Kərəm Həsənovun “gözünün düşməni” geri qayıdır - ÖZƏL
Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri təyin oluna bilər. Bu barədə Qaynarinfo.Az-a məlumatlı mənbədən deyiblər.
Mənbənin məlumatına görə, 1997-2001-ci illərdə Dövlət Torpaq Komitəsinin, 2001-2015-ci illərdə isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olan Qərib Məmmədov həm də ardıcıl elmi fəaliyyəıti ilə diqqət çəkirdi. “2004-cü ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiri olan sabiq komitə sədri 2011-2016-cı illərdə AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi olmuşdu” deyən mənbəmiz əlavə edib ki, Qərib Məmmədov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla uzun müddət öncə gizli, sonradan isə aşkar ixtilafda olub.
“Elə bunun nticəsidir ki, 2015-ci ilin fevralın əvvəllərində ölkə başçısı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, ləğv edilmiş komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Prezident Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilib. Bununla da faktiki olaraq, Kərəm Həsənov çoxdankı arzusuna çatıb və Qərib Məmmədovun komitəsinin ləğvinə, səlahiyyətlərinin əksər hissəsinin isə ona verilməsinə nail olub”, - deyə mənbəmiz bildirib.
Qaynağımız onu da xatırladıb ki, Kərəm Həsənovla “soyuq savaş”ı uduzan sabiq komitə sədri, heç də təsadüfi deyil, yenidən elmi fəlaiyyətlə məşğul olmağa üstünlük verib: “Bir neçə ay işsiz qalan Qərib Məmmədov 2016-cı ildən AMEA-nın Aqrar məsələlər üzrə müşaviridir. Baxmayaraq ki, bunadək o, başqa mühüm vəzifələrə təyinat gözləyirdi, məsələn, onun rayonlardan birinə icra başçısı təyin edilməyi çox arzuladığı deyilirdi”.
Amma sabiq komitə sədrinin bu istəyinin reallaşmadığını, onun elmi fəaliyyətini davam etdirmək məcburiyyətində qaldığını deyən mənbəmiz bu il dekabrın 19-da Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyevin 82 yaşında vəfat etdiyini xatırladıb. “Gözlənti ondan ibarətdir ki, mərhum alimin “qırx” mərasimi bitdikdən sonra sözügedən komissiyaya Qərib Məmmədov təyin edilsin. Bu önəmli və nüfuzlu vəzifəyə təyin edilə biləcək bir çox namizədlər olsa da, 69 yaşlı Qərtib Məmmədovun Arif Mehdiyevi əvəzləyə biləcəyinə dair iddialar daha real təsir bağışlayır”, - deyə mənbəmiz vurğulayıb.
Qeyd edək ki, biologiya üzrə elmlər doktoru (1991), professor olan Qərib Məmmədov həm də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür (2007). ABŞ, Fransa, Türkiyə, İsveç, İran İslam Respublikası, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belorusiya, Moldova, Türkmənistan, Gürcüstan, Baltik ölkələri və başqa ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda məruzələr edən akademik Məmmədov sözügedən vəzifəyə təyinat alacağı təqdirdə bu, onun uzun müddət ixtilafda olduğu, sonda isə həmin mübarizəni uduzduğu Kərəm Həsənova “qara xəbər” kimi dəyərləndirilə bilər. Çünki sabiq komitə sədrinin yenidən dirçəlməsi onun “əmlak şefi”ndən öc ala bilməsi üçün də imkanlar yaradacaq.
Xatırladaq ki, Qərib Məmmədovun elmi karyerası əslində kifayət qədər zəngindir: o, əmək fəaliyyətinə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya Bölməsində laborant kimi başlayıb, sonra Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi (1972-1980), baş elmi işçi(1980-1984), laboratoriya rəhbəri(1984-1994), institutun direktoru (1994-2000) vəzifələrində işləyib.
1979-cu ildə SSRİ AAK tərəfindən aqrar elmlər üzrə fəlsəfə doktoru, 1992-ci ildə isə SSRİ AAK tərəfindən ekologiya ixtisasi üzrə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilən və professor elmi adı alan Qərib Məmmədovun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə sədrlik etdiyi dövrdə adı yalnız korrupsiya və rüşvət ittihamlarında hallanıb. Onun sədrlik etdiyi vaxtda sözügedən komitə məlum ittihamlar üzrə KİV-in ən çox tənqid etdiyi qurumlardan biri olmaqla yanaşı, Q.Məmmədov barəsində də məmur-oliqarx kimi danışılırdı.
NUH.az
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 2026 22:48
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?
10 may 2026 16:12
- Məhkəmə qərarını geri oxutmaq istəyirlər – işin içində keçmiş vəkil Adəm Məmmədov da var
10 may 2026 13:05
- Artıq ALƏT kimi də istifadəyə yaramırsan
10 may 2026 12:39
- Heydər Əliyevin 103 illiyi Həştərxanda qeyd edildi - FOTOLAR
9 may 2026 23:38
- Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi - Foto
9 may 2026 13:07
- Fidan Abbasovanın ANASI Baş prokurora və DİN rəhbərinə müraciət etdi
8 may 2026 23:04
- Pensiyaya çıxanları təhlükə gözləyir - Çıxış yolu açıqlandı
7 may 2026 00:54
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
