Akif Çovdarovun üzərinə həbs qoyulan əmlaklarının siyahısı və dəyəri
A. Çovdarovun üzərinə həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 32.256.900 manat təşkil edir
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun, onunla birlikdə həbs edilən, Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin 1-ci idarəsinin rəisi Səlim Məmmədov və Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin 3-cü idarəsinin 1-ci şöbəsinin rəis müavini Orxan Osmanov üzərinə həbs qoyulan əmlaklarının siyahısı məlum olub.
Bakının Nəsimi, Səbail, Binəqədi, Xətai, Nərimanov, Nizami, Yasamal, Sabunçu rayon məhkəmələrinin, Qəbələ, Kürdəmir, Xızı, Abşeron, Şamaxı rayon məhkəmələrinin qərarlarına əsasən, təqsirləndirilən Çovdarov Akif Teymurxan oğlu tərəfindən ələ keçirilmiş Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi 50 ünvanında yerləşən ticarət və xidmət sahəsindən (meyvə-tərəvəz bazarı) ibarət əmlak kompleksinin (dəyəri 8.100.000 manat), «Babək-94» müstəqil kiçik müəssisəsinin Bakı şəhəri Xətai rayonu M.Hadi və İ. Zülfüqarov küçələrinin arasında 2942 a məhəllədə yerləşən binasında (hazırda Xudu Məmmədov küçəsi 34) 89,8 kvadrat metr ölçüdə 100 nömrəli mənzilin (dəyəri 115.500 manat), Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində İbadət Çovdarovanın adına rəsmiləşmiş 560 kvadrat metr torpaq sahəsinin (dəyəri 95.000 manat), Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində Rövşən Qasımovun adına rəsmiləşmiş 0,06 hektar torpaq sahəsinin (dəyəri 300.000 manat), Bakı şəhəri Yasamal rayonu M. Xiyabani küçəsi 5-də yerləşən “Yeni Yasamal” mənzil-tikinti kooperativinin inşa etdiyi binanın 1-ci mərtəbəsindəki 250 kvadrat metr qeyri-yaşayış sahəsinin (dəyəri 231.500 manat), Bakı şəhəri Xətai rayonu M. Hadi küçəsi 2337-ci məhəllə, “Yüksəliş-C” MTK tərəfindən inşa edilmiş binanın 147,4 kvadrat metr sahəyə malik 179 saylı mənzilinin (dəyəri 125.000 manat), Akif Çovdarova məxsus, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 463 ünvanda yerləşən 0,0996 ha torpaq sahəsi və onun üzərindəki 531,60 kvadrat metr fərdi yaşayış evinin (dəyəri 1.655.000 manat), Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 465 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərindəki 275,6 kvadrat metr fərdi yaşayış evinin (dəyəri 1.109.000 manat), Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 465a ünvanda yerləşən 0,0665 hektar torpaq sahəsi və 275,6 kvadrat metr fərdi yaşayış evinin (dəyəri 1.145.000 manat), Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65, mənzil 38-in (dəyəri 483.000 manat), Abşeron rayonunun Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsinin (dəyəri 86.000 manat), Abşeron rayonunun Novxanı kəndində yerləşən 0,0886 ha torpaq sahəsinin (dəyəri 71.000 manat), Abşeron rayonu Novxanı kəndi Novxanı bağlar massivində yerləşən 1276 a nömrəli bağ evindəki 0,18 ha torpaq sahəsi və 222,31 kvadrat metr fərdi yaşayış evinin (dəyəri 808.000 manat), Abşeron rayonu Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kvadrat metr bağ evinin (dəyəri 700.000 manat), Abşeron rayonu Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsinin (dəyəri 60.000 manat), Abşeron rayonu Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsinin (dəyəri 203.000 manat), Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsinin (dəyəri 59.500 manat), Xızı rayonunun Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsinin (dəyəri 400.000 manat), Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 2 ədəd 0,075 hektar torpaq sahələrinin (hər birinin dəyəri 15.000 manat), Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 250,1 kv.m, 264,6 kv.m, 250,1 kv.m. sahələrində 3 ədəd əsas tikili, 69,4 kv.m, 117,3 kv.m. sahələrində 2 ədəd köməkçi tikilinin (dəyəri 750.000 manat), Abşeron rayonunun Masazır kəndində 2,675 ha, 3,0 ha, 0,0275 ha, 0,3238 ha, 0,0828 ha, 3,12 ha, 0,0821 ha torpaq sahələrinin üzərində yerləşən tikililərin (dəyəri 4.310.000 manat), həmin ünvanda 0,2 hektar torpaq sahəsinin üzərində olan tikilinin (dəyəri 2.470.000 manat), Kürdəmir rayonunun Yeni Şıxımlı kəndində yerləşən 2,5 hektar torpaq sahəsinin (dəyəri 1.800 manat), Kürdəmir rayonunun Qurdbayram kəndində yerləşən 100 hektar torpaq sahəsinin (dəyəri 60.000 manat), Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllər, 106 kv.m, 24,8 kv.m, 318,3 kv.m, 28,8 kv.m, 16,7 kv.m, 96 kv.m, 28,8 kv.m. ümumi sahədən ibarət tikililər, 40,5 kv.m. tikintialtı sahəli talvar və 218,6 kv.m. tikintialtı sahəli hovuzun (dəyəri 646.000 manat), Kürdəmir şəhəri «Ərşəli yeri» adlanan ərazidə yerləşən 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kv.metr tikili, 24.000 nar kolunun (dəyəri 208.600 manat), Bakı şəhəri Nəsimi rayonu Seyidzadə 16 b küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kvadrat metr, 24,6 kvadrat metr, 18,60 kvadrat metr, 13,8 kvadrat metr, 16,0 kvadrat metrdən ibarət qarajların (dəyəri 96.000 manat), Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kvadrat metr sahəyə malik 6 mərtəbəli, zirzəmili və mansardlı binanın (dəyəri 3.178.000 manat), Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binasının (dəyəri 4.500.000 manat), Bakı şəhəri Adil Məmmədov küçəsi 143, mənzil 142-nin (dəyəri 145.000 manat), Bakı şəhəri Mir Cəlal küçəsi 143, mənzil 145-in (dəyəri 115.000 manat) üzərinə həbslər qoyulub.
A. Çovdarovun üzərinə həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 32.256.900 manat təşkil edir.
Bundan əlavə, təqsirləndirilən Səlim Məmmədova məxsus 53,64 kv.m. sahəyə malik Bakı şəhəri Ağa Nemətulla küçəsi ev 20a, mənzil 15-in (dəyəri 108.500 manat), Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsi 2572 məhəllə, ev 53 a ünvanında yerləşən 154 kv.m. sahəyə malik 86 №-li mənzilin (dəyəri 161.500 manat), Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi M. Vəkilov küçəsi ev 7 ünvanda yerləşən 55,62 kv.m. sahəyə malik mənzil 11-in (dəyəri 55.500 manat), Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 2661a saylı bağ evi və torpaq sahəsinin (dəyəri 150.000 manat), Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi döngə 4 ünvanında yerləşən 0,0790 ha torpaq sahəsi və 522,5 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evinin (dəyəri 680.000 manat) və təqsirləndirilən Osmanov Orxan Hacısəfər oğluna məxsus “Toyota Land Cruiser-Prado” markalı, 90 CE 079 dövlət nömrə nişanlı minik avtomaşınının (dəyəri 31.000 manat) üzərinə də həbslər qoyulub.(APA)
NUH.az
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 2026 11:53
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 2026 11:13
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
