Heydərovun müavini məhkəməyə çağırıldı - Yanğın olacağını bilirmiş?
Kriminal2 dekabr 2016 12:18
Ötən ilin mayında Binəqədidə 16 mərtəbəli yaşayış binasında 15 nəfərin öldüyü yanğına görə həbs olunanların vəkilləri Fövqəladə Hallar nazirinin birinci müavini Rəfael Mirzəyevin məhkəmədə dindirilməsini istəyir.
BakiPost.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, bu iş üzrə dekabrın 1-də keçirilən məhkəmədə vəkillər nazir müavininin məktubunu mübahisələndiriblər.
Cinayət işinin materiallarında Rəfael Mirzəyevin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova məktubu var. Həmin məktubda göstərilib ki, polimer tərkibli materiallarla üzlənmiş binalar nəzarətdə saxlanmalıdı. Çünki o materiallar istiliyin təsirindən toksik maddələr buraxırlar.
NİYƏ QEYDİYYAT JURNALINDA YOXDUR?
Bu məktubun 2013-cü ilin oktyabrında göndərildiyi qeyd olunsa da, vəkillər hesab edir ki, onu keçən il yanğın hadisəsindən sonra düzüb-qoşub, iş materiallarına əlavə ediblər. Vəkillər Binəqədi Rayon İcra Hakimiyyətində məktubların qeydiyyat jurnalında qeydə alınmamasına əsaslanırlar. Deyirlər ki, əgər 2013-cü ildə belə bir məktub göndərilmişdisə, niyə qeydiyyat jurnalında yoxdur?
"Həmin məktublar saxtadır və hadisədən məsuliyyətdən yayınmaq üçün yazılıb", – binanı üzləmiş "Global Construction" və poliuretan üzlükləri buraxmış "Global Stone" şirkətlərinin təsisçisi, təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova bildirib.
Prokuror Fərid Nağıyev isə nazir müavini tərəfindən imzalanan məktubun saxta olması, hadisədən sonra yazılması barədə fikirlərə etiraz edib. Deyib ki, məktubun jurnalda qeydə alınmaması onun saxtalaşdırılması anlamına gələ bilməz. Dövlət ittihamçısının sözlərinə görə, nazir müavini vəzifəsində bir adamın adından saxta məktub hazırlanması inandırıcı deyil: "Bu məktubların kimlərinsə, məsuliyyətdən yayınması məqsədi ilə yazılması haqda səsləndirilən fikirlər əsassızdır. Üstəlik, bu işdən başqa bir cinayət işi ayrılıb və əgər kimlərinsə günahı sübuta yetirilərsə, onlar da məsuliyyətə cəlb olunacaqlar".
TƏQSİRSİZLİK PREZUMPSİYASI
Nazir müavininin adından saxta məktub hazırlanmasının inandırıcı olmaması haqda prokurorun dediklərinə təqsirləndirilən Uğur Bəşirovun vəkili Cavid Rzazadə belə cavab verib: "MTN hadisələrində, hətta nazir səviyyəsində hansı işlərin baş verdiyini hamımız gördük".
Prokuror da bu replikanı cavabsız qoymayıb: "O hadisələrlə bağlı da hələ heç bir məhkəmə hökmü yoxdur. Dedikləriniz bu mənada, təqsirsizlik prezumpsiyasının pozulmasıdı".
Təqsirləndirilən şəxslərdən 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva bildirib ki, onlar nazir müavini Rəfael Mirzəyevin məhkəmədə dindirilməsini tələb edəcəklər. Müdafiəçi qeyd edib ki, yanğın baş verən binada görülən işlərin keyfiyyətinə və bina üzləndikdən sonra təhvil-təslimə görə Qəzənfər Novruzov qədər icra başçısı Xaləddin İsgəndərov da günahkardı: "Əgər bu adamı günahkar bilirsizsə, ondan yuxarı vəzifəlilər də var. İcra başçısı və digər vəzifəli şəxslər də, ən azı, onun qədər məsuliyyət daşıyır".
"BUNLAR BİLİRMİŞ YANĞIN OLACAQ”
Vəkil İlhamə Həsənova iş materiallarındakı başqa bir məktubu da diqqətə çatdırıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən Binəqədi RUH-nə ünvanlanmış həmin məktubun hadisədən 6 gün öncə – mayın 13-də göndərildiyi qeyd olunub. Məktubda tövsiyə olunub ki, poliuretan materiallarla üzlənmiş binaların yaxınlığına su maşınları yerləşdirilsin.
"Belə çıxır ki, bunlar bilirmiş, yanğın olacaq. Qəribəsi budur ki, icra hakimiyyəti bu məktuba hadisə günü - mayın 19-da cavab yazıb. Bu da sənədlərin sonradan hazırlandığını sübut edir. Demişdilər ki, su maşınları yerləşdirin, niyə yerləşdirməyiblər? Orada olsaydı, tüstü başlayan kimi su vurulardı. Əgər səhlənkarlıq eləyiblərsə, niyə məsuliyyətə cəlb olunmayıblar", – vəkil İlhamə Həsənova etirazını bildirib.
Məhkəmə dekabrın 5-də davam edəcək.
Xatırladaq ki, Binəqədidəki bina yanğını ilə əlaqədar məhkəmə qarşısına çıxarılanlara Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib. Təqsirləndirilən şəxslər arasında Miryusif Mahmudovla yanaşı, «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və BDU-nun müəllimi, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov da var. Onlardan Akif Əlibəyov və Ağacavad Məmmədovun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
NUH.az
Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
5 mart 2026 13:53
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 2026 10:02
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
