Bakı Şəhər Təhsil İdarəsi “zorlama” qalmaqalını ədalətsiz “həll” edib? – ARAŞDIRMA
Elşən Qafarov işsiz qalıb, Ləman Babayevaya isə yenidən vəzifə verilir?
Ötən ay Bakı şəhər Xəzər rayonu Şimali DRES qəsəbəsində yerləşən 230 saylı məktəbin direktoru və direktor müavini arasında yaşanmış qalmaqal ölkə gündəmini işğal etmişdi.
Ölkə mətbatının y
azdığına görə, bu il avqust ayında 230 saylı məktəbin direktor müavini Ləman Babayeva həmin məktəbin direktoru Elşən Qafarovdan prokurorluq orqanlarına şikayət edərək, cinsi təcavüzə məruz qaldığını bildirib.
Daha sonra bu ittihamın doğru olmadığı Ləman Babayeva tərəfindən etiraf olunsa da, sonradan bu şəxslər arasındakı münaqişə dərinləşərək ölkə mətbuatına çıxıb, həmçinin Ləman Babayevanın açıq-saçıq fotoları və nənəsinin erməni olması barədə məlumatlar da saytlarda yayılıb. Noyabrın 16-da is Bakı Şəhər Baş Təhsil İdarəsi rəsmi açıqlama ilə çıxış edərək, adıkeçən hər iki şəxsin vəzifəsindən azad olunduğunu bildirdi.
Qafqaznews Axar.az-a istinadla həmin məlumatı təqdim edir: “Bakıda 230 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ləman Babayevanın Təhsil Nazirliyinin Qəbul Portalına daxil olmuş, həmçinin məktəb direktoru Elşən Qafarovun L.Babayevanın üzrsüz səbəbdən işə gəlməməsi və əmək funksiyalarını yerinə yetirməməsi ilə bağlı müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb.
Bakı Şəhər Təhsil İdarəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, araşdırma
nın nəticəsində hər iki şəxsin fəaliyyətinə xitam verilib:
Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 230 nömrəli tam orta məktəbin direktoru Qafarov Elşən Yəhya oğlu ilə bağlanmış əmək müqaviləsi 10.11.2016-cı il tarixdən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Babayeva Ləman Eldəniz qızı ilə bağlanmış əmək müqaviləsi 15.11.2016-cı il tarixdən ləğv edilib.
Məktəbdə direktor vəzifəsinin müvəqqəti icrası BŞTİ-nin əməkdaşına həvalə edilib. Hazırda məktəbdə təlim-tərbiyə prosesi normal şəkildə davam etdirilir. Məktəbə yeni direktorun təyinatı mövcud qaydalar və müvafiq prosedura uyğun şəkildə həyata keçiriləcək. Ləman Babayevanın müvafiq ərizəsi nəzərə alınaraq, onun pedaqoji fəaliyyətini digər məktəblərdən birində davam etdirməsi
məsələsi isə müzakirə mərhələsindədir”.
Qeyd edək ki, L.Babayeva E.Qafarovun onu zorladığını iddia edib, lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib”.
Dekabrın 2-də Qafqaznews bu istiqamətdə araşdırma apararaq, 230 saylı məktəbin keçmiş direktoru Elşən Qafarovla əlaqə saxladı.
“Ləman Babayevanın direktor müavini təyin olunmasında onun qohumu, Təhsil Nazirliyinin Statistika İdarəsinin müdiri Rauf Nəcəfli rol oynamışdı. Aramızda da elə ciddi problemlər yaşanmırdı, lakin son aylarda Ləman Babayeva dərslərə az-az gəlməyə başladı. Onun həyat tərziylə bağlı davamlı xoşagəlməz sözlər eşidirdim. İyul ayın
da onun dayısı və qardaşı ilə iş görmüş, yay məktəbləri ilə məşğul olan Sergey Kovalenko adlı bir şəxs məktub göndərdi. O, belə bir məktubu Bakı Şəhər Təhsil İdarəsinə də göndərmişdi – məktubda Ləman Babayevanın nənəsinin erməni olduğu, əvvəl İrəvandan Gəncəyə, ordan da 1970-ci illərdə Buzovnaya köçməsiylə bağlı iddialar yer alırdı.
