Diaspor Komitəsi ləğv olunur?
Maraqlı14 noyabr 2016 11:02
Bu günlərdə Gürcüstanda Diaspor İşləri üzrə Dövlət Nazirliyi ləğv edilib, onun funksiyası isə Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə daxil edilib.
Azərbaycanda da 2008-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Qurum 2002-ci ildə fəaliyyətə başlayan Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nəzdində yaradılıb. Maraqlıdır, qonşu Gürcüstanda olduğu kimi, Azərbaycanda da Diasporla İş üzrə Dövlət Komitəsi Xarici İşlər Nazirliyinin tərkibinə qatıla bilərmi? İndiki halda bu dəyişiklik zəruridirmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, bu, Azərbaycandakı iqtisadi vəziyyətdən asılıdır: “Əgər konstitusiya dəyişikliklərindən sonra ölkədə islahatlar nəzərdə tutulubsa, postneft dövrünə qədəm qoyduğumuza görə dövlətin xərcləmələrinə diqqət yetirməyin lazım olduğu vurğulanarsa, düşünürəm mümkündür ki, Gürcüstanda olduğu kimi bizdə də Diaspor Komitəsi Xarici İşlər Nazirliyinin tərkibinə keçsin. Çünki gələn xəbərlərə görə, əslində konstitusiya dəyişikliklərindən sonra Nazirlər Kabinetinin özündə də ciddi ixtisarlar nəzərdə tutulur, o cümlədən müəyyən komitələrin ləğv olunması, digərlərin birləşdirilməsi və sairə. Belə olan halda Diaspor Komitəsinin də nazirliyin tərkibində fəaliyyət göstərməsi mümkündür.
Doğrudur, Diaspor Komitəsinin hədəfləri böyükdür. Çünki biz tək Ermənistanla savaşmırıq, həm də qarşımızda güclü erməni lobbisi var. Məhz erməni lobbisinin fəaliyyəti nəticəsində 90-cı illərdə biz informasiya blokadasına alınanda Dağlıq Qarabağ məsələsində Qərbin böyük əksəriyyəti Ermənistana dəstək verirdi. Yenicə olaraq bu blokadanı yarmağa müvəffəq olmuşuq. Yəni qarşımızda belə bir güclü lobbi var və diaspor məhz ona görə yaradıldı ki, erməni lobbisi ilə mübarizə aparaq, ikincisi isə xaricdə yaşayan azərbaycanılıları təşkilatlandıra bilsin. Doğrudur, şəxsən mənim özümün də diasporun fəaliyyətinə tənqidi münasibətim var. Amma hər halda komitə fəaliyyət göstərdiyi müddətdə müəyyən işlər də görüb. Pis-yaxşı Qərb, Avropa ölkələrində Azərbaycanın diaspor təşkilatları yaranıb, onlara müəyyən maliyyə dəstəyi verilib. Hər zaman uğurlu nəticə əldə etməsək də, hər halda diasporanın fəaliyyəti üzdə olub. Bu baxımdan bəli, əslində diaspora komitəsinin fəaliyyətinə ehtiyac var. Amma görünəni odur ki, iqtisadi vəziyyətdə problemlər yaranarsa, komitənin Xarici İşlər Nazirliyinə birləşdirilməsi aktuallaşa bilər. Burda bir problem görmürəm. Çünki onsuz da xarici ölkələrdəki səfirliklərimizdə bir və ya bir neçə diplomat məhz diaspor məsələləri ilə məşğuldur. Və onlar onsuz da öz fəaliyyətlərinə davam edəcəklər. Diaspor Komitəsi nazirliyin tərkibində fəaliyyət göstərərsə, bəlkə də, bu, diaspor işindəki fəaliyyətin bir əldə cəmləşməsinə səbəb ola bilər. Bu zaman nəticələr daha uğurlu ola bilər”.
Politoloqa görə, həm Xarici İşlər Nazirliyi, həm də diaspor qurumu əslində eyni işi görür: “Nazirliyin də işi ondan ibarət olmalıdır ki, bəli, həm Azərbaycanı dünya ölkələrində təmsil etsin, onun haqqındakı həqiqətləri dünya ölkələrinə çatdırsın, oradakı azərbaycanlıları bu işlərdə fəal olmağa sövq etsin. Bunu əslində nazirliyin nəzdində də etmək mümkündür. Yetər ki, buna həvəs, maliyyə olsun və maliyyə düzgün istiqamətdə xərclənsin. Belə olan halda mən heç bir qəbahət görmürəm ki, Diaspor Komitəsi nazirliyin nəzdində fəaliyyət göstərsin”.
NUH.az
Oxşar xəbərlər
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 2026 23:24
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
Xəbər lenti
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
