Rabitə nazirliyinin IMEI kod cinayəti
İqtisadiyyat23 noyabr 2016 21:08
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Kontakt-Home” mağazalar şəbəkəsi ilə birlikdə analoqu olmayan bir işə əl atıb.
BakiPost.az-a daxil olan məlumata görə, “Kontakt-Home”un şirkətin kreditə verdiyi, ödənişi gecişən telefonların IMEI kodu nazirlik tərəfindən bağlanır. Nazirliklə şirkət bu yolla müştəriləri tezliklə ödəniş etməyə məcbur edir. Maraqlıdır ki, nazirliyin borca görə İMEİ kodu başlaması üçün heç bir səlahiyyəti yoxdur.
“2015-ci ildə telefonların IMEI kodlarını qeydiyyatdan keçirən imei.az saytı fəaliyyətə başlayıb. Amma bu haqda ictimaiyyətə məlumat verilməyib. Əgər telefonun kredit ödənişi varsa, bağlana biləcəyi haqda xəbərdarlıq həmin saytda qeyd olunmalıdır. Çünki kreditlə telefon alan şəxs onu sonradan dükana və ya başqa birinə satır. Telefonu alan isə kredit borcunun olduğunu bilmir. Nazirlik də IMEI kodu bağlayır. Maraqlıdır ki, nazirlik bunu nəyin əsasında edir? Nazirliyin işi o kodu qeydiyyatdan keçirməkdir. Amma koda məhdudiyyət qoymaq onun səlahiyyətində deyil. Bu məsələ məhkəmənin səlahiyyətindədir. Belə çıxır ki, nazirlik şirkətlə əlbir olub bu işi həyata keçirir. Çünki öncədən kreditə telefon verilən andan o, sistemə daxil edilməlidir. Hamı həmin telefonun kreditdə olduğunu bilməlidir. Belə olarsa, saytda bunu görən dükan və ya şəxs də onu almaz. Amma iki il keçəndən sonra nazirlik IMEI kodu bağlayıb pulun ödənilməsini tələb edir”, – deyə saytımıza ünvanlanan şikayətdə bildirilir.

O da qeyd olunub ki, şirkətdən 2015-ci ilin fevralından əvvəl manatla kreditə götürülən telefonun ödənişi indi dollarla istənilir: “Birinci devalvasiyadan sonra ödənişin dollarla edilməsi tələb edilir. Hətta iki il keçəndən sonra kreditə götürən şəxsdən telefonu alan adamdan 500 dollar istənilir. Əsas gətirilir ki, telefonun krediti var. Bunu hansı qanunun əsasında edirlər? Bu da müştərilərdə narazılıq yaradıb. “Kontakt Home” mağazalar şəbəkəsi kreditə həddindən çox telefon verir. Amma vergidən yayınmaq üçün onların hamısını sistemə yerləşdirmir”.
Məsələ ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev BakiPost.az-a bildirib ki, nazirliyin özbaşına IMEI kodunu bağlaması yolverilməzdir: “Bu məsələ məhkəmədə həll olunmalıdır. Mülkiyyətçi tərəfindən kredit verdiyi şəxs tapılmazsa, məhkəməyə, həmçinin polisə müraciət olunmalıdır. Amma nazirlik bunu şirkətin istəyi ilə inzibati qaydada edə bilməz. Nazirliyin kiminsə əmlakı üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla bağlı birbaşa sərəncam vermək hüququ yoxdur. IMEI kodun bağlanması telefon üzərində olan istifadə imkanlarını məhdudlaşdırır. Alıcı telefondan istifadə edilə bilmir. Məhkəmə qərarı olmazsa, mülkiyyət hüququnun məhdudlaşdırılması yol verilməzdir”.

Hüquqşünas onu da əlavə edib ki, krediti olan telefon satılan zaman öhdəlikləri başqasına keçməlidir: “Müqavilə dəyişməlidir. Buna görə kredit təşkilatı bu məsələ ilə bağlı iddia qaldıra bilər. Kredit ödənilməyibsə şirkətin onunla bağlı müvafiq tədbirlər görmək hüququ var. Çünki kreditdə olan əmlak satıla bilməz. Bu, yalnız kredit verənin razılığı ilə başqasına keçirilə bilər. Bu zaman bütün öhdəliklər də o şəxsə verilir. Əlbəttə telefonu alan şəxs də kredit borcunun olduğu bilsəydi almazdı. Həmin şəxs də məhkəməyə müraciət edə bilər. Alıcının elə də günahı yoxdur. Kreditdə olan halda onu satan şəxs əsas günahkardır”.
Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.
Rabitə və Yüksək Texnologiya Nazirliyindən isə dəfələrlə müraciət etməyimizə, elektron sorğu göndərməyimizə baxmayaraq, müxtəlif bəhanələr gətirərək məsələyə münasibət bildirilmədi.

NUH.az
Oxşar xəbərlər
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
5 mart 2026 12:45
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 2026 11:03
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 2026 17:21
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 2026 18:51
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 2026 11:46
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