Mən iyulun 16-da Ləman Babayeva ilə bu və digər məqamlar barədə söhbət etdim və təbii olaraq, Qarabağ müharibəsi iştirakçısı olduğuma görə, ondan açıqlama tələb etdim. Həmçinin, həmin vaxt vacib sənədlər onun masasındaydı və Ləmanı işdə tapa bilmirdik… Ləman məndən xahiş etdi ki, bu məsələni açıb-ağartmayım, onsuz da bu yaxınlarda başqa məktəbə direktor gedəcək. O, otağından lazım bildiyi əşyaları götürüb getdi. Daha sonra, əməkdaşlarımız onun otağından məktəbə aid əşyaları boşaltmağa başladı və Ləman Babayeva bundan qəzəbləndi.
Avqustun 1-də isə özünün polis işçisi olduğunu deyən Emin adlı şəxs mənə zəng edərək, hədə-qorxu gəldi. Avqustun 4-də isə müəllimlər otağında iclas etdiyimiz zaman, onun qardaşı Vəfadar Abdullazadə içəri soxuldu və mənə hücum çəkdi. Daha sonra mənə bıçaqla zərbələr endirməyə çalışdı. Niyə hücum etdiyini də öyrənə bilmədim, əsəbi şəkildə söyüşlər söyürdü. Onu məktəbdən uzaqlaşdırdılar. Polis çağırdıq, yerində aktlaşdırmasalar da, özümüz şahidlərin iştirakıyla akt tərtib etdik, gedib polisdə ərizə yazdım.
Avqustun 5-də Xəzər RPİ-yə getdiyimizdə öyrəndik ki, ərizəni və aktı cırıblar. Mən yenidən ərizə yazdım, daha sonra Ləman və Vəfadar da gəlib izahat yazdılar. Onlar o qədər arxayın idilər ki, Vəfadar izahatında “bəli, vurmuşam” deyə etiraf etmişdi. Daha sonradan Ləman Babayevanın özünün də etirafıyla öyrəndim ki, Xəzər RPİ-nin rəisi Azər Muradov himayə edir.
Ləman Babayevanın özünün də müəllimlər arasında dediyinə görə, onun onu müdafiə edən Xəzər RPİ-nin rəisi Azər Muradovdur. “Azər müəllim dedi ki, get otur orda mən arxanda durmuşam” bunu Ləman Babayeva məktəbdə deyib. Və Vəfadar Abdullazadə hazırda guya axtarışda olduğu halda, tam sərbəst dolaşır”, – deyə sabiq məktəb direktoru bildirdi.
E.Qafarov qeyd etdi ki, Ləman Babayeva “zorlama” haqda şikayəti avqustun 23-də yazıb və istintaqın gedişatı zamanı bunun yalan olduğu üzə çıxıb: “Özü də Prokurorluğa və DİN-ə yazdığı sonrakı etiraf edib ki, bunu hirsindən yazıb. Yeni dərs ili başlayarkən isə Ləman Babayeva 14 saylı xəstəxanadan pulla 2 aylıq bülleten aldı və dərsə gəlmədi. Guya, xəstəxanada müalicə alırmış. Biz bunun yalan olduğunu öyrənəndən sonra, 71 müəllimin imzasıyla onun işdən çıxarılması barədə qərar qəbul olundu, oktyabrın 27-də Bakı Şəhər Təhsil İdarəsinə təqdimat yazdım. Lakin bu və digər müraciətlərimiz, təqdimatımız baxılmamış qaldığına görə, etiraz olaraq, noyabrın 3-də könüllü istefa ərizəsi yazdım.
Mən müqaviləmə ayın 10-da xitam verilməsini xahiş etmişdim, amma istefa ərizəmə noyabrın 15-də baxıldı. Mən öz xoşuma çıxdım, çıxarılmadım.
