İcra başçısı müavinindən yalvararaq üzr istəyib – ŞOK SƏBƏB
Paytaxtın ən böyük rayonlarından biri olan Xətai rayonu haqda mediada vaxtaşırı xəbərlər dərc edilir. Bu xəbərlərin əksəriyyəti neqativ olur. Ən çox yaşıllığın məhv edildiyi rayon kimi də Xətai ilk sırada dayanır.
Google axtarış portalında “Xətai yaşıllıq”, “Xətai ağac” sözləri ilə axtarış verdikdə, monitora ağacların kəsilməsindən, yaşıllıqların qırılmasından bəhs edən onlarla məqalə çıxır. Bu rayonun icra hakimiyyəti başçısı Razim Məmmədov xalq arasında yaşıllıqlar terrorçusu, ağac qatili adı ilə də tanınır. Hələ mərhum prezident Heydər Əliyevin Azərbaycan SSR vaxtında Xətai rayonunda saldırdığı yaşıllıqların xeyli hissəsini Razim Məmmədov vəzifəyə gəldiyi ilk günlərdən başlayaraq məhv etdirib. Deyilənə görə, o, Xətai ərazisində satmadığı boş torpaq qoymayıb. Mətbuatda dəfələrlə yazılmasına baxmayaraq, Razim Məmmədov bu anti-humanist əməllərini dayandırmır. Onun Gəncə prospektində, M.Hadi küçəsində, Nobel prospektində və digər ünvanlarda sıralanan şam, küknar və zeytun ağaclarını, başqa yaşıllıq zolaqlarını gecə ikən məhv etdirib, yerini işbazlara külli miqdarda pul qarşılığında satdığı haqda da çox yazılıb. Razim Məmmədov o məmurlardandır ki, indiyədək heç bir qəzet, sayt, agentlik əməkdaşı ona zəng edib, bir cümlə açıqlama ala bilməyib. Mediaya tam qapalı başçıdır. Baxmayaraq ki, Xətai əhalisi sayına görə paytaxtın ən iri rayonudur (01.01.2014-cü il tarixinə olan statistikaya görə, əhalisi 267.2 min nəfərdir), həmçinin ən çox problemi olan rayonlardan da biri məhz Xətaidir. Fəqət İH başçısı olaraq R.Məmmədov və aparatı jurnalistlərin heç bir sorğusunu cavablandırmır. Amma Razim Məmmədovun son aylar başı dərddən açılmır. Mətbuatda onun haqqında ən müxtəlif məlumatlar dolaşır. Məsələn, bir neçə ay öncə qəzetlərdə yazılmışdı ki, R. Məmmədova qarşı qara maskalılar tərəfindən əməliyyat keçirilib. Bu cür əməliyyatlar adətən “yuxarılara” sayğısızlıq edən, bəzi tapşırıqları, tələbləri qulaqardına vuran məmurlara qarşı aparılır. Məsələn, 2007-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da analoji əməliyyatla cəzalandırıldığına dair ciddi iddialar var. Bu barədə qəzetlərdə detallı məlumatlar gedib. Bildirilir ki, Razim Məmmədov da cızığından çıxdığı üçün bu cür sərt cəzayla qulaqburması alıb. Razim Məmmədovun ən böyük cəzası isə bugünlərdə verilib. Onun ən yaxın çevrəsindən “Yeni Müsavat”a ötürülən məlumatda bildirilir ki, ötən həftə Xətai RİH-də keçirilən kollegiya iclasında qalmaqal yaşanıb. Image result for Quluyev Rafiq Başçı özünün 1-ci müavini Quluyev Rafiq Çəpərxan oğlu ilə dalaşıb. R.Məmmədov müavinini hansısa tapşırığı vaxtında etmədiyi üçün danlamaq istədikdə, qarşı tərəfin sərt təpkisi ilə üzləşib. Mənbənin bildirdiyinə görə, Rafiq Quluyev icra başçısına hamının gözü qarşısında “bağırma, səndən qorxan yoxdur, özünü yığışdır, yoxsa sənin üçün pis olar”, deyib. Bundan sonra icra başçısı möhkəm qəzəblənib və 1-ci müavini iclasdan qovmaq istəyib. Şahidlərin bildirdiyinə görə, R.Quluyev iclası tərk etmək istəməyib. “Məni bu vəzifəyə cənab prezident qoyub, sən kimsən”, deyə etirazını bildirib. Mənbə iddia edir ki, bundan sonra tərəflər arasında az qala əlbəyaxa dava çıxsın. Kollegiya iclasında iştirak edən digər aparat üzvləri araya girməsəymiş, davanın qaçılmaz olduğu bildirilir. Rafiq Quluyev iclasdan çıxdıqdan sonra Prezident Administrasiyasında olub. O, kollegiya iclasında başçı tərəfindən ağır formada təhqir olunduğunu deyib. Sübut kimi iclasdan çəkilən videonun ortaya qoyulmasını təklif edib. Image result for Xətai Razim Mənbəmizin məlumatında deyilir ki, Rafiq Quluyev hakimiyyətdə çox böyük və qüdrətli bir klanın adamıdır. Onun incidilməsinə, təhqir edilməsinə, kollegiyadan qovulmasına həmin klanın böyükləri sərt təpki veriblər. Bundan sonra Razim Məmmədov bəlli bir ünvana çağırılaraq sonuncu dəfə xəbərdarlıq edilib. Onun nəzərinə çatdırılıb ki, ya işdən çıxarılacaq, var-dövlətinə, əmlakına əl qoyulacaq, oğul-uşağı, qohum-əqrəbası işdən çıxarılacaq, həbs ediləcək, ya da gedib 1-ci müavinindən üzr istəyib, onu işə qaytaracaq. Razim Məmmədovun qarşısında ağır bir tələb də qoyulub: “Get, kollegiyanı topla, həmin insanların qarşısında Rafiq Quluyevdən üzr istə”. Bundan sonra bərk qorxuya düşən Razim Məmmədov təcili kollegiya iclasını çağırıb və 1-ci müavin Rafiq Quluyevdən üzr istəyib. Şahidlərin deməsinə görə, R.Quluyev onunla bir yerdə işləməyin mümkün olmadığını deyib. Mənbə iddia edir ki, Razim Məmmədov hamının gözləri qarşısında Rafiq Quluyevə rəsmən yalvararaq, onu birtəhər yola gətirib. Image result for Xətai rayon icra hakimiyyəti Hələ 2015-ci ilin aprel ayında Xətaidə yanan binaya görə Razim Məmmədovun vəziyyətinin çətin olduğu deyilirdi. Bu hadisədən sonra onun yaxın vaxtlarda vəzifədən çıxarılacağı iddia olunur. Əgər Razim Məmmədovu öz müavinindən üzr istəməyə məcbur ediblərsə, bu, onun qələminin sındırıldığı anlamına gəlir. Görünür, onu da Salyanın sabiq icra başçısı Tahir Kərimovun acı sonluğu gözləyir. Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. (musavat.com)
NUH.az
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
