- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
Xalası oğlu nazirlə bağlı sensasion məlumatlar açıqladı - Otelləri, yeşik sexləri... - FOTO

HÜSEYNQULU BAĞIROV OTELİMİ ƏLİMDƏN ALDI, ÜSTÜMƏ EKSKVATOR SÜRDÜRDÜ
İş adamı Abbas Zeynalov xalası oğlu olan Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Bağırov barəsində şok ittihamlarla çıxış edib.
Hurriyyet.org bildirir ki, adıçəkilən şəxs BakiPost.az-ın redaksiyasına gələrək, şikayətçi olduğu xalası oğlu ilə bağlı bir sıra iddialar səsləndirib və bu iddiaları ilə bağlı bəzi sübutlar təqdim edib.
Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt Appelyasiya Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əleyhinə qərar çıxarılması barədə məlumat vermişdik. Həmin materialda qeyd olunurdu ki, nazirlik əməkdaşları məhkəmə qərarını gözləmədən Qubada iş adamı, həmçinin, nazir Hüseynqulu Bağırovun doğma xalası oğlu Abbas Əbil oğlu Zeynalova məxsus istirahət mərkəzini dağıtdığı üçün onların iddiası ləğv edilib. Bu xəbərdən sonra nazirlik məsələ ilə bağlı geniş açıqlama yayıb, zərərçəkmişin dələduzluq etdiyini, onun iddiasının heç bir əsasının olmadığını, restoranın isə qanun çərçivəsində söküldüyünü bildirdi.
Hər iki yazının linki:
Hüseynqulu Bağırov xalası oğlunun milyonluq obyektini dağıtdı
Hüseynqulu Bağırov xalası oğlunun obyektini niyə sökdürüb? – Nazirlikdən sərt AÇIQLAMA
A.Zeynalov da məhz nazirliyin bu açıqlamasına cavab vermək və iddialarını faktlaşdırmaq məqsədilə redaksiyamıza müraciət edib. Müsahibimiz bildirir ki, nazirlik həmin açıqlaması ilə əslində özünü ifşa edir:

"Bu il sentyabrın 29-da özünü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqşünası kimi təqdim edən Rzayev Malik və özünü Ali Məhkəmənin sədri Ramiz Rzayevin qohumu kimi qələmə verən, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəisi Mustafa Əhmədov 40 nəfərə yaxın adamla və texnika (ekskavator və s.) ilə Quba rayonu ərazisində Qəçrəş kənd yolunda 18 işlətdiyim "Naxçıvan" ("Orman") mövsümi istirahət obyektini özbaşınalıq edərək, qanunsuz və əsassız olaraq dağıdıb, vəhşicəsinə məhv edib və yerini də şumlayıblar.
Hadisə zamanı həmin şəxslərin qanunsuz hərəkətlərinin səbəbini soruşduqda mənə bildirdilər ki, "bu Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırovun birbaşa tapşırığıdır”. Həmin predmetlə bağlı Quba rayon Məhkəməsinin icraatında mülki işin olduğunu, tərəfimizdən məhkəməyə qarşılıqlı iddia ərizəsinin verildiyini bildirdikdə, onlardan söküntü barədə məhkəmənin və ya icra məmurlarının müvafiq qətnamə və qərarlarının olub-olmadığını soruşduqda, dedilər, "məhkəmə, qanun tanımırlar, heç kimdən də qorxmurlar və bu işi nazir Hüseynqulu Bağırovun israrlı tələbi ilə həyata keçirirlər”.
Mən bir sahibkar kimi onlara bu hərəkətlərinin ölkə başçısının sahibkarla bağlı sərəncam və fərmanlarına zidd olduğunu dedikdə, onlar öz nazirlərin əmirlərini yerinə yetirdiklərini söylədilər. Dedilər, Hüseynqulu Bağırov lazımı yerlərə zəng edib tapşırıb, ona görə də məsələnin prosedurlara uyğun, qanuni şəkildə həyata keçirmələrinə lüzum görmürlər”.

