135 yaşlı qəzet - “Kaspi”
Həsən bəy Zərdabi, Nəriman Nərimanovun yazılarının dərc etmək hər bir qəzetə nəsib olmur. Bunun üçün ən azından, həmin tarixi şəxsiyyətlərin yazıb-yaratdığı dövrlərə mənsub olmaq lazımdır. Amma bu da hələ hər şey demək deyil. Ən çətini, ilk nömrəsi 135 il əvvəl çapdan çıxmış bir qəzeti bu gün də yaşatmaqdır. Çətin olsa da, bu mümkündür.
AzNews.az 135 yaşlı “Kaspi” qəzetinin redaksiyasından fotoreportajı təqdim edir:
1881-ci ildə ilk dəfə işıq üzü görən “Kaspi” qəzeti Bakı burjuaziyasının təşəbbüsü ilə yaradılmışdı. Cəlil Məmmədquluzadə 1902-ci ildə Dəlmə bağları haqqındakı ilk məqaləsini "Kaspi" qəzetinə göndərib.
Azərbaycanın tarixi şəxsiyyəti, milyonçu Hacı Zeynalabdin Tağıyev 1897-ci ildən sonra qəzetin naşirliyini öz üzərinə götürür. Redaktorluq vəzifəsi gələcəyin görkəmli siyasi xadimi Əlimərdan bəy Topçubaşova tapşırılır.
1919-cu ildə qəzetin fəaliyyəti dayandırılıb. 1999-cu il martın 6-da mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə qəzet yenidən fəaliyyətə başladı. Hazırda “Kaspi” üç dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Fəaliyyətinin əsas məqsədi isə millətin, xalqın qəzeti olmaqdır. Bunu “Kaspi” qəzetinin əsas iş prinsipi kimi seçən təsisçi Sona Vəliyeva müasir “Kaspi”nin sələflərinin iş metodikasına və məqsədinə sadiq qaldığını vurğulayır:
““Kaspi” qəzeti media aləminə öz gəlişi ilə əsas məqsəd kimi klassik sələfinin ənənələrinə sadiq qalaraq, milli qəzet olmağı, digər tərəfdən, dünyanın ən mütərəqqi mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirməyi qarşısına məqsəd qoydu. Söz, mətbuat azadlığının gətirdiyi azad fikirliliyin ölçü-biçisini düzgün dərk etdi. Qəzet daim media etikasına sadiq qalıb. Şəxslərin təhqirinə heç zaman yol verməyərək istər sadə vətəndaşların, istər müəyyən sahəyə aid yetkili şəxslərin şərəf və ləyaqətini qorumaq baxımından lazımi məqamlarda balanslı mövqe nümayiş etdirib. Müasir “Kaspi” sələflərin iş metodikası və məqsədinə sadiq qalaraq, millətin, xalqın qəzeti olduğunu sübut etdi”.
“Mükafatlar bizi sakitləşdirmir...”
Qəzetin baş redaktoru İlham Quliyevin sözlərinə görə, 1881-ci ildə yaranan “Kaspi” qəzeti zaman ötdükcə Azərbaycan problemlərinin müzakirə olunduğu bir tribunaya çevrilib: ““Kaspi”nin ən çox tanınmış simalarından biri Əlimərdan bəy Topçubaşov olub. Bildiyiniz kimi, 1919-cu ildə qəzetin fəaliyyəti dayandırılıb. 1999-cu il martın 6-da mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə qəzet yenidən fəaliyyətə başladı. Biz özümüzü “Kaspi”nin varisləri hesab edirik. Çalışırıq ki, daima o xəttə əməl edək. Bu qəzetdə bir neçə tanınmış şəxslər baş redaktor işləyib. 2015-ci ildən isə kollektivə mən rəhbərlik edirəm. Son illər texnologiyalar sürətlə inkişaf edir, internet həyatımıza daxil olub. O cümlədən də, internet mətbuatı formalaşmağa başlayıb. Hazırda informasiya yükünün böyük hissəsi internet mətbuatının çiyinlərindədir. “Kaspi”nin saytı 3 dildə fəaliyyət göstərir. Bu bizə imkan verir ki, istənilən internet mediası ilə rəqabət apara bilək. Ən populyar saytlardan heç də geri qalmırıq. Bəzi insanlar hesab edir ki, yazılı mətbuat artıq “ölüb”. Amma mən belə düşünmürəm, hesab edirəm ki, kağız mətbuatı dövrü başa çatmayıb. Düşünürəm ki, çap mediasının öz yeri var, bu təbəqə heç vaxt itməyəcək. Qəzet bir salnamədir. Gələcəkdə hər hansı bir sahədə araşdırma apararkən qəzetlərdən istifadə olunacaq. Yazılı medianın üstünlükləri çoxdur.”
