Gəncədəki 10 saylı orta məktəbdən nazirə ŞİKAYƏT… Direktor icra başçısına güvənib…
Gəncə şəhərindəki 10 saylı orta məktəbin bir qrup müəllim kollektivi saytımız vasitəsi ilə Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb.
Bizimxeber.az müraciəti olduğu kimi təqdim edir…
Müraciətdə deyilir…
“Bu gün ölkənin təhsil sistemində çalışan bəzi məmurlar sadəcə, dövlətimizin təhsil strategiyasının ziddinə gedə bilmədikləri üçün üzdə bu islahatları dəstəkləyir, əslində isə onları iflasa uğratmaq üçün var qüvvələri ilə çalışırlar. Bəs görəsən hansı səbəbdən bu mütərəqqi proseslərin həyata keçirilməsinə görə məsul olan vəzifələrə, bəzən onları əngəlləyəcək insanlar təyin olunurlar?
Belələrinin əməlləri açıq-aşkar islahatların əleyhinə yönəldiyi halda, onları heç kəs cəzalandırmır. Bax bu hal olduqca həm qorxulu, həm də diqqəti cəlb edən andır. Biz, Gəncə şəhərindəki 10 saylı məktəbin müəllimləri Gəncə şəhəri 10 saylı məktəbin direktoru Əliyeva Arzu Şirin qızının qanunsuz əməllərindən danışmaq istəyirik.
Samux rayonunun sabiq icra başçısı Vilyam Hacıyev tərəfindən Navağalı qəsəbə məktəbinin direktoru vəzifəsindən, eyni zamanda məntəqə sədrliyindən biabırçı şəkildə qovulan Əliyeva Arzu Şirin qızı bu yaxınlarda Gəncə şəhərindəki 10 saylı orta məktəbə direktor təyin olundu.
Direktor təyin olunan gündən Arzu Əliyeva kollektivdə öz kobud hərəkətləri və davranışı ilə fərqlənməyə başladı. Ərinin, yəni el arasında Qəzi adı ilə məşhur olan həyat yoldaşının Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə yaxın olmasından tez-tez istifadə edərək heç kimdən qorxmadığını bildirir və deyir ki, “gedin kimə istiyirsiz şikayət edin”.
Bu adam qadın olmağına baxmayaraq dərsə girib hətta anası və atası yaşında olan müəllimlərə belə şagirdlərin gözü qarşısında qışqırır, ədəbsiz sözlər işlədir. Belə hərəkət heç bir pedaqoji etikaya sığmır. Məktəbdə rüşvət ayaq tutub yeriyir.
Məktəbəqədər hazırlıq qruplarında dərs demək üçün məktəbin iki laborantından (????) hərəsindən 5000 manat pul alaraq həmin qrupları onlara vermişdir, həmin işçilər qanunsuz hazırlıq qruplarında dərs aparırlar.
Əmək haqqı isə məktəbin Aybəniz və Sona adlı müəllimələrinin adına yazılır və həmin pullar Arzu Əliyevaya çatır. Arzu Əliyeva məktəbə gəldiyi gündən məktəbin təsərrüfat işləri üzrə direktor müavini Vahid adlı şəxsi heç bir səbəb olmadan işdən çıxarıb.
Onun əvəzınə 6000 manat müqabilində Kazımov Arzu adlı şəxsi işə qəbul edib. Bufetdə şagirdlərə xidmət göstərən xadimə Təranə adlı şəxs ümumiyyətlə, işə gəlmir,lakin onun maaş kartı direktor Arzu Əliyevadadır.
Məktəbdə dalandar vəzifəsinə isə adı məlum olmayan bir şəxsi təyin etmişdir və bu şəxs ümumiyyətlə, işə gəlmir,buna baxmayaraq onun da da maaş kartı Arzu Əliyevadadır və maaşını da Arzu Əliyeva alır. Binanın mühafizəsində növbətçi statında 2 nəfər işçi vardır,lakin bu şəxslər də heç vaxt işə gəlmirlər.Ona görə də həmin vəzifə Elman adlı kənar bir şəxs tərəfindən icra edilir,həmin işçilərin maaş kartı isə direktor Arzu Əliyevadadır.
Arzu Əliyeva məktəbin hər bir yerinə kamera qoydurub,məktəbə həftələrlə gəlmir ( işə gələndə də ədəbsiz danışıqları və kobud ifadələri özündən qabaq gəlir) və məktəbi skayp vasitəsilə telefonla idarə edir.
Arzu Əliyevanın həyat yoldaşı isə Samux rayonu İcra Hakimiyyətində İcra başçısının təsərrüfat məsələləri üzrə müavini işləyir.Sabiq icra başçısı Vilyam Hacıyev həm Arzu Hacıyevanı,həm də onun yoldaşı Qəzənfər adlı şəxsi qudurganlıgına və biabırçı hərəkətlərinə görə işdən qovmuşdu.Lakin onlar Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tərəfindən naməlum səbəblərdən öz işinə qaytarıldı.
Elmar Vəliyevin Qəzi adlı şəxslə yaxın olması ucbatından Arzu Əliyeva qol-qanad açıb.Arzu Əliyeva əvvəllər müqavilə əsasında təhsil idarəsində inspektor işləsə də dövlət qullugu imtahanından keçməməsinə baxmayaraq naməlum səbəblərdən direktor vəzifəsinə təyin olunub.Müəllimələrlə söhbətində Arzu xanım gün ərzində dəfələrlə Sizə yəni Təhsil Naziri Mikayıl Cabbarovla bir neçə dəfə telefonla danışdığını bildirir və hamını hədələyir.
Xahiş edirik ki,bu özbaşınalıqların, heç bir pedaqoji etikaya sığmayan hərəkətlərin qarşısını almaqda bizə köməklik göstərəsiniz .
NUH.az
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
