İsveçrə şirkətinin Azərbaycan nümayəndəliyi ittihamlara cavab verdi
İsveçrə şirkətinin Azərbaycanda olan nümayəndəliyi "Zepter İnterneyşnl" MMC dələduzluqda ittiham olunur.
Bu barədə “Report”a "Zepter İnterneyşnl" MMC-nin nümayəndəsi məlumat verib.
Şirkətdən verilən məlumata görə, “Rayda” MMC-nin (Travel turizm agentliyi) şikayəti əsasında Xətai Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb: "Bu il iyul ayında "Zepter İnterneyşnl" MMC-nin rəhbəri Milan Lukiç vətəni Serbiyaya məzuniyyətə getmək fikrinə gəldikdə, şirkət əməkdaşları aralarında olan müqaviləyə əsasən uzun müddətdir ki, xidmətlərindən istifadə etdikləri “Rayda” turizm agentliyinə 23 iyul-21 avqust tarixlərinə Bakı-İstanbul-Belqrad və Belqrad-İstanbul-Bakı reysi üzrə (Türk Hava Yolları) aviabiletlər sifariş etdilər. Həmin zamana təsadüf olan Türkiyədə dövlət çevrilişinə cəhd olduğuna görə və hava limanında böyük qalmaqallı hadisələr baş verdiyindən - 16 iyul 2016-cı il tarixdə rəhbərlik sifariş verilən onlayn biletin dəyişdirilməsini istəyib və "Zepter İnterneyşnl" MMC-nin əməkdaşları tərəfindən telefon vasitəsi ilə dərhal “Rayda” turizm agentliyinə şifahi şəkildə bildirilib. 16-17 iyul tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən 18 iyul 2016-cı il tarixdə şirkətin əməkdaşı tərəfindən elektron poçt vasitəsi ilə uçuşun ləğv olunması barədə “Rayda” turizm agentliyinə təkrar müraciət olunub. Turizm agentliyi ilə danışılandan sonra onlar razı olduqlarını bildirdilər və Milan Lukiçə həmin tarixlərə Bakı-Moskva-Belqrad və Belqrad-Moskva-Bakı reysi üzrə aviabiletlər təşkil edərək şirkətin elektron ünvanına onlayn biletləri göndərdilər və həmin xidmətin qarşılığında biletin ödənişini tam aldılar. İyulun 26-da şirkətin direktoru Milan Lukiç Belqradda olarkən “Rayda” turizm agentliyinin əməkdaşları şirkətdən Bakı-İstanbul-Belqrad və geri reysindən imtina olunması barədə rəsmi məktub təqdim olunmasını istədilər və həmin istək yerinə yetirildi. 26 iyul 2016-cı il tarixdə şirkət tərəfindən “Rayda” turizm agentliyinə imtina məktubu da göndərildi".
"Zepter İnterneyşnl" MMC-nin nümayəndəsi bildirib ki, hadisədən bir ay keçəndən sonra avqust ayında “Rayda” turizm agentliyi imtina edilən biletlərin pulunu istəyib: "Həmin biletlərin qiymətlərinin isə 1084 manat 74 qəpik təşkil etdiyini söylədilər. Onlara dedik ki, “axı əvvələcədən siz bizə heç nə demədiz, biletləri də dəyişdirmək istəyəndə razılaşdız və bizdə dəyişdirilmiş biletin pulunu ödədik”. “Rayda” MMC həmin məbləği tələb etsədə, ancaq Türk Hava Yollarına aviabiletlərə görə pul ödədiyini təsədiq edən qəbzi bizə təqdim etmirlər. Həmin qəbzi prokurorluğa yazdıqları şikayətədə əlavə etmirlər. Düzdür, biz biletin geri qaytarılması ilə bağlı nəzərdə tutulan cərməni ödəmək niyyətində idik, lakin onlar özləri biletlər dəyişdirilən zaman bununla bağlı şirkətimizə heç bir söz demədilər”
Şirkət nümayəndəsi söyləyib ki, şirkətlər arasında mülki mübahisə olmasına baxmayaraq, Xətai Rayon Prokurorluğunda fakt üzrə cinayət işinin başlanması tamamilə qanunsuzdur: “Guya biz dələduzluq eləmişik. Axı burada heç bir dələduzluq faktı yoxdur. Bu iki şirkət arasında olan pul söhbətidir. Qanuna əasən, mülki iddiaçı qismində iddia qaldırılmalı idi, lakin rayon prokurorluğuna müraciət edilməməli idi. Xətai Rayon Prokurorluğu da heç bir qanuna əsaslanmayaraq, fakt üzrə cinayət işi açıb və baxılması üçün Xətai Rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərib”.
