Lukaşenko Azərbaycana nüvə əməkdaşlığı təklif etdi
Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko Trend-ə müsahibə verib.
Virtualaz.org bildirir ki, Azərbaycan və Belarus arasında əməkdaşlığın cari səviyyəsindən danışan prezident deyib ki, Azərbaycan Belarusun mühüm və etibarlı siyasi və iqtisadi tərəfdaşlarından biridir: “Bizim ikitərəfli münasibətlərimiz zamanın sınağından keçib və strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu əməkdaşlıq səmimiyyət, etimad, dostluq və qarşılıqlı yardıma əsaslanır. Belarus çətin vəziyyətlə qarşılaşdıqda Azərbaycan rəhbərliyinin lap vaxtında dost yardımı etdiyini çox yaxşı xatırlayırıq…
Bilirsiniz ki, bizim Azərbaycan prezidenti ilə etibarlı, dost münasibətlərimiz var. Bu, təbii olaraq bütün dövlətlərarası əlaqələr sisteminə sirayət edib. Yüksək səviyyələrdə mütəmadi görüşlər üzrə yaxşı təcrübə formalaşıb, hökumətlər, parlamentlər, əsas nazirlik və qurumlar, işgüzar dairələr arasında ən əlverişli əməkdaşlıq əlaqələri yaradılıb”.
Lukaşenko vurğulayıb ki, Belarus və Azərbaycan beynəlxalq arenada da yaxın mövqeyə malikdirlər, xalqlarımızın marağına uyğun müstəqil xarici siyasət yürüdürlər.
Ticari-iqtisadi əməkdaşlıq məsələsinə gəlincə, president xatırladıb ki, Belarus-Azərbaycan hökumətlərarası komissiya aktiv fəaliyyət göstərir. Qarşılıqlı ticarətdə hər iki tərəfdən 270-dən çox müəssisə iştirak edir və onlar yüzlərlə növ məhsulun tədarükünü həyata keçirirlər. Azərbaycanın 45-ə yaxın şirkəti Azərbaycandakı Belarus müəssisələrinin diler və distribüteridir: “İki ölkə arasında istehsalat və xidmət sahələrində əməkdaşlıq genişlənir. Xüsusilə investisiya sahəsində ikitərəfli əməkdaşlığın fəallaşdığını qeyd etmək xoşdur. Azərbaycan biznesi bizə logistika və iş mərkəzlərinin, mehmanxana biznesi və ictimai iaşə obyektlərinin, infrastrukturun yaradılması ilə bağlı layihələrlə təşrif buyurur. Tikinti, qida sənayesi, maşınqayırma, nəqliyyat, turizm, bank və sığorta xidmətləri kimi sahələr investorlarda maraq oyadır…
Digər sahərlərdə də əməkdaşlıq tam sürətlə inkişaf edir. Hər iki ölkənin elm adamları arasında uzunmüddətli əlaqələr qurulub. Onlar birgə elmi layihələri icra edirlər”.
Bəs iki ölkə arasındakı cari əməkdaşlıq forması real imkanları nə dərəcədə əks etdirir?
A.Lukaşenko bildirib ki, Belarus və Azərbaycan güclü intellektual, təhsil, elmi, iqtisadi, texnoloji və istehsalat potensialına malikdirlər: “Bu gün Minsk və Bakı məhz qarşılıqlı səmərəli layihələrin axtarışına və reallaşdırılmasına istiqamətləniblər. Buna ilk növbədə hər iki prezidentin səyləri yönəlib. Yaxşı nəticələr var. Məsələn, 2007-ci ildən Gəncə avtomobil zavodunda təqribən 8 min ədəd “Belarus” traktoru və 3500 ədəddən çox “MAZ” markalı texnika yığılıb. 2015-ci ildə Azərbaycanın bu müəssisəsi Avrasiya İqtisadi Birliyi xaricində Belarus traktorlarının yığılması ilə məşğul olan ən böyük istehsalat sahəsi olub.
