İranla İsrailin gizli neft alveri - milyardlarla neft pulları hardadır?
Günün sitatı18 dekabr 2016 13:55
Göyərtəsində 18 milyard avro pul olan təyyarə gecəyarı Bakı aeroportuna enir; hava gəmisi Frankfurtdan qalxmışdı...
Misal üçün, şah dövründə İran Təl-Əvivlə münasibətlərini “Tam məxfi!” qrifi ilə işarələmişdi. Türkiyə vasitəsi ilə İsrailə gedən Tehran nümayəndələrinin yaşıl rəngli diplomatik pasportuna müvafiq möhürlər adətən heç vaxt basılmırdı. Görüntü yaradılırdı ki, bəs guya bu diplomatlar Türkiyədə Aya Sofya kilsəsini ziyarət ediblər, Anıt qəbrin üstünə tər çiçəklərdən hörülmüş çələng qoyublar və sair və ilaxır.
İran-İsrail münasibətlərində gizli, məxfi nüanslar, detallar, layihələr axtarsan, bir deyil, iki deyil. Çoxdu, həm də lap çoxdu...
Ötən əsrin 70-ci illərində, Təl-Əvivdə öz diplomatik missiyasını yerinə yetirən 6 iranlının pasportlarını aç, bax. Görəcəksən, bu pasportları İsrail vizası deyil, İsveçrə möhürləri bəzəyir. Daha bir vacib informasiya - İran Xarici İşlər Nazirliyi o vaxtlar məktublaşmada İsrail kəlməsi əvəzinə adətən “Bern-2" məxfi kodunu işlədib iz azdırarmış.
İsraillə-İran arasındakı gizlinlər barəsində saatlarla durmadan danışmaq mümkün olsa da, biz indi bu sirlərin ancaq biri üzərindən ağır pərdəni götürmək istəyirik. Həəə, bu günkü mövzumuz, 50-ci illərin son rübünə aiddi. O vaxtlar İranla İsrail çox böyük, indiki Bakı-Ceyhan layihəsini xatırladan son dərəcə gəlirli bir proje hazırlayıb onu gizlicə həyata keçirirlər. Eylat-Aşkelon neft boru kəməri vasitəsi ilə Qırmızı, Aralıq dənizlərinin sahillərini birləşdirib, girişirlər bu xətt boyu neft nəqlinə.
Vur-tut 100 günə (50-ci illərin sonunda) inşa edilmiş bu boru kəməri vasitəsi ilə Şah rejimi ilə İsrail artıq 1970-ci ildə dünya bazarına 10 milyon neft ixrac edirdi. Süveyş kanalının o vaxt gəmiçilik üçün bağlı olması, proje müəlliflərinin bank hesablarını artırır, ciblərini şişdirir. İran nefti, özünə yeni alternativ marşrut qazanaraq başlayır digər neft ixracatçılarını sıxışdırmağa. İştaha diş altındadır - ağlasığmaz qazanc, tezliklə hər iki tərəfi əlavə projelərə imza atdırır. Konsorsium iştirakçıları, Aralıq dənizi sahillərindəki neftayırma zavodlarını alıb gəlirlərini iki qata çıxarırlar. Vaxtı ilə məşhur kəşfiyyatçı Mehdi Hüseynzadənin partlatdığı Triyest neftayırma müəssisəsi də məhz o zaman satın alınıb İsraillə İranın ümumi maraqlarına xidmət etməyə başlayır. İşə Fələstin terrorçuları qarışınca, məsələ lap şişir. Konsorsium, həyatında ilk dəfə ciddi müqavimətlə üzləşib çaşbaş qalır. Növbəti partlayış, konsorsiumun aldığı digər neftayırma zavodunda - Hollandiyanın Roterdam şəhərində baş verdikdə, əsəblər tam gərilir.
İşə İsrail kəşfiyyatı MOSSAD qarışır. Tezliklə bəlli olur ki, partlayışların arxasında Şərqi Almaniya kəşfiyyat qurumu olan “Ştazi” dayanır. Partlayışların icraçıları - Fələstin terrorçuları, ideya və informasiya mənbəyi isə İran solçularının “Tudə” partiyasıdır.