Ləman Babayeva isə indi Buzovnada yerləşən 26 saylı məktəbə gedib. Eşitdiyimə görə, ordakı kollektiv də Ləman Babayevanın gəlişindən məmnun deyil və hətta, bildirilir ki, 2017-ci ilin yanvar ayından direktor müavini təyin olunacaq. Mən indi Ləman Babayevaya qarşı Xəzər Rayon Məhkəməsində iddia qaldırmağa hazırlaşıram. Bu qadın məni şərləyib və işgüzar nüfuzuma xələl gətirib. Mətbuatda yayılan şəkillər isə onun müxtəlif vaxtlarda sosial şəbəkələrdə paylaşdığı şəkillərdir. Mən özüm də ona dəfələrlə şəkilləri və geyim tərziylə bağlı irad bildirmişdim, lakin o deyirdi ki, mənə yoldaşım icazə verir, şəxsi həyatımdır.
Gücüm özümə çatdı aprelin sonunda baş idarə müdiri Məhəbbət xanımın qəbulunda oldum rotasiya-yerdəyişmə istədim. Səbəbini tam açıqlamadım, lakin bu xahişim qəbul olunmadı”.
Adıkeçən sabiq direktor müavini Ləman Babayeva isə Qafqaznews əməkdaşıyla söhbətində təsdiqlədi ki, Rauf Nəcəfli həqiqətən də qohumudur.
“Onun və yaxud da polis rəisinin bu söhbətə nə dəxli var, anlamıram. Elşən Qafarov ağlına gələni danışıb, bizə böhtan atır. Belarus vətəndaşı Sergey Kovalenkonu da onunla biz tanış etmişik, indi mənə və ailəmə ləkə yaxmağa çalışırlar. Onun dediklərinin hamısı böhtandır.
Elşən Qafarov mənə davamlı olaraq xoşagəlməz sözlər işlədir, yaxınlıq qurmaq istəyirdi, əxlaqsız SMS-lər yazırdı. İstədiklərinə nail olmadıqda isə məni kollektivdə bədnam etməyə çalışdı.
Noyabrın 1-də məktəbdə müəllimlərdən biriylə mübahisəm düşdü, telefonumun kartını oğurladılar. Noyabrın 7-də isə şəxsi şəkillərim internetdə yayıldı. Bir də ki, mən zorlamadan şikayət etməmişəm, onun kobud və əxlaqsız davranışlarından şikayətçi olmuşam. Mənə etdiyi təhqirlərə görə, qardaşım hirslənib ona hücum etmişdi. Mənim qardaşımdan şikayətçi olduğu üçün, mən də Elşən Qafarovdan şikayət etdim. Sonradan vasitəçi adamlar oldu, guya biz ikimiz də şikayətlərimizi geri götürəcəkdik, barışıq olacaqdı. İndi mən öz şikayətimi geri götürdüyümə görə peşmanam, çünki o məndən əl çəkmir. Nəyə nail olmaq istədiyini isə başa düşmürəm”, – deyə L.Babayeva vurğuladı.
O, hazırda 26 saylı məktəbdə müəllim işlədiyini təsdiqlədi: “Mən iki yerdə işləyirəm, amma Elşən Qafarovu təhsil sistemindən siliblər. Onun kimi tərbiyəsiz, iş vaxtı içən, söyüş söyən adama təhsil sistemində yer yoxdur. Mənim guya yeni iş yerimdə də direktor müavini keçəcəyimlə bağlı söhbətlər onun uydurmasıdır. Belə bir şey olsa, çox sevinərəm, amma hazırda belə bir gözləntim yoxdur”.
Bakı Şəhər Baş Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov isə məsələdən tam məlumatlı olmadığını bildirdi.
“Deyə bilərəm ki, onların ikisi də işdən azad olunublar. Bu işlə başqa adamlar məşğul olub deyə, sorğu göndərsəniz, araşdırıb sizə məlumat verərik”, – deyə B.Məmmədov bildirdi.
Biz də məsələnin nə dərəcədə ədalətli həll olunduğunu öyrənmək məqsədilə, Bakı Şəhər Təhsil İdarəsinə elektron poçt vasitəsilə sorğu göndərdik.
Araşdırma davam edir.
Rüfət Əhmədzadə
NUH.az
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
