Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR
Baxımsız qalan park yararsız vəziyyətə düşüb; dövlətin bir neçə yüz min manatı göyə sovrulub Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2014-cü ilin may ayında istifadəyə verilən "Ecoland" parkı sular altında qalıb.
Bura əvvəllər Bakı Yod Zavodunun Ramana istehsalat sahəsinin çirklənmiş ərazisi olub. Ərazinin reabilitasiya edilib, təmizlənib və yerində park salınıb. Bütün proseslər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssislərinin iştirakı ilə həyata keçirilib. Park əhalinin istifadəsinə veriıən zaman belə bir xəbər yayılmışıdı: “Keçmiş Bakı Yod Zavodunun Sabunçu və Suraxanı rayonlarında yerləşən istehsalat sahələrinin və onların ətrafının təbii radionuklid tərkibli maddələr, kömür, neft, neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərinin təmizlənməsi layihəsi əsasında salınan parkın ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. Parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Ərazidə geniş yaşıllıq zolağı salınaraq, müxtəlif dekorativ ağaclar əkilib. Uşaqların istirahəti üçün ayrıca oyun sahəsi, açıq havada idmanla məşğul olmaq üçün trenajorlar quraşdırılıb. Parkın ərazisində müasir işıqlandırma sistemi qurulub və fəvvarə kompleksi yaradılıb"... Parkın indiki halı isə orada təmizlik işləri aparılmadan öncəki durumunu xatırladır. Ərazi bərbad gündədir. Büdcədən ayrılan pullar hesabına ərsəyə gələn park nəzarətsizlik ucbatından yararsız hala düşüb. "Ecoland" parkı ilə bağlı ötən il də məqalə hazırlamışdıq. Həmin günlərdə parkın nəzarətsiz qaldığını, getdikcə bərbad hala düşdüyü qeyd edilmişdi. Üzərindən 1 il keçdi və artıq bura park deyil, zibilxanadır. Parkda bahalı ağaclar çürüyüb və aşıb. Oturacaqların hərəsi bir tərəfə yuvarlanıb. İşıq dirəkləri aşıb. Yerə döşənən daşlar su altında qalıb. Bir sözlə, buraya park demək mümkün deyil. Reportaj zamanı diqqətimizi bir məqam çəkdi: İşıq dirəklərinə nəzər yetirəndə hiss olunur ki, onları kimsə qəsdən aşırıb. Onların zərbə səbəbindən yerə yıxıldığı aydınca sezilir. Elektrik naqilləri də yoxa çıxarılıb. Sanki parkın ilk günündən sökülməsi üçün plan qurulub və 2 ilə məqsədə çatılıb. Həqiqət budur ki, parka xərclənən pullar göyə sovrulub. Parkın düz 10 metrliyində yekə bir tullantı gölü var. Burada toplanan çirkab suları əsl zəhər saymaq olar. Çünki suyun tərkibi neft tullantıları, ətrafına tökülən zibillərdən yaranan bakteriya və mikroblarla doludur; üfunət qoxusu hər yanı bürüyüb. Belə bir çirkab gölün kənarında salınan parkın sonu belə də olmalı idi: Çünki parkda yağış sularının axması üçün heç bir kollektor yaradılmayıb. Təmir zamanı yerə döşənən daşlar düzgün vurulmayıb deyə, yağış suları bir yerdə toplanır və gölməçələr yaranır. Parkın daimi nəzarət və təmizlik işçiləri yoxdur. Belə görünür ki, burada işlər görüntü xətrinə görülübmüş. Görünən isə budur ki, kimlərinsə bu əraziyə “gözü düşüb”, buranı özəlləşdirib, yerində bina, obyekt tikəcəklər. Parka da ona görə nəzarət yoxdur ki, ərazinin satılması planı mövcuddur. Necə ki, bu ətrafda evlərin bir hissəsi xırda göllərin yerində tikilib. əvvəl gölməçəni qurudub, sonra ev tikiblər. Bəzi məlumatlara görə, buranı qəsdən bərbad hala salmalarının 2 səbəbi var. Birinci səbəb - yenidən pul xərcləməkdir. Yəni parkı bərbad hala salaraq təmirə ehtiyacı olduğunu göstərib, büdcədən təmir-bərpa işləri üçün pul çıxarmaq... İkinci səbəb - Ərazini satmaq. Əslində köhnə üsuldur, amma indi də işə yarayır. Əgər bir ərazini satmaq istəyirlərsə orada olan ağacları məhv etmək, ərazinin yararsız olduğunu göstərmək lazımdır. Əgər məqsəd budursa, aidiyyəti şəxsləri artıq istəklərinə çatmış saymaq olar. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, parkda mal-qara otaranlar belə var: "Buranı düzəltdilər, açılış oldu, getdilər. Cəmi 1-2 ay parkda mühafizəçi oldu. Ondan sonra heç kim nəzarət etmədi. Park salmaqla iş bitmir, ona diqqət də ayırmaq lazımdır. Görün nə vəziyyətdir ki, ərazidə camaat mal-qara otarır". Parkın salınmasına nə qədər pulun xərcləndiyini heç bir qurum açıqlamır. Amma belə bir layihə heç də ucuz başa gəlməyib, azı bir neçə yüz min manat dövlət vəsaiti xərclənib. (musavat.com)
NUH.az



- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
- Təbrizə də zərbələr endirildi
28 fevral 16:11
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 15:41
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 15:14
- İsraillə ABŞ İrana zərbə endirdi
28 fevral 14:54
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 23:21
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 11:10
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 11:04
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 22:38
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 22:21
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 22:18
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 13:36
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 13:31
