Mahmudov ifadə verdi - “Heç nədən xəbərim olmayıb”

Ləğv edilmiş Milli Təhülkəsizlik Nazirliyinin generalı Akif Çovdarovun ittiham olunduğu epiozodlardan biri, dövlət büdcəsinin mənimsənilməsi işi üzrə sabiq nazir Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudov da istintaqa cəlb olunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Çovdarov mənbələrin mükafatlandırılması adı ilə büdcədən 2 milyon 917 min manat pul mənimsəyib.
Çovdarov ifadəsində özünü təqsirli bilmədiyini deyib:
“Nazirlikdə müvəqqəti cəlb olunmuş şəxslərə pul mükafatlarının verilməsi məsələsində maddi məsul şəxs idim. Əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün MTN Maliyyə İdarəsinin kassasından pul götürülməsi üçün keçmiş nazirin adına raportla müraciət edirdim, sonradan isə öz idarəmin əməkdaşlarına vəkalətnamə verirdim. Həmin əməkdaşlar da pulları götürüb müvəqqəti cəlb olunmuş şəxslərə verirdilər. Əməliyyat təminatı məqsədilə müvəqqəti cəlb olunmuş şəxslər barədə baş idarədə heç bir məlumat yoxdur. Heç bir rəsmiyyətdə əks olunmayıb. Tam məxfi rejim şəraitində onlarla əməkdaşlıq edilib və mükafatlandırılan şəxslərə pullar verilərkən məxfiçilik qaydalarına görə onlardan heç bir qəbz alınmayıb. Eyni zamanda əməliyyat başa çatdıqdan sonra həmin agentura hissəsi ilə bağlı bütün məlumatlar aktlaşdırılaraq məhv edilib. O pullar nazirə və ya nazirin köməkçisinə verilməyib”.
İş üzrə dindirilən baş idarənin II İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Əliyev bildirib ki, A.Çovdarovun verdiyi vəkalətnamələr əsasında Maliyyə idarəsinin kassasından ümumilikdə 890 000 manat, 405 000 ABŞ dolları və 790 000 avro məbləğində pul götürüb və vəsaitləri nağd şəkildə heç bir sənədləşmə aparmadan ona verib:
“Akif Çovdarov mənə raportlara əsasən alınmalı olan pul vəsaitlərini məlumat mənbələrinə şəxsən özünün təqdim edəcəyini dedi, lakin xəzinədarlıqdan pul götürməyi özünə sığışdırmadığına görə bu işi mənə həvalə etdi. Vəkalətnamələr də bu məqsədlə verilib. Təxminən 1 ay ərzində xəzinədarlıqdan təxminən 1 milyon manat götürüb Akif Çovdarova vermişəm. Bir qədər sonra məni xidməti iş otağına çağıraraq içərisində 1 milyon olan çantanı nazirin köməkçisinə verməyi tapşırdı. Mənə “bunların içində olan pullar mükafatlandırmaya dair alınmış vəsaitdir və mükafatı alacaq şəxslərə təqdim ediləcək” dedi. Mən də çantaları götürüb Eldar Mahmudovun köməkçisinə verdim. 2014-cü ilin əvvəllərində 2013-cü ilə dair maliyyə hesabatları aparılan zaman nazirin köməkçisi Vüqar Mahmudov zəng edərək maliyyə idarəsindən götürülən pullarla ona təqdim edilən pul arasında bir neçə min ABŞ dollar kəsir olduğunu dedi. Sonradan isə Vüqar Mahmudovun səhv hesablama aparması müəyyən edildiyindən həmin narazılıq aradan qalxdı”.
Sabiq nazir Eldar Mahmudovun köməkçisi olmuş, ehtiyatda olan polkovnik-leytenant Vüqar Mahmudov şahid qismində dindirilərkən bildirib ki, 2004-2015-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub:
“Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyininin 6-cı Baş idarəsinin rəisi vəzifəsində işləmiş Akif Çovdarov və həmin baş idarənin 2-ci idarəsinin rəisi vəzifəsində işləmiş Akif Əliyevi nazirlikdə işlədiyi zaman xidməti fəaliyyətimlə bağlı tanımışam”.
