yerdə şənləndik, amma ayrı-ayrı faciəli xəbərləri gəldi. Bu barədə xatirələrimi “Sarı torpaq qoxusu” adlı yazımda ifadə etməyə çalışmışam.
Xaricdə yaşayan qohumlarımız vasitəsilə kəndimizin dağılmış təsvirlərini əldə etmişdik və mən 2004-cü il 8 mart günündə bu kadrlar əsasında material hazırlamışdım. Nə kənddən, nə də qəbiristanlıqdan əsər-əlamət var idi. Ölülərimizin ruhunu, xatirəsini mərmər daşlarla birgə satışa çıxarmışdılar. Anamın qəbrini təsvirlərdə axtarsam da tapa bilmədim. Birdən, gözüm təsadüfən yerdə sınıb qalmış daşa və onun üzərinə yazılmış sözlərə sataşır. Acgözlüklə oxudum:
Acgözlüklə oxumağa çalışıram.
Apardı yaman qəm kədər məni
Apardı Günəş bu səhər məni
Mənim də ömrümü sən yaşa qızım.
Yad edib bu qədər ağlama məni.
Beləcə daşlaşmış sözlərlə anamın dağılmış məzarını tapdım.
O yerlərdə çəkdirdiyim şəkillər olub, amma qeyri-adi bir vəziyyətdə oradan çıxanda heç bir şəkil götürə bilməmişəm.
“Bağışla məni ata!”
Afət Telmanqızı, jurnalist:
- Üşüyürəm. Sənsiz çox darıxıram. Nə səsim yetir, nə əlim çatır. 23 ildir yolları, izləri itirmişəm. Ziyarətinə gelə bilmirəm sənin. 23 ildir görmürəm səni. Bağışla məni, əgər bağışlamaq mümkündürsə. Bakıda dünyaya gəlsəm də, burada boya-başa çatsam da, qəlbimdə hər zaman Zəngilan sevgisi, beynimdə “tətil başlasaydı, Zəngilana gedərdim” fikri oldu. Beləcə, 14 il yay ayları valideynlərimlə Zəngilana yol aldım. Bu yolun isə 14-ündə bitəcəyini heç ağlıma da gətirmədim. Bu soyuq payız günü, onu itirəcəyimizi haradan bilərdim. O gün heç yadımdan çıxmayacaq. Qardaşımın Türkiyə universitetərindən birinə, mənim isə Bakı Dövlət Universitetinə qəbul olunma xəbərimin sevincini gözdolusu yaşamaq həvəsimiz bir anda yarıda qaldı. O acı xəbər gəldi. Anamın hönkürtüsü, otaqda var-gəl etməsi, bu gün də gözlərimdə donub qalıb. Axı hər kəsimiz o tayda qalmışdı. Torpağımıza düşmən ayağı dəymişdi. Zəngilan mühasirədə idi. Hamı əlin üzmüşdü ondan. Zəngilan tək qalmışdı. Araz çayı yeganə çıxış yoluydu. İran tərəfi ilə aparılan danışıqlar nəticəsində çay üzərindəki bənddə suyun bağlanması 30 mindən çox insanın qurtuluşu oldu. Zəngilan son anadək savaşdı. 188 şəhid verdi. Zəngilan sonuncu işğal edilən rayon oldu. Mən o gün tək ata-ana yurdumu itirmədim, orada məzarını qoyub gəldiyim əzizlərimi ziyarət haqqını itirdim. Atamın, nənəmin, babamın əmimin məzarlarını ziyarət etmək haqqını itirdim. Atamla dərdləşmək istəyirəm, amma bunu edə bilmirəm. Qəlbim sızlayır, nə vaxtadək yuxuda atamın qəbrinin uçurulduğunu görüb hıçqırtı ilə yuxudan ayılacam. 23 il çox oldu axı. Bağışla məni ata, bağışla məni Ata yurdum!
… Zəngilanlılar danışdıqcı nə vaxtsa o gözəl bölgədə olmamağıma görə təəssüflənirəm. Amma ümidim daha çoxdur. Bilirəm ki, o yerlər alınacaq və jurnalist həmkarlarımla bərabər Zəngilana yol alacağıq. İnşallah!
Cəvahir Səlimqızı
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 2025 22:58
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 2025 18:45
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 2025 22:19
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 2025 10:58
- Sahil qəsəbəsi yaxınlığında vulkan püskürdü (FOTO)
11 oktyabr 2025 09:34
- Bakıda dəhşətli QƏTL: Qonşunun arvadına təcavüz edən kişini öldürüb,quyuda basdırdılar - VİDEO
9 oktyabr 2025 22:03
- Prezident Tacikistana səfərə getdi (FOTO)
9 oktyabr 2025 14:31
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
8 oktyabr 2025 21:37
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
8 oktyabr 2025 02:20
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
- Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA
12 oktyabr 00:35
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 22:05
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 20:31
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38