Tovuzun icra başçısı deputatlarla niyə yola getmir?
Rayonlarda deputatlarla icra başçıları arasında münasibətlər çox vaxt elə də yaxşı olmur. Deputatların seçicilərinin rəylərindən qaynaqlanan narazılıqları, etirazları müxtəlif dövlət qurumları qarşısında qaldırması son nəticədə icra başçılarının “başında çatlayır”
Politika.Az xəbər verir ki, seçicilərinin səsinə həssas yanaşan deputatlardan biri də 105 saylı Tovuz seçki dairəsindən olan deputat Qənirə Paşayevadır. Onun seçicilərlə sıx ünsiyyətdə olması, onların bir çox problemlərinin yerində həllinə çalışması, məsələləri müxtəlif dövlət qurumlarının rəhbərləri ilə birbaşa həll etməsi yaxud buna çalışması deyəsən Tovuz rayon icra başçısı Tofiq Zeynalovun xoşuna gəlməyib. Təsadüfi deyil ki, ötən il keçirilən sonuncu parlament seçkisində başçı özünün qohumu olan xanım direktoru YAP-ın namizədi kimi seçki marafonuna qoşmuşdu.
Hətta daxil olan məlumata görə, başçı bütün qüvvəsini işə salaraq seçkilərdə həmin xanımın deputat seçilməsinə çalışıb. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, Q.Paşayevanın əvvəlki illərdən bəri gələn aktivliyi onun yenidən seçicilər tərəfindən dəstəklənməsini təmin etdi. Redaksiyamızı məlumatlandıran mənbə onu da bildirir ki, başçı rayonda deputata yaxınlığı ilə seçilən məmurları sıxışdırır: “Məsələn, Təhsil Şöbəsinin müdiri Validə Hüseynovanı Tofiq Zeynalov bir dəfə işdən çıxarıb, lakin o yenidən işinə bərpa oluna bilib. Bütün bunlara baxmayaraq, deputatla icra başçısı bütün rəsmi tədbirlərdə yan-yana olurlar”.
Mənbə bildirir ki, icra başçısının rayondan olan digər deputat - 104 saylı Tovuz-Gədəbəy dairəsini parlamentdə təmsil edən Rafiq Məmmədhəsənovla da münasibətləri yüksək səviyyədə deyil: “Rayonun dağ kəndlərinə demək olar ki, heç bir dövlət qayğısı yoxdur. Əvvəlki deputat Nazim Məmmədhəsənovun zamanında yol, qaz problemləri nisbətən həll olundu, amma Rafiq Məmmədhəsənov bu istiqamətdə heç bir iş görə bilmir, çünki Tofiq Zeynalovla münasibətləri kəskin dərəcədə pisdir”.
NUH.az
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Horovluya növbəti köç karvanı yola salındı
25 fevral 2026 10:59
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 2026 17:17
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