"Zepter İnterneyşnl" MMC nümayəndəsi rayon prokurorluğunda fakt üzrə cinayət işinin başlanmasına görə, Azərbaycanda fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkdirdiklərini vurğulayıb: “Rayda” turizm agentliyi bu məsələ ilə bağlı Serbiyanın Azərbaycandakı səfirliyinə də şikayət edib. Səfirlikdən məsələ barədə bizdən soruşdular. Şirkət rəhbərliyidə onlara məsələni izah etdikdən sonra, səfirlik əməkdaşlarıda mülki mübahisənin Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işinə çevrilməsindən təəcüblərini gizlədə bilmədilər. Şirkət nümayəndəsi onu da bildirdi ki, özünü “Rayda” turizm agentliyin rəhbəri kimi təqdim edən Adil Əliyev açıq-aydın şəkildə Xətai Rayon Prokurorluğundan təzyiq, hədə-qorxu vasitəsi kimi istifadə edir və Xətai Rayon Prokurorluğuda hansısa səbəbdən açıq-aydın olan mülki mübahisəni qanunsuz təsir göstərməklə cinayət əməli kimi göstərməyə çalışır. Əgər belə qanunsuzluqlar davam edərsə sonda "Zepter İnterneyşnl" MMC öz fəaliyyətini Azərbaycan Respublikasında dayandırmaq məcburiyyətində qalacaq və bundanda daha çox həmin şirkətdə çalışan vətəndaşlarımız zərər görəcəklər, çünki onlarla ailə həmin şirkətdən aldığı əmək haqqı ilə dolanır. Şirkət bununla bağlı Azərbaycan Prezidentinə də müraciət edib. Rəhbərlik qanunsuz olaraq, onların işlərinə müdaxilə edilməsindən narahatdır”.
Xətai Rayon Prokurorluğunun dəftərxanasından "Report"a bildirilib ki, işlə bağlı məlumat almaq üçün rayon prokurorluğa yazılı müraciət edilməlidir: "Hazırda biz sizə bununla bağlı heç nə deyə bilmərik. Çünkü işlərimiz çoxdur və vaxtımız da istənilən qədər yoxdur".
NUH.az
- Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
30 oktyabr 2025 10:36
- Prezident İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi (FOTO)
29 oktyabr 2025 23:20
- Tamilla Əliyeva AQTA-da məsul vəzifəyə təyin edilib (AÇIQLAMA)
29 oktyabr 2025 22:32
- İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
29 oktyabr 2025 14:08
- TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
29 oktyabr 2025 14:04
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
29 oktyabr 2025 10:59
- Oğuz qoluna aid türk dilləri: qədim tayfalardan müasir xalqlara uzanan mədəni zəncir
29 oktyabr 2025 01:19
- İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ
28 oktyabr 2025 21:58
- Prezident Horovlu kəndinin AÇILIŞINDA
28 oktyabr 2025 15:15
- Bu gün QAÇAQ SƏFİRƏ-nin yaxın adamının məhkəməsidir
28 oktyabr 2025 13:32
- AZADLIQ AŞIĞI da DANIŞDI: Ramiz Mehdiyev bağda mənə BİR DƏFƏ...)) lmir...
30 oktyabr 11:52
- DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı SAXLANILDI
30 oktyabr 11:32
- NAR-ın Çoox Şanslı lotereyasının ilk avtomobil qalibi sükan arxasında
30 oktyabr 11:26
- Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
30 oktyabr 10:36
- Qubaya 10 sm qar yağdı (VİDEO)
30 oktyabr 10:17
- BAKCELL bu gün Zeekr 001 hədiyyə edəcək - Son saatlar!
30 oktyabr 00:42
- Prezident İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi (FOTO)
29 oktyabr 23:20
- Tamilla Əliyeva AQTA-da məsul vəzifəyə təyin edilib (AÇIQLAMA)
29 oktyabr 22:32
- İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
29 oktyabr 14:08
- TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
29 oktyabr 13:57
- Vaşinqtonda Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşəcək
29 oktyabr 11:24
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
29 oktyabr 10:59
- General Mirzəyev 9 il azadlıqdan məhrum edildi
29 oktyabr 02:12
- Oğuz qoluna aid türk dilləri: qədim tayfalardan müasir xalqlara uzanan mədəni zəncir
29 oktyabr 01:19
- Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
29 oktyabr 00:21
- İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ
28 oktyabr 21:58
- Dünyada ilk müsəlman qadın deputat - Pəri xanım Sofiyeva KİMDİR...
28 oktyabr 21:32
- Prezident Horovlu kəndinin AÇILIŞINDA
28 oktyabr 15:15
- Bu gün QAÇAQ SƏFİRƏ-nin yaxın adamının məhkəməsidir
28 oktyabr 13:32
- Fəzail Ağamalının gizlətdiyi OĞLU üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ
28 oktyabr 13:03
- Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu - Fotolar
28 oktyabr 11:48
- Prezident Sabirabada səfər etdi (FOTO)
28 oktyabr 11:20
- Dünyada 3 paytaxtı və 12 RƏSMİ DİLİ olan yeganə ölkə
28 oktyabr 02:48
- Pezeşkian və Hatəmidən eyni mesaj - Neft var, inkişaf yox...
28 oktyabr 01:51
- 15 il əvvəl Xaçmazda sahibkarı Ramiz Mehdiyevin şəbəkəsi QƏTLƏ YETİRİB ? öldürülən
28 oktyabr 00:08
- Boz kardinal məktubunda nə yazıb? - Azərbaycanca tərcüməsi
27 oktyabr 23:10
- NAR-a yeni baş icraçı direktor təyin olundu
27 oktyabr 22:44
- Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı (FOTO)
27 oktyabr 21:45
- Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar
27 oktyabr 21:37
- Allahşükür Paşazadə Vatikanda Papa ilə görüşəcək
27 oktyabr 14:02