Ölkələrimiz üçün faydalı olan belə nümunələr daha çox ola bilər və olmalıdır. Biz adi ticarət çərçivəsindən kənara çıxan layihələrdə fəal iştirak etməyə hazırıq. Bu, iqtisadiyyatın müxtəlif sahələrində innovasiya ideyalarına əsaslanan birgə istehsalatın yaradılması və kənd təsərrüfatı, istehlak mallarının istehsalı, nəqliyyat, informasiya texnologiyalarının inkişafı sahələrində əməkdaşlığın intensivləşdirilməsidir.
Standartlaşdırma, rəqəmsal televiziyanın inkişafı, elektrik rabitəsi şəbəkələrinin və telekommunikasiya avadanlıqlarının modernləşdirilməsi, informasiya təhlükəsizliyi, trafik mübadiləsi sahələrində birgə işə qarşılıqlı maraq mövcuddur.
Belarus tərəfinin nüvə tədqiqatları sahəsində mövcud təcrübəsini nəzərə alaraq, Azərbaycanın mənimsəməyə başladığı atom enerjisinin inkişafı üzrə birgə fəaliyyət perspektivləri var”.
Belarus prezidenti qeyd edib ki, ikitərəfli əməkdaşlığın əsas hədəflərindən biri də birgə səylərlə istehsal olunan məhsulların üçüncü ölkələrə satışıdır: “Yeri gəlmişkən, Azərbaycan bu məhsulların həm Qafqaz regionu, həm də Yaxın Şərq bazarlarında irəliləməsində əhəmiyyətli rol oynaya bilər”.
Belarus son illərdə sülhməramlı meydançaya çevrilib. Bu baxımdan Rəsmi Minsk Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına öz töhfəsini verəcəkmi?
Prezident bildirib ki, əslində, Belarus həm milli maraqlara, həm də Avropa regionunda sabitliyin möhkəmləndirilməsinə tamamilə xidmət edən məsuliyyətli siyasətinə görə sülhməramlı statusunu əldə edib, sülhməramlıya "çevrilməyib": “Bu gün bu danılmaz faktı bizim opponentlərimiz də qəbul edir. Minsk dünya ictimaiyyəti tərəfindən haqlı olaraq Ukraynanın şərqindəki vəziyyətin nizamlanması üzrə daha rahat platforma kimi tanınır.
Tam məsuliyyətlə bəyan edirəm: biz bundan sonra da Belarusun paytaxtında müxtəlif formatlarda, müxtəlif səviyyələrdə istənilən münaqişə tərəflərinin barışığı üzrə görüşlərin keçirilməsini təmin etməyə hazırıq. Bu şərtlə ki, münaqişə tərəfləri bizdən müvafiq xahişi etsinlər.
Bu, Dağlıq Qarabağ probleminə də aiddir. Sizə açıq şəkildə deyirəm: belaruslular Donbassdakı hadisələrə laqeyd qalmadıqları kimi, Qarabağdakı hadisələrə də ürək ağrısı ilə yanaşırlar. Bu da təsadüfi deyil. Axı biz hamımız - ukraynalılar, ruslar, belaruslular, azərbaycanlılar, ermənilər və digər xalqların nümayəndələri - böyük bir dövlətin tərkibindən, Sovet İttifaqı adlı mehriban ailədən çıxmışıq. Buna görə də biz harada olmasından asılı olmayaraq, sülhün, normal həyatın və əmin-amanlığın bərqərar olması üçün əlimizdən gələni edəcəyik.
Dağlıq Qarabağla bağlı mövqeyimiz dəyişməz olaraq qalır: problem yalnız danışıqlar masası arxasında və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq həll oluna bilər. ATƏT-in Minsk Qrupunun üzvü olaraq Belarus tərəflərə bu münaqişənin sülh yolu ilə həll olunmasında lazımi yardımı göstərməyə hazırdır. Biz bu mövqedən çıxış edirik ki, insanlar üçün öz doğma torpaqlarında sülh və əmin-amanlıqdan daha qiymətli bir şey yoxdur”.
NUH.az
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 2026 11:03
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 2026 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 2026 14:44
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
9 fevral 2026 20:54
- Fəzail Ağamalı vəfat etdi
9 fevral 2026 20:50
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
9 fevral 2026 12:15
- Qarabağ qazisi vəfat etdi
9 fevral 2026 10:47
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