İlham Quliyev həmçinin qəzet mətbuatının yaşadığı çətinliklərdən də söz açıb:
“Hazırda 135 illik yubileyə doğru gedirik. Bilirsiniz ki, son illər baş verən proseslər çərçivəsində qəzet kağızı iki dəfə bahalaşdı. Nəticədə qəzetlərin çapı bahalı bir işə çevirildi. Bu baxımdan üzərimizə böyük yük düşür. Düzdür, son vaxtlar qəzetlərə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsi ilə diqqət ayrılır. Hazırda “Kaspi”nin əsas prinsipi mövcudluğumuzu qoruyub saxlamaqdır. Amma bununla belə, biz yubileyə əliboş getmirik. Həftə sonu 24 səhifə ilə oxucuların görüşünə gəlirik. Özü də rəngli bir formatda. Üstəlik, qəzetin 3 əlavəsi var. Ədəbiyyat, Gənclik və Teatr əlavəsini qoruyub saxlayırıq. Yanvarın 1-dən isə “ArtKaspi.az” adlı sayt fəaliyyətə başlayacaq. Bu sayt ədəbiyyat və mədəniyyət sahəsi üzrə ixtisaslaşacaq. 2017-ci ildə xarici auditoriya üçün hesablanmış ingilis dilli versiyanı daha da inkişaf etdirmək fikrindəyik. İl ərzində bir neçə böyük layihələrimiz var. Onlardan biri mart ayında həyata keçiriləcək. Həmin vaxt dövlət orqanlarından biri ilə müsabiqəmiz nəzərdə tutulub. Hazırda onunla bağlı müzakirələr gedir. Kollektivimizin əməkdaşları müxtəlif vaxtlarda dövlət tərəfindən qiymətləndirilib. Elə keçən il 2 nəfər “Əməkdar jurnalist” fəxrı adı alıb, 1 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Qəzetimizin 3 əməkdaşına dövlət tərəfindən jurnalistlər üçün tikilən binada mənzil verilib. Bundan başqa, “Kaspi” qəzeti “Ali Media Mükafatı”na layiq görülüb. Qəzetimizin təsisçisi Sona xanım Vəliyeva da Həsən bəy Zərdabinin həyatından bəs edən “İşığa gedən yol” romanına görə “Ali Media Mükafatı”na layiq görülüb. Bu mükafatlar bizi sakitləşdirmir, istəyirik ki, bu siyahını daha da genişləndirək”.
“Çap mediası internet məkanına uduzur”
İlqar Hüseynov isə rusdilli “Каспий” qəzetinə rəhbərlik edir. O, baş redaktoru olduğu qəzetdə oxuculara əsasən Azərbaycan-Ermənistan münaqişəsinə daha çox yer verildiyini qeyd edib:“Bu gün internet media kağız mətbuatını üstələyib. İnsanlar daha çox operativ və cəmiyyətdə baş verən problemlərlə bağlı informasiyalarla tanış olmaq istəyir. Bunu nəzərə alsaq, həqiqətən də, çap mediası internet məkanına uduzur. Lakin bu o demək deyil ki, çap mediası gündəmdə duran əsas məsələlərə fikir vermir. Xeyr, belə deyil. Biz cəmiyyətin diqqətində olan bütün proseslərə həm ekspertlərin, həm də tanınmış şəxslərdən şərhlər alıb, oxuculara çatdırırıq. Biz gündəlik oxuculara Azərbaycan-Ermənistan, yəni Dağılıq-Qarabağ münaqişəsinin həllində bir çox ölkələrin mövqeyini özündə əks etdirən məqalələr nəşr edirik. Sözsüz ki, bizim də hansısa sahədə problemlərimiz var, hansısa sahəni isə daha geniş yayımlayırıq. “Каспий” sovet məkanında ən qocaman mətbu orqandır. İstərdik ki, rus bölməsi daha da böyüsün. “Каспий” Azərbaycanın milli brendlərindən biridir. O Azərbaycanı sovet məkanında, Avropa ölkələrində tanıdan qəzetdir.”