Şikayətçi bildirir ki, obyektinin sökülməsinə mane olmağa çalışarkən ona zor tətbiq edilib, ciddi bədən xəsarətləri alıb: "Əmlakımın məhv edilməsinin qarşısını almaq istəyərkən, üstümə ekskavator sürüb mənə ağır xəsarət yetirdilər və mən huşumu itirib yerdə yıxıldım. Sonra Təcili Tibbi Yardımın köməkliyi ilə xəstəxanaya aparıldım. Həmin hadisədən keçirdiyim stress və qorxudan uzun müddətdir ki, müalicə alıram. Bununla bağlı həkim kağızları və ekspert rəyləri də var”.
A.Zeynalov bildirir ki, sökülən restoran uzun illərdir ona məxsus olub və həmin ətrafda olan digər istirahət məkanları kimi "ümumi qayda” ilə fəaliyyət göstərib. O, obyektinin qəsdən və qərəzli şəklidə sökülməsini də məhz ətrafdakı restoranların hələ də fəaliyyət göstərməsiylə əsaslandırır: "Vəhşicəsinə dağıdılmış həmin restoran Qəçrəş yolunda işləyən ən qədim mövsümü restoran olub və 30 ildən çox fəaliyyət göstərib. 18 ildir, mənə məxsusdur və ətrafı da mövsümü restoranlarla əhatə olunmuşdu. Həmin yerdə onlarla belə mövsümü restoranlar, istirahət yerləri fəaliyyət göstərir. Əgər orada restoran işlətmək qanunsuzdursa, bəs başqaları niyə işləyir? İkincisi, bu 20-30 ildə nazir hara baxırdı, niyə bu "dəhşətli qanunsuzluğu” görmürdü?
Nazirin diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5-ci maddəsinə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydə almanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Həmin Məcəllənin 178.6-cı maddəsinə əsasən, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Nazir bu 30 ildə siz haradaydınız?”.

İş adamı nazir qohumunun onun obyektini niyə sökdürdüyünün də səbəblərini açıqlayıb. O, bunu nazirin onunla şəxsi ədavəti olması ilə əsaslandırıb: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuata verdiyi açıqlamada mənim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı və 188-ci maddələri ilə cinayət əməli törətməyim, dövlətin rüsum və vergilərini də ödəmədiyim göstərilib. Bu tam əsassız ittihamdır və böhtandır. Nazir Hüseynqulu Bağırov qanunsuz hərəkətlərini pərdələmək və ört-basdır etmək niyyəti ilə belə bir cəfəngiyat yazdırıb. Nazir məndən iki məsələyə görə qisas aldı. Bu qisasçılıq hissi onun gözlərini elə bağladı ki, qanunları tapdalamaqdan belə çəkinmədi”.
Şikayətçi iddia edir ki, nazir A.Zeynalovun işlətdiyi obyektin ərazisində ağacları kəsdirib, özünə məxsus Yeşik Sexlərinə material apartdırırmış. İş adamı isə buna qarşı çıxandan sonra onun obyektinin dağıdılması qərarı verilib: "Mən və mənə məxsus olan obyekti işlədən şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyinin köməkliyi, göstərişi və təşəbbüsü ilə meşədən yaşlı, qiymətli və saf ağacları qanunsuz olaraq kəsib daşıyan, satan şəxslərə maneçilik törətdiyimizə və vətəndaşlıq borcumuzu yerinə yetirdiyimizə görə hazırkı problemlərə düşmüşük. Məhz bu səbəbdən də Hüseynqulu Bağırov tələm-tələsik, 10 günün içində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki məsul işçisini - Meşələrin Mühafizəsi Departamentinin rəisi Şakir İsmayılovu və Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəisi Mustafa Əhmədovu vəzifəsindən çıxarıb. Nazir elə düşünür ki, kələfin ucunu bulanıq suya soxmaqla törətdiyi əməlləri çıxarılan adamların üzərinə ataraq, izi itirə biləcək. Bəs Hüseynqulu Bağırov Quba rayonunda fəaliyyət göstərən onlarla yeşik sexini bir anda yox edə biləcəkmi? Qırdıqları meşənin yüzillik ağaclarını bir anın içində bərpa edə biləcəkmi? İşdən çıxarılan Mustafa və Şakir cənabları bu özbaşınalıqları təkbaşına, nazirin dəstəyi və xəbəri olmadan edə bilməzdilər. Əlbəttə, onlar məndən qisas almağa çalışan nazirin qanunsuz göstərişlərinə əməl etməklə cinayət törədiblər”.
Biznesmen xalası oğluyla arasında olan ədavətin başqa bir səbəbini də açıqlayıb: "Hüseynqulu Bağırovun mənə qarşı düşmənçiliyi Bakı şəhəri, Nəsimi rayonu, "Təzə bazar”ın yanında yerləşən bir otelin tikintisindən sonra başladı. Həmin otelin inşasına birgə, şərik kimi başladıq. Sonradan o, məni aldatdı və oteli tamamilə ələ keçirdi, heç qoyduğum vəsaiti də qaytarmadı. Daha sonra mən məsələni qanuni yolla həll etmək istəyəndə "Sentral Park" adlı həmin oteli dövlətə bağışladığını bildirdi. Bəli, nazir dövlətin adından istifadə etməklə mənim əmlakımı qanunsuz olaraq ələ keçirdi. Mən aldadıldığımı, onun bu addan istifadə etdiyini sonradan bilmişəm. Və yenidən haqqımı tələb etməyə başlamışam. Bunu görən nazir məndən qisas almağa başladı”.
İş adamı deyir ki, əmlaklarının qanunsuz olaraq sökülməsi ilə ona təxminən 372000 manat məbləğində maddi zərər dəyib: "Hüseynqulu Bağırova bir daha bildirmək istəyirəm ki, 2001-ci ilin yanvar ayının 1-dən müqavilə heç bir tərəfdən mübahisələndirilmirsə, Azərbaycan qanunvericiliyinə görə yenilənmiş sayılır. Həmən müqaviləyə əsasən, sizə pul ödənilməsəydi, bizi bir saat da orada işləməyə qoymazdınız. Mən hələ ekologiya işçilərinin, qonaqlarının və şəxsən sizin çoxsaylı qonaqlarınızla yeyib-içib pulunu ödəmədiyinizdən danışmıram”.
Şikayətçi bildirir ki, bu günə kimi onlar tərəfindən nazirliyin Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə hər il müqavilədə nəzərdə tutulduğundan çox icarə haqqı nağd şəkildə ödənilib: "Hər il Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin nümayəndələri gəlib icarə haqqını özləri alıb aparıb. Lakin bizə icarə haqqının ödənilməsi barədə qəbz verməyib. Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin qanunsuz hərəkətləri ilə bizə həm maddi, həm də mənəvi zərər dəyib. Bununla bağlı Quba Rayon Məhkəməsinin icraatında mülki iş var.
Həmin ərazidə onlarla mövsümü istirahət obyektləri fəaliyyət göstərir. Biz də uzun müddətdir ki, həmin obyektlərin əhatəsində onlardan birini işlədirik, həmin əraziyə və meşə zolağına vicdanlı münasibət bəsləyirik. Lakin Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən bizə qarşı edilən qanunsuz hərəkətlər nəticəsində sahibkar kimi bizim imicimizə və işgüzar nüfuzumuza xələl gəlib.
Nazir Hüseynqulu Bağırov və onun savadsız komandası unudub ki, Qanunun 12.4-cü maddəsinə əsasən Sahibkarın hüquqlarını pozan dövlət orqanlarının və ya digər orqanların, yaxud onların vəzifəli şəxslərinin fəaliyyəti nəticəsində, habelə sahibkar barəsində qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin həmin orqanlar və ya vəzifəli şəxslər tərəfindən yarıtmaz yerinə yetirilməsi nəticəsində sahibkara dəyən zərərin, o cümlədən əldən çıxan gəlirlərin əvəzini mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin orqanlar və vəzifəli şəxslər ödəməlidirlər.
Təəssüflər olsun ki, nazir Hüseynqulu Başırovun ya həmin Qanundan xəbəri yoxdur, ya da belə bir Qanunu tanımaq istəmir. Və bununla dövlətçiliyimizi şübhə altına qoymaq istəyir”.

