Gülənin əsas təbliğatçısı Azərbaycanda necə yüksək post aldı? - FOTOFAKT
Cəmiyyət20 dekabr 2016 14:01

2016-cı il yanvarın 13-də yeni yaradılan Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə baş direktor təyin edilmiş Vüsal Kərimlinin keçmişi ilə bağlı ilginc məlumatlar yayılıb.
"Yeniçağ”ın apardığı araşdırmalardan məlum olur ki, V.Kərimli Lənkəran Özəl Türk Liseyinin məzunudur. 2014-cü ildə qəfildən bağladığı "Facebook" səhifəsində Gülən camaatının imamlarının da aktiv iştirakı ilə FETÖ-nün təbliği ilə məşğul olub. Liseydə oxuduğu illərdən başlayaraq gülənçilərin Azərbaycandakı özəyinin rəhbərliyinin ciddi nəzarətində olan Vüsal Kərimli daha sonra FETÖ-yə sədaqət üçün keçdiyi bütün sınaqlardan müvəffəqiyyətlə çıxaraq gizli təriqətin ən inamlı müridlərindən birinə çevrilib. Sayt iddia edir ki, Azərbaycanda FETÖ üzvlərinin təsir dairəsində olan bir çox strukturlarda çalışan Vüsal Kərimli daha sonra qarşısına daha böyük tapşırıqlar qoyularaq dövlət idarə sisteminə sızdılırlıb. Nəqliyyat sistemi ilə əlaqəli olan bir neçə firmada menecer kimi işləyən gənc FETÖ-çü 2014-cü ildə Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Bakı meriyasının nəzdində yaradılan yeni nəqliyyat şirkətinə, "BakuBus" MMC-yə rəhbər təyin edilib.
Daha sonra yazılır ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı BakuBus" MMC-nin sürücüsünün avtobusla xarici idmançıları vurmasından sonra ciddi problemlər yaşayan Vüsal Kərimli FETÖ özəyinin səyləri nəticəsinndə öz yerini qoruyub saxlaya bilib. 2015-ci ilin dekabr ayında isə Bakı Nəqliyyat Agentliyinin yaradılmasından sonra bu quruma rəhbər təyin edilib. Qurum yaradılarkən Nəqliyyatın İntellektual İdarə edilməsi Mərkəzi kimi mühüm bir sahə də bu agentliyə, yəni gənc FEETÖ-çünün ixtiyarına veriliv. Artıq paytaxt nəqliyyatı və nəqliyyatı tənzimləmək üçün qurulmuş nəhəng kamera-müşahidə şəbəkəsi Vüsal Kərimlinin nəzarətindədir.
Məlumata görə, Kərimli bu sahələrə nəzarəti ələ keçirən kimi Agentlikdəki və NİİM-dəki əsas vəzifələrə Gülən camaatının Azərbaycandakı özəyinin ən fəal üzvlərini təyin edərək bu mühüm sahə üzərində gizli təriqətin mütləq hakimiyyətini bərqərar edib. NİİM-in imkanlarını nəzərə aldıqda isə camaatın əlində hansı imkanların olduğunu təsəvvür etmək bir o qədər də çətin deyil. Dövlət rəhbərliyinin, ölkəmizə səfərə gələn yüksək səviyyəli qonaqların, dövlət və hökumət başçılarının kortejlərinin hərəkət istiqaməti, marşrutları, onları müşayiət edən mühafizənin avtomobilləri, təhlükəsizlik tədbirlərinin görüldüyü ərazilər və sahələr haqqında tam, detallı, müfəssəl informasiyanın yığıldığı bir qurumun bu təhlükəli təriqətin az qala nəzarətindədir.
Vüsal Kərimlinin 2014-cü ildə, "BakuBus" MMC-yə rəhbər təyin edildikdən sonra tələsik bağladığı "Facebook" profilindən bir neçə paylaşımın surətini təqdim edirik:


Xatırladaq ki, prezident İlham Əliyev 2015-ci il dekabrın 21-də Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılır və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) də Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq yeni qurumun tabeliyinə verilir. Fərmanla, həmçinin, faktiki olaraq, Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bəzi səlahiyyətləri də Bakı Nəqliyyat Agentliyinə verilir.
Bakı Nəqliyyat Agentliyinə baş direktor təyin edilən Vüsal Kərimli bundan əvvəl "BakuBus" MMC-nin direktor müavini vəzifəsində çalışıb. "BakuBus" MMC 2014-cü ilin aprelində Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus şirkət kimi yaradılıb və hazırda da fəaliyyətini davam etdirir./Qaynarinfo.Az/
NUH.az
Oxşar xəbərlər
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 2025 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 2025 15:08
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 2025 15:18
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 2025 22:38
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 2025 11:15
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 2025 13:26
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 2025 01:06
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 2025 17:38
Xəbər lenti
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 15:08
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 13:44
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 12:33
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 12:13
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 11:50
- Bakıda beynəlxalq konfrans keçirilir
14 oktyabr 11:14
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 10:57
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
Video & Fotoqalereya
Video
Fotoqalereya