Bakıda cənazəni 3 gündür dəfn etməyə qoymurlar - SƏBƏBİ ŞOKA SALACAQ!
Bu günlərdə Bakıda tükürpədici və rüsvayçı olay yaşanıb. Üç gün əvvəl dünyasını dəyişmiş şəxsin dəfn olunmasına icazə verilmir. Buna səbəb qəbiristanlıq rəhbərliyinin ölü sahibindən rüşvət istəməsidir.
Nəticədə yuyulmuş və kəfənlənmiş cənazə üç gündür ki, ortalıqda qalıb. Belə ki, dekabrın 20-də Yasamal rayon sakini, 60 yaşlı Umxanım Məmməd qızı Babayev onkoloji xəstəlikdən dünyasını dəyişib. Həyatını itirən şəxs II Alatava 86 ünvanında qeydiyyatındadır. Lakin o, kirayə qaldığı Yasamal rayonu Mirzə Cavad Məmmədzadə (II Yasamal) 253 ünvanda dünyasını dəyişib. Mərhumu dekabrın 21-də Yasamal rayon qəbiristanlığında öz həyat yoldaşının yanında dəfn etmək istəyiblər. Hətta dəfn üçün Yasamal rayon qəbiristanlığı tərəfindən qəbir qazılıb və hörülüb. Amma cənazənin dəfn edilməsinə qəbiristanlıq rəhbərliyi tərəfindən imkan verilməyib.
21 yaşlı oğlu Yusif Babayevin verdiyi məlumata görə, ona anasını torpağa tapşırmağa icazə verilməyib. Qəbiristanlığın rəhbərliyindən bildirilib ki, qəbrin qazılması və hörülməsi müqabilində mərhumun yaxınları 230 manat pul ödəməlidir.
Umxanım Babayevanın oğlu bu qədər pulun olmadığını bildirdikdə ondan anasının cənazəsini geri qaytarmaq tələb olunub. Halbuki oğlu əvvəlcədən qəbirstanlıqda onların ailəsinə məxsus sahənin olduğunu nəzərə çatdırıb. Şikayətçid eyir ki, dəfn üçün yeni torpaq sahəsi almadıqlarına görə bu qədər yüksək məbləğin ödənilməsinə də ehtiyac yoxdur. Buna baxmayaraq Yasamal qəbiristanlığının məsul şəxsləri ölü sahibinə heç bir güzəştə getməyib. Ona bildirilib ki, anasının cənazəsini aparıb morqa qoysun və vəsaiti ödəmək imkanı olanda gətirib dəfn edə bilər. Çarəsiz qalan Yusif Babayev Umxanım Babayevanın yuyulub kəfənlənmiş cənazəsini "Təzə Pir” Məscidinin morquna yerləşdirmək məcburiyyətində qalıb.
Umxanım Babayevanın vəfat etdiyi və cənazəsinin götürüldüyü ünvandan aldığımız məlumata görə, hazırda onun nəşi kəfənlənmiş vəziyyətdə morqda saxlanılır. "Təzə Pir” Məscidinin rəhbərliyi də meyitin saxlandığı hər gün üçün 20 manat ödəniş istəyir. Anasını itirmiş Yusif Babayev kimsəsiz vəziyyətdə və maddi imkanı həddindən artıq aşağı olduğundan gündəlik 20 manatı da morqa ödəməkdə çətinlik çəkir. Çox təssüf ki, məscidin ərazisində yerləşən Qafqaz Müsəlmanları İdarəsi də ağılasığmaz və biabırçı olaya göz yumub. Bu gün isə Yusif Babayev Yasamal rayon qəbiristanlığı rəhbərliyinə anasının dəfn olunması üçün vəsaitin 160 manatını ödəyib: "Qəbiristanlığın girişində qəbir daşları düzəldilən sexin müdiri Məhərrəm Əliyev yerdə qalan 90 manatı gətirməyincə, ölünün basdırılmayacağını bildirib”.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov açıqlamasında deyib ki, dəfn üçün bu qədər pul istənilməsi düzgün deyil və bu mümkünsüzdür: "Bu söhbətlər yalandır, ola bilməz. Elə şey olmaz axı... Vətəndaş mənə zəng etsin, tapşırım. Məzar qazılması üçün tikinti materiallarını ya alıb gətirsin biz hörək, ya da pulunu versin. Bir də 63 manat rüsum keçirməlidir. Başqa heç bir şey lazım deyil. Qəbirstanlıqda əgər yeri varsa, rüsum pulunu və yenə də tikinti xərcini ödəməlidir”. Sabir Həsənovun sözlərinə görə Yasamal rayon qəbiristanlığı 230 manat məbləğində pul istəyə bilməz: "Yalan söhbətdir. Çünki rüsum və tikinti xərci birlikdə təxminən 150 manat pul tutur. O tikinti materialları alınmalı və qəbirin yanına daşınmalıdır. Qəbir elə yerdədir ki, daşınması üçün heç 50 manat pul tutmaz. O işə biz qarışmırıq. Sadəcə vətəndaşa deyirik ki, 63 manat rüsumla, materialları gətir, biz dəfn edək. Tikinti üçün isə 50 daş, bir kisə sement və qum alınmalı və daşınmalıdır. Yəni qeyd etdiyiniz o məbləq bizim məbləğin içərisində yoxdur”. (qadınlar.biz)
NUH.az
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
8 aprel 2026 14:09
- İran ABŞ ilə ATƏŞKƏS barədə bəyanat yaydı
8 aprel 2026 11:02
- Mətləb Mütəllimli vəfat etdi
8 aprel 2026 00:28
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
7 aprel 2026 21:19
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
7 aprel 2026 15:34
- Moskvada anti-Azərbaycan tədbiri
5 aprel 2026 23:17
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
2 aprel 2026 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
2 aprel 2026 12:38
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
08 aprel 14:09
- Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
08 aprel 13:40
- Litvanın Baş naziri Azərbaycana gəlir
08 aprel 11:11
- İran ABŞ ilə ATƏŞKƏS barədə bəyanat yaydı
08 aprel 11:01
- Ağdaban soyqırımından 34 il ötür
08 aprel 00:37
- Mətləb Mütəllimli vəfat etdi
08 aprel 00:28
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
07 aprel 23:13
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
07 aprel 21:19
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
07 aprel 21:08
- Prezident onu nazir müavini təyin etdi
07 aprel 20:52
- Prezident onları təltif etdi - Siyahı
07 aprel 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