***
Əlcəzair terrorçusu Məhəmməd Budia partlayıcı maddələrdən, deyilənə görə, gözüyumulu baş çıxarırmış. Maraqlarının uzun siyahısında birinci yerdə terrormuş, ikinci yerdə teatr sənəti. 1962-ci ildə Əlcəzair müstəqillik qazandıqdan dərhal sonra o, Əlcəzair Milli Dram Teatrının direktoru vəzifəsinə təyin olunsa da, bu vəzifəyə tab gətirməyib, tezliklə yenidən terrora qayıdır. Terror aktlarını adətən öz qadın sevgililərinin əliylə görən bu məşhur konspiratora, 70-ci illərin əvvəlində İran solçuları zəng edib görüş təyin edirlər.
Əyninə uzun boz plaş, başlarına, ətrafı gen zolaqlı şlyapa qoymuş İran “Tudə” partiyası rəhbərləri, Paris metrostansiyalarının birində Məhəmməd Budianı qəfil haqlamağa müyəssər olurlar. Qulağına məxfi parolu pıçıldayıb terrorçunu möhkəmcə diksindirirlər. Şərqi Almaniya kəşfiyyatı “Ştazi”nin konsorsium barəsində topladığı sənədləri Məhəmməd Budiaya ötürüb deyirlər:
- Konsorsiumun İrandan qeydiyyatsız milyon tonlarla neft götürüb dünya bazarına çıxarması hələ azdı. O həm də İsrailin energetik təhlükəsizliyinə qarantdı. Triestdən, Rotterdamdan İsrailə neft emalı məhsulları daşıyır. Konsorsium dünya neft daşımaçılığına nəzarət edərək neft qiymətlərini nəzarətdə saxlamağa müvəffəq olub. Ən gizli informasiya - Aralıq dənizi hövzəsində əksər neftayırma fabriklərini almış bu şirkət, belə getsə durmaq nədi bilməyəcək. Görün, əlinizdən nə gəlir.
Budia, işarəni havadaca tutub girişir işə. Əvvəlcə Rotterdamdakı neftayırma fabrikini göyə sovurur, az sonra Triyesdəkini (avqust 1972). Operativ əməliyyat zamanı “Ştazi” ona bu ünvanı vaxtı ilə havaya sovurmuş Mehdi Hüseynzadənin təcrübəsindən istifadə etməyi məsləhət görür. Əməliyyatın sxemi, bütün detalları təxminən eyni imiş. Əməliyyata cəlb edilənlər arasında Fətəlixan Düdənginskinin qatili Mikayıl İsmayılov da vardı. Mehdi Hüseynzadə ilə birgə müxtəlif partlayışlarda iştirak etmiş bu şəxsin italyanca bilməyi, üstəlik arvadının italiyalı olmağı və bir sıra digər məxfi cəhətlər, cari əməliyyata elə bəribaşdan uğurlar və tam məxfilik vəd edirdi.
Konsorsiumun bölgədəki iqtisadi maraqlarına ciddi zərbə vurmuş bu partlayışları tədqiq edərkən MOSSAD-çılar tezliklə Parisin “Etual” metrosunda Məhəmməd Budianı aşkarlayıb nəzarətə götürürlər. 28 iyun 1973-cü il tarixində o, öz minik avtomobilini yoxlamadan mühərriki işə salır.
Bu vaxt güclü partlayış teatr həvəskarını param-parça edir.
***
1975-ci ildə isə vəziyyət tam dəyişir - yeni Amerika prezidenti Cimmi Karter qərara gəlir ki, bəs bu boru xətti bölgədəki strateji balansı İranla İsrailin xeyrinə dəyişib Amerika maraqlarına ciddi ziyan vurur. Karter, Misir prezidenti Ənvər Sədatla, habelə digər ərəb liderləri ilə danışıqlara başlayıb, tezliklə Süveyş kanalını gəmiçilik üçün açmağa müvəffəq olur.
Neft ixracının boğazını qapamış əngəl aradan qalxır, Kemp-Devid danışıqları sayəsində Misir, nəhayət, İsraili tanıyır. Nəticədə Aşkelon-Eylat kəməri öz rentabelliyini itirib, bütün öz gizli sənədləri ilə birgə arxivə göndərilir. Sonrakı İran İslam inqilabı, projenin tabutuna sonuncu mismarı vurub, Tehranla Təl-Əvivi əməlli-başlı küsdürür. İran bu proje vasitəsi ilə aldanıldığını, talan olunduğunu elan edərək İsveçrədəki beynəlxalq məhkəməyə müraciət etməyə məcbur qalır. Məhkəmə dartışmaları acı bağırsaq kimi illərlə uzanaraq 2016-cı ilin avqustunda İranın kiçik qələbəsi ilə nəticələnir. İsveçrə Federal Tribunalı - ölkənin ali məhkəmə qurumu, qərara gəlir ki, İsrail hökuməti Aşkelon-Eylat neft kəmərinə görə Tehrana 1.1 milyard təzminat ödəməli, habelə məhkəmə xərclərinə görə əlavə 400 milyon dollar pul verməlidir.
