Bakıda gizli və öldürücü bioloji stansiyalar var? - Rəsmi açıqlama
Günün sitatı29 noyabr 2016 10:50
Bakıda gizli və öldürücü bioloji stansiyaların olması iddiaları ictimaiyyətdə ciddi narahatlıq doğurub. Yazar Həmid Herisçinin araşdırmasına görə, 2006-cı ildən başlayaraq Azərbaycanda mövcud olan bu cür stansiya və ya stansiyaların ucbatından ölkədə xərçəng xəstəliyi ildırım sürəti ilə artmağa başlayıb.
Təxminən 10 il əvvələ qədər nadir xəstəliklərdən biri hesab edilən xərçəng xəstəliyi hazırda kişi və qadınlar arasında 50 %-ə qədər artmağa başlayıb. Qeyd edək ki, hazırda xərçəng xəstəliyindən təkcə böyüklər deyil, artıq uşaq və yeniyetmələr də əziyyət çəkməyə başlayıb.
İddialarda o da qeyd edilir ki, ABŞ tərəfindən vaxtaşırı maliyyələşdirilən bioloji laboratoriyada taun, vəba, Sibir xorası mikrobları yetişdirilir.
Məsələyə aydınlıq gətirmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən sualımıza cavab verilməsə də, Respublika Taun Əleyhinə Stansiya ilə əlaqə yaratmağımız tövsiyə olundu. Qurumun direktoru Rakif Abdullayev Bakıda gizli və öldürücü bioloji stansiyanın mövcud olması ilə bağlı iddiaların əsassız olduğunu dedi: “Tam əminliklə deyirəm ki, Azərbaycanda, Bakıda elə bir formada, ümumiyyətlə, heç bir öldürücü laboratoriya yoxdur. Bizim stansiyada isə xüsusi təhlükəli xəstəliklərin laboratoriyası var. Həmin laboratoriya uzun müddətdir ki, fəaliyyət göstərir və orada xüsusi təhlükəli infeksiyalarla bağlı müayinələr aparılır”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə məsələyə bu cür münasibət bildirdi: “Müəyyən bioloji eksperimentlər və sairə haqqında şayiələr çoxdan gəzir. Məsələn, virusların insanlar üzərində təhqiqatı və yaxud ayrı-ayrı virusların peyda olması ilə bağlı. Amma digər tərəfdən də elmi baxımdan əsaslıdır ki, viruslar dəyişir, yeni görkəm alır. Ona görə də bu barədə məlumatlar kifayət qədər fakta əsaslanmır. Əslində insanlar üzərində təhqiqatların aparılması qadağandır. Vaxtilə Böyük Vətən müharibəsində insanlar üzərində təhqiqatlar aparılırdı. Amma düşünmürəm ki, hazırda insanlar üzərində bu cür təhqiqatlar aparılsın. Bunun üçün müxtəlif canlılar var. Hər halda, belə bir fakt varsa, bunun məsuliyyətini dövlət daşıyır. Bu, açıq şüalanmadır, ona qalsa məmurlar da, dövlət məsullu şəxslər də buna məruz qalırlar. Bu baxımdan, bu bir qədər inandırıcı görünmür. Hər halda, belə bir fakt varsa və bu cür jurnalist araşdırmaları ilə gündəmə gəlirsə, məsələyə ciddi yanaşılması yönündə müəyyən addımlar atılar. Bu, məhkəmə predmeti olan bir məsələdir və konkret ittihamdır. Bu cür iddialar irəli sürənin konkret faktları olmalıdır”. (musavat.com)
NUH.az
Oxşar xəbərlər
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 2026 15:30
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 2026 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
Xəbər lenti
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
