Nazir müavininə şok ittiham: "Özünə ev tikməsi üçün 1,5 milyon manat verdim"
Kriminal17 noyabr 2016 11:30
“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Hüseynov Beytulla İbrahim oğlunun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.
“Report”a istinadən məlumata görə, birliyin keçmiş direktoru dindirililən zaman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki,1984-cü ildə Azərbaycan Politexnik Universitetinin Elektroenergetika fakultəsini bitirib, Naxçıvan Muxtar Respublikasının (MR) Naxçıvan şəhər 5 nömrəli Texniki Rabitə idarəsində əvvəl elektromontyor, sonradan isə elektromexanik, mühəndis, baş mühəndis, daha sonra isə həmin idarənin rəisi vəzifəsində işləyib. B.Hüseynov 1998-ci ildə Bakı şəhərinə gəlib və həmin ildə Qaradağ, 1999-cu ildə Xəzər, 2000-ci ildə Nizami, 2003-cü ildə isə Xətai Telefon qovşağına rəis təyin olunub və son vəzifədə 2005-ci ilin aprel ayına kimi çalışıb, həmin ildə isə BTRİB-in baş direktoru vəzifəsinə təyin olunub, birliyin baş mühasibi vəzifəsində isə Anar Mustafayev işləyib.
Bundan başqa, o, ifadəsində qeyd edib ki, birliyin strukturuna 6 rayon qovşağı, bundan əlavə “Azevrotel” də nəzərə alınmaqla “Bakı Kabel Qovşağı”, “Rabitə Qurğularının Təmiri İdarəsi”, “Bakı Avtomat Telefon Qovşağı”, “Layihə Axtarış Kontoru” ilə birlikdə cəmi 11 struktur qurumu daxil olub. 2009-2015-ci illərdə BTRİB-ə əhaliyə, müəssisə və təşkilatlara, özəl təşkilatalara göstərilən rabitə və internet xidmətlərindən, həmçinin dövlət büdcəsindən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) struktur qurumu olan “Azintelekom” MMC-dən vəsaitlər daxil olub, həmin vəsaitlərdən əmək haqqı və digər zəruri xərclər çıxıldıqdan sonra, qalan vəsaitlər Bakı şəhərı və Bakı ətrafı kəndlərdə rabitə xidmətinin, o cümlədən internet xidmətinin təşkilinə sərf edilib, yəni qeyd edilən dövrlərdə BTRİB və onun struktur bölmələri tərəfindən Bakı və Mingəçevir şəhərləri ərazisində yeni ATS binaları tikilib, yeni rabitə və kabel- kanalizasiya xətləri çəkilib, istismara cavab verməyən bina və qurğularda təmir işləri aparılıb, TPP, fibrooptik kabel xətləri çəkilib.
Həmçinin, B.Hüseynov dindirililərkən söyləyib ki, 2009-2015-ci illərdə nazirliyin rəhbərliyi tərəfindən ona BTRİB üzrə aparılan təmir-tikinti işləri və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz artırılıb əldə olunan vəsaitlərin 80 faizinin nazirliyə verilməsi barədə tapşırıq verilib, həmin göstərişin icrasını təmin etmək məqsədilə BTRİB və onun struktur bölmələri tərəfindən görülən işlər və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz artırılması barədə telefon qovşaqlarının rəhbərlərinə və iş görən təşkilat kimi “Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru Bayram Vəliyevə və “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədova göstəriş verib, sonuncular da onun göstərişini icra edərək görülən işlərin, alınan mal-materialların qiymətlərini 20-25 faiz artırıb, əldə olunan vəsaitin 5 faizini telefon qovşaqlarının rəislərinə, 5 faizini qovşaqların baş mühasibi və baş mühəndisilərinə verib, mal-material xərcini, əmək haqqı xərclərinı çıxdıqdan sonra qalan vəsaiti onun göstərişi ilə birliyin baş mühasibi A.Mustafayevə verib.
O, ifadəsində vurğulayıb ki, keçmiş nazir Əli Abbasovun tapşırığı əsasında birliyin baş mühasibi A.Mustafayev hər ayın sonunda görülən işlər və alınan mal-materiallar üzrə qiymətlərin artırılması ilə əldə olunan vəsaitlər barədə nazirliyin yüksək vəzifəli şəxsinə məlumat verib.
Bundan sonra A.Mustafayev birbaşa Aparat rəhbərinə hesabat verib, onun göstərişi ilə əldə olunan vəsaitin 80 faizini sonuncuya verib. Bu qayda ilə A.Mustafayevin vasitəsi ilə ilk aylarda nazirliyin rəhbər şəxslərindən birinə 200.000-250.000 manat, sonrakı aylarda isə 100.000-150.000 manat olmaqla, ümumilikdə 10.000.000 manat pul verib.
Bundan əlavə, o, ifadəsində göstərib ki, qiymətlərin artırıması ilə əldə etdiyi vəsaitdən nazirliyin rəhbər şəxsinə verdiyi hissəsindən sonra qalan vəsaitdən birliyin baş mühasibi A.Mustafayevə ayda “konvert” olaraq 7000 manat, “Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru B.Vəliyevə “konvert” şəklində 1500 manat, birliyin əməkdaşlarına - şöbə rəislərinə “konvert” olaraq ayda 500-700 manat olmaqla qeyd olunan dövr ərzində ümumilikdə hər ayda 4000-5000 manat, nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verib. O, B.Vəliyev və E.Məmmədovun vasitəsi ilə vergi orqanları əməkdaşlarına 11 milyon manat pul verdiyini, qiymətlərin artırlıması ilə əldə etdiyi vəsaitdən şəxsən özünə hər ay 25.000-30.000 manat olmaqla ümumilikdə 1 milyon 200.000 manat pul qaldığını, həmin pulu da şəxsi ehtiyaclarına sərf etdiyini bildirib.
NUH.az
Oxşar xəbərlər
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