***
Bundan sonra Aşkelon-Eylat boru-kəmər şirkətinin (İsraildə o EAPC abbreviatura ilə adlanır) sədri Yosi Paled mətbuata açıqlama verərək mövzu ətrafındakı məxfiliyi ilk dəfə pozmağa müvəffəq olub.
- Vaxtı ilə İranla birgə qurduğumuz bu şirkət artıq milliləşib. Şirkət barədə əlavə nəsə söyləməyə haqqım çatmır. Hərbi senzura barəmizdəki bütün informasiyanı yasaqlayıb deyə, mövzuya əlavə şərhim az olacaq. İki il əvvəl boru kəmərində sızıntı olub, ətraf mühitə ciddi ziyan dəyib. Ancaq, şirkətin “Tam məxfi!” qrifi altında fəaliyyəti onu İsraildəki ekoloji tələblərə riayət etməmək imkanını verir. Şirkətin məxfiliyi barədə qərar 50 il əvvəl qəbul edilsə də, məxfilik indi də ömrünü sürməkdədir.
- İran, inqilabdan sonra şirkətə qarşı beynəlxalq məhkəmələrdə üç iddia qaldırıb. İddia edir ki, şirkət guya milyardlarla pul mənimsəyib, İranın zəngin neft yataqlarını uzun illər talayıb soyub. Milliləşdirilən pay, kimindi - İranın, yoxsa İsrailin?
- Bağışlayın... Əlavə sizə heç nə deyə bilmərəm.
Beləliklə, konsorsiumla bağlı bütün sənədlər İsraildə necə deyərlər “yeddi möhür” arxasında gizlədilir. İnformasiya məxfi və qapalıdır.
***
İranın başı, bu cür məxfi neft anlaşmaları ilə əlaqədar birinci dəfə deyil ki, ağrıyır. 2012-ci ildən atom silahı istehsalına görə beynəlxalq sanksiyalara məruz qalan İran, banklararası SWIFT pulköçürmə sistemindən xaric olunub. O, indi-indi bu sistemə qayıtmaq şansını qazansa da, real vəziyyət hələ bir o qədər də aydın deyil. SWIFT-dən kənarda qalan İranın, neft alverində nağd pula keçdiyini söyləyənlər, adətən bu vaxt dünya aeroportlarında saxlanılan milyardlarla dollar pula işarə vurarlar. O pulun yüz milyarddan çoxu Moskvanın Şeremetyev aeroportunda saxlanılır, yerdə qalanı İstanbulda saxlanılır və...
Və Bakı hava limanında. 6 fevral 2012-ci il tarixində gecə yarısı Bakının Heydər Əliyev adına beynəlxalq aeroportuna qəribə bir yük təyyarəsi enir. Görünür, elə-belə enmir. Hansısa bir razılaşma, sövdələşmə çərçivəsində Bakıya gəlib burda öz sahiblərini gözləyir. Yükün sənədləri ilə elə ilk tanışlıq bəs edir ki, adamın gözləri çıxsın kəlləsinə. Sənədlərdə göstərilir ki, şah xəzinələrinə layiq bu dəyərli yük Almaniyanın “Deutsche Bank”ından Azərbaycana göndərilibmiş. Tərkibində 168 palet - yəni xüsusi qutu olan bu təyyarə Frankfurt-Mayn şəhərindəki aeroportdan uçub gəlibmiş paytaxtımıza. Paletlərin hər biri elə bil qızıldanmış - hər birinin içində 100 milyon avro pul varmış. 168 paletdəki həmin pulu bir yerə yığsaq, ortada ağlasığmaz bir məbləğ - 18 milyard avro pul kütləsi yaranar.
