İsrailin Azərbaycana “Dəmir günbəz” satdığı təsdiqləndi
Azərbaycan İsraildən bir neçə batareya “Dəmir Günbəz” raketdən müdafiə sistemi (Iron Dome) almağı planlaşdırır. Virtualaz.org xəbər verir ki, bu barədə az əvəl İsrailin “İsrael Hayom” nəşri hərbi dairələrə istinadən xəbər yayıb.
Azərbaycanın İsraildən “Dəmir Günbəz” sistemlərini alacağı haqda məlumatı ilk dəfə Milli Məclisin deputatı Yevda Abramov mətbuata müsahibəsində açıqlayıb. Bu açıqlama geniş rezonans doğurub, lakin nə İsrail, nə Azərbaycan rəsmi qaynaqları Abramovun dediklərinə şərh verməyiblər. Bu məsələ İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana planlaşdırılan səfəri ərəfəsində yenidən gündəmə gəlib. Bəzi İsrail KİV-ləri Netanyahunun səfəri zamanı bu məsələnin müzakirə olunacağını yazıblar. Lakin xəbər başqa müstəqil mənbələrdən təsdiqlənməmişdi.

İndi “İsrael Hayom” bildirir ki, Azərbaycana “Dəmir Günbəz”in satılacağına dair məlumatı noyabrın 10-da dəqiqləşdirib. “Azərbaycan bir neçə batareya “Dəmir Günbəz” raketdən müdafiə sistemi batareyası almağı planlaşdırır”-mənbə bildirir.
Bu raketdən müdafiə sistemlərini İsrailin “RafaelAdvanced Systems
” şirkəti istehsal edir, təyinatı 4 kilometrdən 70 kilometrə qədər məsafədə kiçik mənzilli raketləri və artilleriya mərmilərini zərərsizləşdirməkdir.
Azərbaycanın İsraildən bu sistemləri alması məsələsi Rusiyanın Ermənistana 300 km mənzilli “İsgəndər” operativ-taktiki raketlərini verməsindən sonra gündəmə gəlib. “Dəmir Günbəz” İsraili Qəzza sektorundan və Livanın cənubundan “Həmas” və “Hizbullah”ın raket zərbələrindən qorumaq üçün nəzərdə tutulub. Bu sistemlərin operativ-taktiki raketlərə qarşı necə işlədiyi məlum deyil, lakin hələ təkmilləşdirilməkdə olan bu sistemin bir çox göstəriciləri məxfidir və tamamilə mümkündür ki, “Dəmir Günbəz” “İsgəndər” tipli raketləri də hədəfə çatmamış neytrallaşdıra bilər.

“İsrael Hayom” bildirir ki, Azərbaycanın bu sistemləri almaq niyyəti baş nazir Netanyahunun dekabrda Bakıya edəcəyi səfər ərəfəsində açıqlanıb. Bu səfər əhalisinin əksəriyyəti şiə olan İranla həmsərhəd ölkə ilə bütün sahələrdə əlaqələri möhkəmləndirmək məqsədi daşıyır. Sayt qeyd edir ki, son illər bir neçə yüksək vəzifəli İsrail rəsmiləri, o cümlədən keçmiş müdafiə naziri Moşe Yalon və indiki müdafiə naziri Aviqdor Liberman Bakıya səfər ediblər.
“Bəzi mənbələr bildirir ki, Azərbaycanla İsrail arasında bir neçə milyard dollarlıq yeni silah sövdələşməsi üzərində hazırlıqlar başa çatmaq üzrədir. Hansı ki, bu sövdələşmə çərçivəsində İsrail Azərbaycana sahil mühafizə katerləri, pilotsuz uçan aparatlar, raketdən müdafiə sistemləri və digər hərbi sistemlər verəcək”-sayt yazır.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl İsraildən milyardlarla dollarlıq silah sistemləri alıb.
NUH.az
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
2 aprel 2026 12:38
- Zaxarova Azərbaycana təşəkkür etdi
1 aprel 2026 21:29
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
1 aprel 2026 10:26
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 2026 00:10
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
