Oğluna 4,5 milyonluq əmlakı 305 min manata alıb - MTN generalı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov barəsində əlavə epizodlarla yeni ittihamlar irəli sürülüb.
"Report"un əldə etdiyi məlumata görə, vətəndaş Cəmşid Novruzovun şikayəti əsasında Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən ləğv edilmiş MTN-in və digər qurumların vəzifəli şəxsləri qulluq səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları üzrə Cinayət Məcəlləsinin (CM) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə istintaq aparılır.
İstintaq zamanı müəyyən olunub ki, faktiki olaraq uzun müddət C.Novruzovun istifadəsində olmuş Bakı şəhəri, Nəsimi rayonu Mərdanov Qardaşları küçəsi 94A ünvanında yerləşən qeyri-yaşayış obyekti saxta sənədlərdən istifadə edilməklə, müxtəlif şəxslərin köməyi ilə ləğv edilmiş MTN-in vəzifəli şəxsləri tərəfindən dələduzluq yolu ilə ələ keçirilib.
S.Qurbanov C.Novruzovun 4,5 milyon manat dəyərində olan üçmərtəbəli qeyri-yaşayış obyektini sabiq vəkili Valeriy Vəliyev və Elçin adlı şəxsin vasitəsi ilə oğlu Erkin Qurbanzadənin adına keçirməyə müvəffəq olub.
Belə ki, S.Qurbanovun vəkili V.Vəliyev C.Novruzovun əmlakı ilə bağlı saxta sənəd düzəldərək, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı Şəhər Ərazi İdarəsinə (BŞƏİ) ərizə ilə müraciət edib. 2012-ci ilin sentaybr ayının 14-də həmin idarənin qərarı ilə ərizənin icrası qeyri-mümkün hesab edilib. Daha sonra V.Vəliyevlə S.Qurbanovun tanışı ilə birgə ƏMDK yanında DƏDRX-nin BŞƏİ-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutublar.
2013-cü ilin fevral ayının 13-də məhkəmənin qəraına əsasən, ƏMDK yanında DƏDRX-nin BŞƏİ S.Qurbanovun tanışının adına çıxarış verib. Bundan bir müddət sonra S.Qurbanovun tanışı həmin əmlakı həraca çıxarıb. O, saxta yolla əldə etdiyi əmlakı hərrac yolu ilə 300 min manatdan 1 milyon 200 min manat arasında satmaq niyyətində olduğunu bəyan edib (halbuki əmlakın bazar dəyəri 4,5 milyon manat olub). S.Qurbanovun oğlu E.Qurbanzadə isə həmin əmlakı 305 min manata alıb. 2013-cü ilin aprel ayının 25-də S.Qurbanovun tanışının satdığı əmlaka E.Qurbanzadə öz adına çıxarış almağa nail olub.
Bundan başqa, S.Qurbanov C.Novruzovun bağını, onun maşınını, anasının, həyat yoldaşının və öz adına olan bank hesablarındakı pulları hədə-qorxu ilə ələ keçirib. Bu işlə əlaqədar, V.Vəliyev, E.Qurbanzadə və Elçin adlı şəxsin barəsində hazırda cinayət təqibi gedir. Vəkil V.Vəliyev isə S.Qurbanovun müdafiəçiliyindən uzaqlaşıdırılıb.
Qeyd edək ki, ötən il noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda keçmiş MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi bildirilib. 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.
S.Qurbanov Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, bu Məcəllənin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), maddələri ilə ittiham olunur.
Xatırladaq ki, hazırda Sabunçu Rayon Məhkəməsində, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Digər şəxslərin barələrində istintaq hərəkətləri davam etdirilir.