Qısası, İran şah dövründə gizli neft alveriylə bir cür məşğul olub, indi bir başqa cür. Bəziləri iddia edir ki, İranla Vaşinqton arasındakı gizli neft alveri heç vaxt, hətta inqilabdan sonra da bir gün olsun belə kəsilməyib. “İran-Kontros” əməliyyatı belələrindən ancaq biridir - bu əməliyyata görə İran, Vaşinqtona neft satır, əvəzində silah alırdı. Deyilənə görə hələ 80-ci illərdə Federal Rezerv Sisteminin iki məxfi əməkdaşı dollar çap edən dəzgahla birgə Tehrana gələrək İranın nağd pula tələbatını ödəməyə başlayıb. Bir müddət həmin çap makinası İranda sürətlə işləyib. İranın atom projesi ortaya girincə əvvəlki qaydalar pozulub. Vaşinqton öz əməkdaşlarına əmr verib ki, bəs pul makinasını sökün, klişeləri məhv edin, özünüz də geri qayıdın. Küllü miqdarda çap edilmiş pul kütləsi isə ortada qalır. Sem əmi deyir ki, bəs bu pulların sıra nömrələri bəllidir. Cürətiniz varsa bu pul kütləsini tədavülə buraxın. Hamısını müsadirə edəcəyik... Sonradan İran, 6 qarant dövlətin gizli rəyi ilə həmin pulları dollardan avroya konvertasiya etməyi bacarır. Ancaq həmin nəhəng məbləği bank öz hesablarına otuzdura bilmir. Nəticədə pullar indiyəcən, vizasız sərnişin kimi, müxtəlif məkanlarda, o cümlədən Bakı aeroportunun tranzit zonasında ilişib qalır.
Unutmayın, Eldar Mahmudov çetesinin bu pulları qarət etməsi bir vaxt mətbuatımızın əsas mövzularından biri olub.
***
Rusiya mətbuatının yazdığına görə, həmin pulları almaq şansı indi ən çox həmyerlimiz Əli İsayevə məxsusdu. O, azərbaycanlıdır. Bakıdandı. Sovet vaxtları Azərbaycan SSR DTK-da şöbə müdiri vəzifəsində çalışıb. Kiçik detala fikir verin - İran hökuməti bu şəxsin adına xüsusi etibarnamə verməkdən belə çəkinməyib. O, çox zəkalı birisidir - 20 dildə danışa bilir. 1953-cü il doğumlu bu şəxs 195371015882 saylı Rusiya pasportunun daşıyıcısı, “İnternational İnvestmend Danato Swiss AG” maliyyə şirkətinin sahibidir. Rusiyada həm də “Respekt 2000" tikinti şirkətinin bossu kimi də tanınır.
Lakin ortada bir fakt var - İsveçrədə fəaliyyət göstərən bu şirkətin saytına tıklayınca ekranda “Şiri-Xurşid” simvolu peyda olur. Şiri-Xurşid isə, şah dövrünün simvolu kimi indi İranda yasaqdı. Yaxşı, necə olub indiki islam rejimi bu şah tərəfdarına - Əli İsayevə öz var-dövlətini etibar etməkdən çəkinməyib?
Bu, ümumiyyətlə mümkündürmü müasir İranda?
Əlbəttə yox.
Demək, bu pulların tarixçəsi çox qədimə, hələ şah dövrlərinə gedib orda zülmətə qərq olur.
Ola bilsin, bu pullar şah rejimi ilə İsrailin vahid qazancı, bayaq adını çəkdiyimiz o məxfi konsorsiumun gizli xəzinəsidir. Bu səbəbdən, etibarnaməsi şah pərəstişkarı Əli İsayevə tapşırılıb.
Bütün hallarda, belə çıxır ki, İsraillə İranın arasındakı bu məxfi söhbətdə şah tərəfdarları indi də söz, ixtiyar sahibidirlər. Həmid HERSÇİ
NUH.az
Oxşar xəbərlər
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 2024 13:28
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 2024 12:47
- Azərbaycanda Qələbə Günü qeyd olunur
9 may 2024 11:57
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
7 may 2024 01:46
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
7 may 2024 00:53
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
3 may 2024 19:57
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
2 may 2024 17:51
Xəbər lenti
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 13:22
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 13:11
- Prezident qəbul keçirdi - Fotolar - Yenilənib
14 may 13:17
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 13:00
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 11:42
- Prezident qəbul keçirdi - Fotolar
13 may 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
Video & Fotoqalereya
Video
Fotoqalereya