V.Mahmudov büdcədən pulun mənimsənilməsi ilə bağlı heç nədən xəbəri olmadığını deyərək məsələdə sabiq nazir Eldar Mahmudovun adının hallanmasına da aydınlıq gətirib: “Akif Çovdarov tərəfindən sabiq nazirə çatdırılması üçün mənə hər hansı pul vəsaiti, o cümlədən ümumilikdə 890.000 manat, 405.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin göndərilməsi halları olmayıb”.
NUH.az
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 2025 01:52
- Trampla Zelenski Ağ Evdə görüşdü (YENİLƏNİB)
18 avqust 2025 22:25
- Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
18 avqust 2025 16:15
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 2025 10:16
- Zelenski Vaşinqtondan ilk açıqlama verdi: Krımdan imtina etməyə dəyməzdi...
18 avqust 2025 09:09
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 2025 17:29
- Balakəndə camış sahibini vurub öldürdü
17 avqust 2025 17:18
- Biz yenidən uçurum qarşısındayıq –Heydər Əliyev 50 il əvvəl Oljas Süleymanova nə deyib?
17 avqust 2025 12:26
- Putindən Trampa ŞOK TƏLƏB - Rus dili RƏSMİ dil olsun
17 avqust 2025 00:45
- Putin və Trampın görüşü ilə bağlı ilginc detallar
16 avqust 2025 01:03
- Çin və Hindistan RAZILIĞA GƏLDİ
20 avqust 08:39
- Uzunömürlülüyün sirri: Alimlərin müəyyən etdiyi 5 əsas amil
20 avqust 08:26
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 01:52
- Pezeşkian İrəvandan Minskə getdi
20 avqust 01:15
- NAR nüfuzlu Stevie mükafatına layiq görüldü
20 avqust 00:55
- Fransa Azərbaycana yeni səfir təyin etdi
19 avqust 23:37
- Şair Məmməd İsmayıl vəfat etdi
19 avqust 22:14
- Şəmkirdən Britaniyaya uzanan yol - Azərbaycanlı gəncin uğur hekayəsi
19 avqust 15:32
- Sarayda böyüdü, amma ucuz mağazalardan geyinir - 600 illik ənənəni dəyişəcək ŞAHZADƏ
19 avqust 14:38
- Prezident The Goldman Sachs Group Inc şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul etdi (FOTO)
19 avqust 12:01
- AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO
19 avqust 10:43
- Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib
19 avqust 10:06
- Putin-Zelenski görüşünə hazırlıq başladı: Harda olacaq və tələblər nədir?
19 avqust 09:41
- İran prezidenti İrəvanda Göy Məscidi ziyarət etdi, namaz qıldı
19 avqust 00:34
- Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir (FOTO)
18 avqust 23:47
- Trampla Zelenski Ağ Evdə görüşdü (YENİLƏNİB)
18 avqust 22:25
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 21:38
- Pezeşkian İrəvandadır - Foto
18 avqust 16:34
- Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
18 avqust 16:15
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 12:22
- Azərbaycanın bütün bölgələrində və Bakıda QOYUN və KEÇİ-lər AZALIB
18 avqust 11:30
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 10:16
- Yeməklərə qonan milçəklərdən bezmisiniz? - ən sadə üsul, həşəratlar birdəfəlik QAÇACAQ
18 avqust 09:58
- Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər saxlanıldı
18 avqust 09:43
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
18 avqust 09:30
- Zelenski Vaşinqtondan ilk açıqlama verdi: Krımdan imtina etməyə dəyməzdi...
18 avqust 09:09
- Zelenski Trampla görüşmək üçün ABŞ-a yola düşdü
18 avqust 00:06
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
17 avqust 21:53
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 17:29
- Sabah Avropa liderləri Trampla görüşəcək
17 avqust 17:24