"Xalqı təhqir edən deputat mənim torpağımı mənimsəyib" - Əməkdar artist
Hadisə28 dekabr 2016 13:32
“Deputat Astan Şahverdiyevin açıqlamasını xəbər portallarından oxudum. O sözləri deputat mandatı olan birindən gözləməzdim. Mənə çox pis təsir etdi. Səhərə qədər yata bilmədim. Dünyanın bir çox yerindən mənə zənglər gəldi”.
Musavat.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlama verən əməkdar artist Firuzə İbadova Astan Şahverdiyevin xalqı təhqir etməsinə münasibət bildirərkən deyib.
O, hazırda gündəmdə olan deputat ilə arasında yaşanan və illərdir ki, həll olunmayan torpaq qalmaqalını da xatırladıb: “Mən dəfələrlə Zaur Baxşəliyevin verilişində qonaq oldum, dərdimi dedim. Mən hakimlərə, məhkəmələrə müraciət etdim. Apelyasiya Məhkəməsinə qədər gedib çıxdım. Amma hər dəfə tələbim təmin edilmədi. Firuzə İbadova müğənnidir, deputat deyil. Amma Firuzəni minlərlə insan sevir. Mən Azərbaycanın səslərindən biriyəm, onlarla tələbəm var. Bu hadisə məni küsdürdü, iki il öncə xəstəxanalıq da oldum. Yayda Apelyasiya Məhkəməsinə sənədləri apardım, baxmadılar. Mən torpağı 18 minə satmamışdım, söhbət 30 min dollardan gedir. Onlar mənə 8 min pul verdilər. Yaydan bəri hər şeyi Allahıma həvalə etmişəm. Onlar hakimləri ələ aldılar. Bəlkə də mənə hədə-qorxular gələcəklər. Amma qorxmuram. Mən Pakistanda güllə qarşısında çıxış edən sənətçiyəm. Mən Azərbaycan xalqının qeyrətli anası, bacısı, sənətçisiyəm. Qorxmadan bu sözləri deyirəm. Mən hər şeyi Allaha həvalə etmişəm. Bu söhbət yayılanda Allaha şükür etdim ki, o insan özü-özünü ifşa etdi. Yenə də istəməzdim ki, belə olsun. Azərbaycan xalqı “otxod” deyil. Azərbaycanın hüdudlarından kənarda istər, Avropada, istər Rusiyada elə insanlar kök salıb yaşayır ki, onlar ölkəmizin adını təmsil edir. Onlar arasında alimlər, professorlar, sadə fəhlələr, musiqişünaslar var. O insanlar oraya gedəndə bizi çiyinlərinin üstündə gəzdirir. Sən bazarda işləyən insana necə “otxod” deyə bilərsən? Onlar alverçi deyil. Öz zəhməti ilə dolanan və ailəsinə pul göndərən insanlardır. Biz dövlətimizin ətrafında birləşib, həmrəy olmalıyıq. Amma deputat həmrəylik gününə az qalmış deyir ki, Azərbaycandan gedən insanlar “otxod”dur. Mən deputatdan qorxmuram, amma onun mandatına hörmət edirəm. Məni xalqım tanıyır, amma siz “otxod” sözü ilə məşhur oldunuz. Inanıram ki, bir gün haqq-ədalət yerini tapacaq” .
Qeyd edək ki, əməkdar artist Firuzə İbadova bir neçə il öncə mətbuata açıqlamasında bildirmişdi ki, millət vəkili Astan Şahverdiyev onun torpağını mənimsəyib. Hətta millət vəkili tərəfindən torpaq sahəsinin əlindən alınması müğənninin səhhətində ciddi problemlər yaratmışdı. Baş verənlərə etiraz olaraq, müğənni Yeni il axşamı da daxil olmaq şərti ilə 3 gün aclıq aksiyası keçirmiş və xəstəxanalıq olmuşdu.
NUH.az
Oxşar xəbərlər
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
Xəbər lenti
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