A.Zeynalov iddia edir ki, nazirlik əməkdaşları xoşları gəlməyən, dediklərini etməyən, meşənin qırılmasına qarşı çıxan sahibkarlardan müqavilənin artırılması müqabilində külli miqdarda rüşvət tələb edirlər: "Maraqlıdır ki, Hüseynqulu Bağırov bu qanunsuz və özbaşınalığı bir ənənəyə çevirib. İki il öncə yenə də qanunları tapdalayaraq mənim obyektimdən 400 metr aralı yerləşən başqa bir iş adamının da obyektini dağıdıb. Bu ayın əvvəlində mənimlə yaxın olduğu üçün başqa bir sahibkara məxsus kottecləri yerlə yeksan edib”.
Zərərçəkmiş şəxs nazirlə mübarizəni davam etdirəcəyini, onunla bağlı yeni faktları təqdim edəcəyini bildirib:"Hüseynqulu Bağırov, səninlə tam ifşa olanadək mübarizə aparmaq əzmindəyəm və bu mübarizəni aparacağam. Sənin Dövlət orqanından istifadə edərək orada yaratdığın ab-hava gec-tez dövlətimiz tərəfindən ifşa olunacaq. Ürəyində olan və vaxtı ilə mənimlə bölüşdüyün arzular elə ürəyində də qalacaq”.
İş adamı son olaraq onu da qeyd edib ki, yuxarıda göstərdiyi faktları hüquq mühafizə orqanlarına sübut etməyə hazırdır: "Bununla bağlı məndə kifayət qədər faktlar və sübutlar var. Həmin sübutları Azərbaycan Respublikası Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə təqdim edə bilərəm”.
NUH.az

- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
2 iyul 2025 01:07
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
1 iyul 2025 23:27
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
1 iyul 2025 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
1 iyul 2025 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
1 iyul 2025 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
1 iyul 2025 19:04
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
1 iyul 2025 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
1 iyul 2025 15:18
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
1 iyul 2025 13:44
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
02 iyul 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
02 iyul 00:48
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
02 iyul 00:10
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
01 iyul 23:27
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
01 iyul 22:47
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
01 iyul 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
01 iyul 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
01 iyul 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
01 iyul 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
01 iyul 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
01 iyul 11:05
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
01 iyul 10:48
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
01 iyul 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 23:55
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 22:58
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 17:46
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
30 iyun 16:59
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 16:49
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 16:43
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 16:26
- Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
30 iyun 16:19