NUH.az
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 2025 10:27
- Ali təhsili yoxdur, dünyanın ən varlı adamıdır - Maskı da geridə qoydu
11 sentyabr 2025 03:37
- Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı - 235 MİLYON
9 sentyabr 2025 13:03
- Ukraynada əsir düşən Ruslan Mustafayev dəhşətli şeylır anlatdı - ŞOK TƏFƏRRÜATLAR BU VİDEODA
8 sentyabr 2025 17:32
- Azərbaycanda ət bahalaşdı
7 sentyabr 2025 12:34
- Azərbaycanlıların gözündə dost və düşmən ölkələr: Rusiya düşmən siyahısında lider oldu, dost isə...
7 sentyabr 2025 01:10
- AZAL təyyarəsinin vurulmasında bu generalın rolu olub - sensasion faktlar yayıldı
6 sentyabr 2025 22:36
- Böyük terror-un kiçik qurbanları – Stalin rejiminin düşərgələrdə məhv etdiyi körpələr
6 sentyabr 2025 14:42
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
3 sentyabr 2025 14:40
- Prezident yol təmirinə 1,5 milyon manat ayırdı (SƏRƏNCAM)
11 sentyabr 13:23
- Daha 4 itkin şəhidimiz dəfn olunacaq - Foto
11 sentyabr 11:37
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 11:22
- Azərbaycanda ilk dəfə qadın hərbi həkimlər hazırlanacaq
11 sentyabr 10:45
- Türkiyə həftədə 4 günlük iş rejiminə KEÇİR
11 sentyabr 10:33
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 10:27
- Ali təhsili yoxdur, dünyanın ən varlı adamıdır - Maskı da geridə qoydu
11 sentyabr 03:37
- NAR və YAŞAT Fondu şəhid övladlarını təbrik etdi - Fotolar
11 sentyabr 01:46
- Sülhü pozmaq istəyən qüvvələr var - Paşinyan
11 sentyabr 01:40
- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
10 sentyabr 18:43
- Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında (FOTO)
10 sentyabr 18:30
- Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif
10 sentyabr 09:54
- Hikmət Hacıyev ABŞ-da mühüm görüşlər keçirdi (FOTO)
10 sentyabr 09:45
- Azərbaycan nümayəndəsi BMT-də komitə sədrinin müavini seçilib
10 sentyabr 00:34
- Məhkəmə Qabil Məmmədovla bağlı QƏRAR VERDİ
09 sentyabr 22:48
- Pakistanlı MBA tələbələri ULDUZ şokolad fabrikində istehsalat turunda iştirak ediblər
09 sentyabr 21:13
- Məktəb direktoru qızına görə işdən çıxdı: Mənə bibi deyirdi
09 sentyabr 20:53
- Azərbaycanın çinli əsgəri: O, niyə ordumuzda xidmət edir? (FOTO/VİDEO)
09 sentyabr 13:13
- Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı - 235 MİLYON
09 sentyabr 13:03
- 23 saat 43 dəqiqə - suverenliyimizin tam bərpasının ikinci ili...
09 sentyabr 10:52
- Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək - ŞAD XƏBƏR
09 sentyabr 10:30
- Masazırdakı duz gölünə kanalizasiya suyu axıdılır
09 sentyabr 10:22
- Camaat ƏT ALA BİLMİR, çox bahadır - VİDEO
09 sentyabr 10:14
- Prezident forum iştirakçılarına müraciət etdi
09 sentyabr 10:02
- Tiflis qarışdı: İqtidarla müxalifət əlbəyaxa döyüşə çıxdı
09 sentyabr 00:25
- Şəhid anaları, onlara qarşı vicdansızlıq edən vəzifə sahibləri və….
08 sentyabr 22:11
- Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
08 sentyabr 19:42
- Atam son nəfəsinə qədər qardaşım Çingizi pis vərdişlərdən uzaqlaşdıra bilmədi - FOTO
08 sentyabr 19:20
- İlham Əliyevin Astanaya səfəri hazırlanır
08 sentyabr 18:54
- NAR ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı - Fotolar
08 sentyabr 18:48