“Bina qəsdən yandırılıb” - Sakinlər prezidentə müraciət etdi
Ötən il mayın 19-da Binəqədidə yanğın baş verən binanın sakinləri prezident İlham Əliyevə müraciət ediblər.
“Qafqazinfo” müraciətin mətnini təqdim edir:
Möhtərəm Prezidentimiz !
2015-ci ilin may ayının 19-da Bakı şəhəri, Azadlıq prospekti 200/36 ünvanda 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həm mənəvi, həm də maddi ziyana məruz qalmış sakinlər olaraq sizə müraciət edirik.
Hadisədən bir il yarım müddət keçib. Sağ olsun Dövlətimiz və Prezidentimiz, hadisə nəticəsində bizə dəyən maddi ziyan müəyyən qədər ödənildi. Lakin mənəvi təskinlik və rahatlıq hələ də tapa bilmirik. Çünki bu yanğın hadisəsini törədənlər və bizə bu faciəni yaşadanlar müəyyən olunmadı və məsuliyyətə cəlb edilmədi. İndi bu faktla bağlı məhkəmə araşdırması gedir. Müttəhimlər kürsüsündə mənzil istismar sahəsinin müdiri, binanı üzləyən şirkətlə bağlılığı olan şəxslər, hətta Binəqədi rayon İcra Hakimiyyəti Başçısının müavini oturub. Biz məhkəmə iclaslarında oluruq. İnanmaq istəyirik ki, həqiqətən də hadisədə günahkar şəxslər bunlardır. Lakin sağlam məntiq və düşüncə bu inamı qırır. Bina 3-5 dəqiqə ərzində alışıb yandı. Bizi inandırmaq istəyirlər ki, guya, hansısa müəyyən olunmayan bədnamın bilməyərəkdən atdığı siqaret kötüyü bu binanı alışdırdı. Biz bu fərziyyəyə necə inanaq? Məgər təsadüfən atılan bir siqaret bu binanı o sürətlə, bomba partlayışına oxşar şəkildə alışdıra bilərdi? Biz yanğın mütəxəssisləri deyilik, lakin kifayət qədər savadımız, ağlımız, həyat təcrübəmiz var. Yanğın da görmüşük, tonqal da alışdırmışıq, samovar da qalamışıq. Lakin hər hansı yandırıcı mayenin, benzinin, neftin köməyi olmadan nəyinsə, hətta bayramlarda yandırmaq üçün hazırladığımız tonqalın belə bu cür sürətlə alışdığını görməmişik. Qaldı ki,16 mərtəbəli bina ola…
Möhtərəm Prezidentimiz! Bu bina öz-özünə yanmadı, onu yandırdılar. Ağlımızın və məntiqimizin qəbul etdiyi budur. Kim yandırdı, niyə yandırdı biz bunu bilmirik. Məhkəmədə bununla bağlı müəyyən fərziyyələr söylənilir. Bəziləri inandırıcıdır. Görünür ki, bu faktla bağlı obyektiv, hərtərəfli araşdırma aparılmayıb. Hadisənin ilk günündən yaşadığımız sarsıntı bizə hadisələri düzgün təhlil etməyə mane oldu. Bizə yanğının səbəbi barədə əsassız fikirləri qəbul etdirməyə çalışdılar. Guya, bütün günahlar üzlük materialda imiş. Lakin araşdırdıq ki, bu material bütün dünyada tətbiq olunur, həm də öz-özünə alışıb yana bilməz. Bütün tikinti materialları yanandır, amma yandırmasan yanmaz. Biz binanı yandıranın müəyyən olunmasını istəyirik. Yəqin bilirik ki, bu bina qəsdən yandırılıb. Əks halda bir siqaret kötüyü bu dəhşətli yanğını törədə bilməz. Buna inanmırıq və inanmayacağıq.
Möhtərəm Prezidentimiz! Siz bizim ümid yerimiz, ədalət məbədimizsiniz. Yaşadığımız faciənin səbəbkarının tapılmasını xahiş edirik. Lakin bu gün məhkəmə qarşısına çıxarılanlar bu hadisənin təqsirkarları deyil. Biz bu istintaq oyununa son qoyulmasını və binanı qəsdən yandıranların aşkar edilib məhkəmə qarşısına çıxarılmasını sizdən xahiş edirik. Və eləcə də biz sakinlərə dəymiş maddi və mənəvi zərərin, istintaqın gedişatı zamanı bizə verilmiş vədlərin yerinə yetirilməsini bir daha sizdən xahiş edirik”.
Qeyd edək ki, sözügedən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.
NUH.az


- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
