Bakı Nəqliyyat Agentliyində nə baş verir? - Sensasion məktub
Hadisə19 dekabr 2016 15:46
Son günlər Bakı Nəqliyyat Agentliyi mətbuatından gündəmindən düşmür. Vüsal Kərimlinin rəhbəri olduğu qurum internet media ilə yanaşı telekanalların da gündəmindədir.
BNA ilə bağlı musavat.com-a daha bir məlumat daxil olub. Agentliyin əməkdaşı işdən ayrılan gün öz iş yoldaşlarına e-poçt vasitəsilə məktub göndərərək qurumda baş verən özbaşınalıqlardan bəhs edib.
Həmin məktubu olduğu kimi təqdim edirik:
"Bildiyiniz kimi 2011-ci il dekabr ayından etibarən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində çalışıram. Ötən müddət ərzində hər birinizdən hörmət görmüşəm. Bacardığım qədər hörmətinizi saxlamağa çalışmışam. Bununla əlaqədar hər birinizə minnətdarlığımı bildirirəm. 7 dekabr 2016-cı il tarixindən etibarən isə artıq Mərkəzdən ayrılmışam.

Son dövrlərdə, yəni NİİM-in Bakı Nəqliyyat Agentliyinin tabeliyində olduğu dövrdə baş verən proseslərin əksəriyyətindən məlumatlısınız. Lakin sahə avadanlıqları üzrə isə bir çox məsələlər qaranlıq çərçivədə aparılmaqdadır. 1369 avadlıqdan hazırda 800 ədədi işlək vəziyyətdədir. Bunun əsas səbəbi fiberoptik şəbəkədə olan problemlər və detal ehtiyatının çatışmazlığıdır. Detal ehtiyatı ilə əlaqədar NİİM və BNA rəhbərliyinə dəfələrlə məlumat verilmişdir. Lakin heç bir halda tələb olunan sifarişlər anbarda olsa belə qəsdən icra edilməmiş qalmaqdadır və təbii olaraq avadanlıqların dayanıqlı işləməsi mümkün deyildir. Xüsusi olaraq bildiriəm ki, ümumi sifarişlər əsasında 120-dən çox adda detala ehtiyac vardır və sənədlərdə bu əksini tapmışdır.
Konkret olaraq mənim işdən çıxmağıma səbəb olaraq rəsmən deyilməsə belə dekabr ayının 5-də “Xəzər TV”-də efirə gedən Q.Qarayev prospektində yerləşən dayanacaqların iki dirəyi üzərində qalan BIT avadanlıqlarla bağlıdır. Həmin avadanlqlar NİİM-in sadəlövh, həris rəhbərliyi ilə həmin rayonun icra hakimiyyəti arasında gedən əzələ nümayişinin qurbanı olaraq orada qalmışdır. Daha ətraflı olaraq bildirirəm ki, həmin dayanacaqların yerinin dəyişdirilməsi Nizami İH tərəfindən NİİM-ə təklif olunmuş və köçürülməsi üçün tələb olunan işlərin öz üzərlərinə götürüləcəyi bildirilmişdir. Lakin Anar Rəsulov tərəfindən qarşı tərəfdən fantastik məbləğ (hazırda bununla əlaqədar müvafiq smeta sənədləri hüquq şöbəsindədir - əlavədə verilmişdir) tələb olunmuş və nəticədə qarşı tərəf bundan imtina etmişdir.
Sözügedən sujet efirə gedən günün səhəri bildiyiniz kimi BNA-nın mətbut xidmətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmışdır. Həmin avadanlıqların bərbad vəziyyətdə olması barədə aidiyyatı rəhbərliyə (“whatsapp” və e-mail vasitəsilə) məlumat verilmiş və konkret olaraq nəzərdə tutduğu məbləğ (smeta əlavədə verilmişdir) ödənilməyəcəyi təqdirdə çıxarılmayacağı Anar Rəsulov tərəfindən birmənalı qadağan edilmişdir. Sujetlə əlaqədar BNA baş direktorunun otağında NİİM rəhbərliyinin iştirakı ilə qapalı iclas keçirilmiş və avadanlıqların çıxarılmaması barədə baş verənlərlə əlaqədar qurban olaraq mən və Emil Əhmədli seçilmişik.
Birmənalı olaraq təkrar edirəm, avadanlıqların çıxarılmamasına səbəb Anar Rəsulovdur. Çünki ona dəfələrlə “məsələnin belə qalması NİİM-in nüfuzununa ləkədir”, “mətbuatda yayılsa xoş olmayacaq” deyə bildirilsə də qarşılığında “mən icazə vermədən çıxarıla bilməz” cavabı verilmişdir. Hətta dekabr ayının 1-də həmin dayanacaqlarla bağlı yerində baxış keçirilmiş və akt tərtib olunmuşdur. Lakin yenə də Anar Rəsulov avadanlıqların sökülməsinə icazə verməmişdir. Məlumatı olanlar bilirlər ki, fiberoptik şəbəkə rinq topologiyası üzərində qurulduğundan (həmçinin DELTA TELEKOM ilə müvafiq razılaşmalar rəhbərlik tərəfindən aparılmadığından) bir avadanlığın fiberoptik xəttinin qırılması rinqdə olan digər avadanlıqların da Mərkəzlə əlaqəsinin kəsilməsinə səbəb olur. Bu məsələlərdən Anar Rəsulovun başı çıxmadığından həmişə əziyyətini texniki heyət çəkmişdir.
Məsələ ilə əlaqədar aidiyyatı şəxslər məsuliyyət daşısalar da sudan quru çıxmağa çalışırlar.
Əksəriyyətinizlə işləmək mənim üçün şərəfdir və hər birinizə dərin hörmətim var. Haqqınızı halal edin.
Hörmətlə
Seymur Məcidov"
NUH.az
Oxşar xəbərlər
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 2026 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
Xəbər lenti
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
