Qəzaya uğrayan təyyarədə general və polkovniklər olub - ADLAR+YENİLƏNİB
Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçidən uçuş edərkən radarlardan itib. Təyyarənin göyərtəsində 70-dək insan olub.
Soçinin Adler aerodromundan Suriyanın Xmeymim aerodromuna uçan, hava qalxdıqdan sonra radardan itən Tu-154 təyyarəsinin göyərtəsinə 83 sərnişin və 8 heyət üzvü olub.
Təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçiləri, jurnalistlər və hərbiçilər olub. Musiqiçilər Xmeymim aerodromunda Yeni il konsert proqrammı ilə çıxış etməyi planlaşdırıbmış. Rusiya MN radardan itən təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçilərinin və jurnalistlər olduğunu təsdiqləyib.
Rusiya Müdafiə Nazirliyi “Tu-154” təyyarəsinin göyərtəsində hərbçilər, Aleksandrov adına ansamblın musiqiçiləri və 9 jurnalist olub. Musiqiçilər Suriyanın Xmeymim aerodromunda Yeni il bayramı münasibəti ilə konsert proqrammı ilə çıxış etməyi planlaşdırıbmış.
Artıq təyyarənin qalıqları tapılıb. Ekipaj üzvləri ilə birgə göyərtəsində 92 nəfər olan "TU -154"ün qəzaya uğradığı və Qara dənizə düşdüyü məlum olub. Dənizdən təyyarəyə və sərnişinlərə aid bəzi əşyalar aşkarlanıb. Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına görə, artıq həlak olan şəxslərdən birinin meyiti tapılıb. Təyyarə dənizin 57 metr dərinliyinə düşüb və axtarış-xilasetmə tədbirləri davam etdirilir. Nazirlik həmçinin bəyan edib ki, hadisə terror aktı deyil və uçuş qaydalarına düzgün əməl edilməməsi ucbatından baş verib.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dimitri Peskov isə jurnalistlərə açıqlamasında deyib ki, Putin hadisənin tam mənzərəsini öyrənmək üçün müdafiə nazirini təlimatlandırıb: "Müdafiə naziri Sergey Şoyqu hər dəqiqə prezidentə son vəziyyətlə bağlı məruzə edir və prezident Vladimir Putin axtarış-xilasetmə tədbirlərinə, qəzanın baş vermə səbəblərinin müəyyənləşdirilməsinə şəxsən nəzarət edir".
Qara dənizə düşən təyyarədə olan jurnalistlərdən bəzilərinin kimliyi müəyyənləşib. “TU 154” markalı sərnişin təyyarəsində hərbçi və musiqiçilərlə yanaşı 9 jurnalist də olub və onlar “ORT”, "NTV" və “Zvezda” telekanalının əməkdaşı olub. Artıq “ORT” telekanalının Suriyaya ezam edilmiş əməkdaşlarının adları müəyyənləşib. Bunlar Dmitri Runkov, Aleksandr Soydov və Vadim Denisovdur.
***
Rusiya Müdafiə Nazirliyinin Suriyaya uçarkən bu gün səhər saatlarında Soçi yaxınlığında Qara dənizə düşən Tu-154 təyyarəsinin sərnişinləri arasında cəmi 8 hərbçi olub. Bunlardan biri MN-nin Aleksandrov adına hərbi xorunun bədii rəhbəri və dirijoru, general-leytenant Valeri Xəlilovdur, qalanların isə 5-i rütbəcə polkovnikdir, biri kapitan, biri mayordur.
Habelə sərnişinlər arasında iki Federal mülki vəzifəli şəxs-Badruutdinova və Qubankov yer alır.
“Ədalətli yardım” beynəlxalq humanitar təşkilatının rəhbəri, həkim-reanimatoloq, bu günlərdə prezident Putin tərəfindən mükafatlandırılan Doktor Lizanın (Yekatrina Qlinka) da sərnişinlər arasında olduğu təsdiqlənib.
Əvvəlcədən xəbər verildiyi kimi sərnişinlərdən 9-u jurnalistlərdir, “1-ci Kanal”ın, NTV-nin və “Zvezda”nın əməkdaşlarıdır.
Rusiya Müdafiə Nazirliyinin Aleksandrov adına hərbi xorunun 64 nəfərlik heyəti də təyyarədə olub və həlak olublar. 92 nəfərdən qalanları heyət üzvləridir.
NUH.az
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- Qarabağ qazisi vəfat etdi
9 fevral 2026 10:47
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
8 fevral 2026 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Mübariz İbrahimovun doğum günüdür
7 fevral 2026 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