“Qəzet jurnalistə araşdırmaq üçün imkanlar açır”
“Kaspi” qəzetinin beynəlxalq şöbəsinin müdiri Azər Nuriyev Azərbaycanda kağız mətbuatının daha da genişlənməsinin arzusunda olduğunu vurğulayıb: “Kaspi” böyük ənənəsi olan bir mətbu orqandır. İstərdim ki, onun bundan sonrakı yolu bir az da uzansın. 135 illik tarixi olan qəzetdə işləmək həm böyük məsuliyyətdir, həm də şərəfdir. Mən əvvəlki dövrün “Kaspi” qəzetinin qədim nəşrlərini vərəqləmişəm. Baxıram ki, hər iki dövr bir-birini tamamlayır. O dövr kimi müasir dövrün də tələbləri var. “Kaspi”nin dəsti-xətti olub. Ciddi bir qəzet imici yaradıb, qalmaqaldan uzaq olub. Həmişə çalışmışıq ki, ciddiliyi qoruyub saxlayaq, ucuz sensasiya arxasınca qaçmayaq. İstəyərdim ki, bu 135 illik yubileydə bir neçə əməkdaşlarımızın xidmətləri öz qiymətini alsın. Bu gün internet media ilə müqayisədə qəzetdə işləmək daha rahatdır. Qəzet böyük sahəni əhatə edir, jurnalistə araşdırmaq üçün imkanlar açır. Kağız mətbuatı heç vaxt itməyəcək. Qəzetlərdə reklam işləri azalıb, hətta bir çoxları maliyyə çatışmazlığı ucbatından bağlanıb. Amma bununla belə istərdim ki, yazılı mətbuat çox şaxələnsin”.
“Sosial şəbəkələr çaşqınlıq yaradıb, insanların oxu zövqləri dəyişilib”
“Kaspi” qəzetinin əməkdaşı, Əməkdar jurnalist Təranə Məhərrəmova hesab edir ki, 18 ildir ki, çalışdığı mətbu orqan əmin əllərdədir: “Burda müxbirlikdən “Əməkdar jurnalist” fəxri adına kimi yüksəlmişəm. İnsanlar fərqli olur. Bəzən iş yerini tez-tez dəyişənlər kimi iş yerlərinə bağlananlar da olur. Mən ikincilərdənəm. “Kaspi” mənə ata ocağıdır. Bu gün mediada, internet mətbuatı ilə sosial şəbəkənin kağız mətbuatını sıxışdırdığı bir zamanda “Kaspi” öz mövcudluğunu qoruyub saxlaya bilib. Bəzən deyirlər ki, internet media kağız mətbuatını üstələyəcək. Mən bunu yaxın zamanlar üçün görmürəm. Çünki qəzetin həmişə öz yeri var, olacaq da. Qəzet oxucuları öz vərdişlərindən əl çəkmir. Qəzetə daha çox ziyalılar üz tutur. Sosial şəbəkələr elə çaşqınlıq yaradıb ki, insanların oxu zövü dəyişib. Dünyanın bir çox ölkələrində ən nüfuzlu qəzetlərin redaksiyalarında olmuşam. Oradakı qəzetçiliklə tanış olarkən düşünmüşəm ki, bu gün “Kaspi” həmin mətbuatın prinsiplərinə cavab verir. Müasir dünyada telekanallarda maraqlı verilişlər çəkilir, qəzet aləmində isə xüsusi əlavələr yaranıb. “Kaspi” də bu tələblərə cavab verir. Elə layihələrimiz var ki, o, Azərbaycan mediasında ancaq “Kaspi”dədir. “Kaspi” əmin əllərdədir.”
NUH.az
- Novruz Məmmədov vəzifəsindən azad edildi
7 may 2024 15:58
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
7 may 2024 14:18
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
4 may 2024 18:31
- Həmid Herisçi AYB-nin üzvü oldu
2 may 2024 10:36
- ADNA terrorundan 15 il ötür...
30 aprel 2024 10:28
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 2024 12:48
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41