"QHT-lərdən xahiş edirik ki, bu məsələdə diqqətli olsunlar" - Fərasət Qurbanov
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2017-ci il qrant müsabiqəsi ilə bağlı suallara aydınlıq gətirib.
- Şura bu günlərdə növbəti qrant müsabiqəsi elan edib. Müsabiqə mövzularının müəyyən olunmasında QHT-lərin fikrini öyrənirsinizmi?
- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci il üçün QHT layihələrinin maliyyələşməsi məqsədilə qrant müsabiqəsi elan edib. Müsabiqə üzrə layihələrin elektron qaydada toplanması 01-30 dekabr 2016-ci il tarixini əhatə edir. Müsabiqəyə 17 mövzu təqdim olunub. Müsabiqə mövzuları ilk növbədə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasında təsbit olunan mövzular əsas götürülməklə müəyyənləşdirilir. Bununla yanaşı, Şura hər il QHT-lərin iştirakı ilə ictimai müzakirələr keçirir, müsabiqə mövzuları ilə bağlı QHT-lərin fikirlərini öyrənir və onları nəzərə alır. Bu il də müsabiqə mövzularını təqdim etməzdən əvvəl Şura noyabrın 22-də ictimai müzakirə təşkil etdi. Bu tədbirdə yüzlərlə QHT rəhbəri iştirak etdi və mövzularla bağlı 30-a yaxın təklif verildi. Bu təkliflər də Şura tərəfindən nəzərə alınıb.
- Şuranın noyabrın 22-də təşkil etdiyi tədbirdə layihələrin qəbulu üzrə yeni elektron proqramın təqdimatı olub.
- Bəli, yenilənmiş elektron proqram artıq QHT-lərin istifadəsinə verilib. Bu proqram əvvəlkindən fərqli olaraq QHT-lər üçün daha rahat imkanlar yaradır. Sadəcə QHT-lərin proqramın tələblərinə diqqətlə əməl etmələri lazımdır.
İlk növbədə QHT-lər www.e-qht.az portalına "E-ərizə” bölməsinə daxil olmalıdırlar. Burada ekranda iki xana görünür. Həmin xanalara VÖEN və şifrəni daxil etməklə "Qeydiyyat” düyməsini sıxmaq lazımdır. Bu zaman QHT-nin daimi virtual kabineti yaranır. Kabinetdə "Təşkilat haqqında”, "Layihələr” və "Müsajlar” bölmələri görünür. Qeydiyyatdan keçmək üçün birinci addım kimi "Təşkilat haqqında” bölməyə daxil olaraq bütün xanaları doldurmalı və əlavələri yükləmək lazımdır. Bütün məlumatların daxil edilməsinə və əlavələrin yüklənməsinə əmin olduqdan sonra "Şuraya göndər” düyməsini sıxmaq lazımdır. Bildirmək istəyirəm ki, QHT-lərin bazada sərbəst işləməsi və lazımi düzəlişləri etməsi üçün burada "Redaktə et” və "Yadda saxla” düymələri də var. Bu da QHT-lərə daxil etdiyi məlumatları Şuraya göndərməzdən əvvəl lazımi düzəlişlər və əlavələr etməyə imkan yaradır.
Ötən illərdən fərqli olaraq QHT-lərdən elektron ərizə proqramına yalnız bir dəfə qeydiyyatdan keçmək tələb olunur və bu qeydiyyat QHT-lərə Şuranın növbəti müsabiqələrində də iştirak imkanı yaradır.
Qeydiyyatdan keçən QHT-lərə Şura tərəfindən bildirişlər göndərilir. Bu bildirişlər QHT-nin bazaya daxil etdiyi birinci elektron poçt ünvanına, QHT-nin virtual kabinetdəki mesaj ünvanına və bazada birinci qeyd etdiyi mobil telefon nömrəsinə göndərilir. Layihələrin qeydiyyatı da eyni prosedurlarla aparılır. Ona görə də QHT-lər elektron poçt ünvanlarını və telefon nömrələrini yazarkən diqqətli olmalıdırlar. QHT tərəfindən daxil edilən hər hansı bir səhv məlumat onun qeydə alınmasında problem yarada bilər.
- Budəfəki qrant müsabiqəsində diqqəti çəkən məsələlərdən biri də videomaterialların hazırlanması ilə bağlı oldu.
- Bəli, müsabiqə mövzularına fikir versəniz görəcəksiniz ki, burada 8-ci mövzu "İctimai aktuallıq kəsb edən məsələlərlə bağlı videoçarxların və sənədli filmlərin hazırlanması” adlanır. Bu heç də təsadüfü seçim deyil. Ötən illərin təcrübəsi göstərdi ki, bəzi QHT-lər təqdim etdikləri layihələrdə ayrı-ayrı istiqamətlər üzrə müxtəlif mövzularda videomaterialların hazırlanmasını təklif edirlər. Bildiyimiz kimi, videomaterialların ekspertizası xüsusi və peşəkar yanaşma tələb edir. Şura bununla bağlı müvafiq qərar qəbul edərək videomaterialların ekspertizası üzrə komissiya yaradıb və o, üzərinə düşən işi uğurla icra edir. Təəsüflər olsun ki, Şuraya təqdim olunan videomaterialların heç də hamısı tələb olunan standartlara cavab vermir və belə halda onların yayımlanması ciddi narahatlıq doğurur. Bununla yanaşı, bəzən layihələrin daxilində videomaterialların hazırlanması nəzərdə tutulsa da, QHT büdcədə buna az vəsait ayırır ki, bu da materialın keyfiyyətinə ciddi təsir göstərir. Bütün bunları nəzərə alaraq, Şura 2017-ci il qrant müsabiqəsində videoçarxların və filmlərin hazırlanmasını ayrıca mövzu kimi verib. Hansı QHT videomaterialın hazırlanmasını təklif edirsə, yalnız 8-ci istiqaməti seçməlidir. Digər müsabiqə istiqamətləri üzrə Şuraya təqdim olunan layihələrdə videoçarxların və sənədli filmlərin hazırlanması göstərilə bilməz. QHT-lərdən xahiş edirik ki, bu məsələdə diqqətli olsunlar.
QHT-lərə əsas tövsiyəmiz budur ki, müsabiqənin qaydaları və şərtləri ilə yaxından tanış olsunlar və Şuraya layihə təqdim edərkən bu qaydalara əməl etsinlər.
NUH.az
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- Babaları ilə uşaqlıq şəkillərini paylaşdılar - Fotolar
10 may 2026 21:14
- Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
10 may 2026 19:07
- Prezident təqaüdü nə qədərdir (SİYAHI) - Fəlsəfə DOXTURU 200 m, Qarabağ veteranı 80 manat
10 may 2026 17:34
- Bir çox məşhurun sevimli yaşıl kokteyli
9 may 2026 23:25
- İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli sakinləri ilə görüşdülər
9 may 2026 18:45
- Fidan Abbasovanın ANASI Baş prokurora və DİN rəhbərinə müraciət etdi
8 may 2026 23:04
- Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
8 may 2026 22:43
- AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: Dolabda dollar PAÇKALARI vardı
8 may 2026 14:25
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
