Abutalıbovun Bakıdakı milyonluq “mükafat”ı əlindən alındı - nə baş verir?
Günün sitatı31 dekabr 2016 16:23
Merin oğlunun şirkətinə verdiyi “Azadlıq” meydanındakı nəhəng yeraltı avtomobil dayanacağı özəlləşdirilir; 2016 paytaxt rəhbəri üçün niyə çətin il oldu...
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nəzarətində olan parkinqlər özəlləşdirilməyə çıxarılıb. Bunlardan biri “Azadlıq” meydanındakı, digəri isə Füzuli küçəsindəki (Qış bağının altındakı) yeraltı avtomobil dayanacaqlarıdır.
Hər iki kifayət qədər gəlirli parkinq 2014-cü ildən məhz BŞİH-in nəzdində fəaliyyət göstərirdi. Bakının iki böyük yeraltı dayanacağının özəlləşdirilməyə çıxarılmasını media paytaxt merinin gəlirli biznesinin əlindən alınması kimi izah edir.
Məlumdur ki, Bakı şəhəri üzrə parkinqlərə və duracaq yerlərinin təşkili üçün parkomatlara nəzarət BŞİH-dən alınaraq Bakı Nəqliyyat Agentliyinə həvalə olunur. Paytaxtda avtobus marşrutlarını müəyyən etmək, duracaqlar yaratmaq, taksi fəaliyyəti ilə bağlı məsələlər də BŞİH səlahiyyətlərindən çıxarılıb. Paytaxtın nəqliyyat sahəsindən uzaqlaşdırılan mer indi daha bir əhəmiyyətli qazanc yerini də itirir.
Hacıbala Abutalıbov “Azadlıq” meydanındakı dövlət vəsaiti hesabına inşa edilmiş nəhəng yeraltı avtomobil dayanacağının oğlu İsrafil Abutalıbovun şirkətinə icarəyə verdiyi barədə iddialar yeni deyil. Bildirilirdi ki, “Azadlıq” meydanının altında inşa edilən 2 min yerlik avtomobil dayanacağı işə düşən kimi merin oğlunun şirkətinin adına rəsmiləşdirilib. Dayanacağın Abutalıbovun oğluna verilməsi merin “Qış parkı” layihəsini uğurla başa çatdırmasının əvəzində “mükafat” kimi qiymətləndirilirdi. Nəqliyyat Nazirliyi hələ o zaman sözügedən dayanacaqların icarəyə götürüldüyünü təsdiqləsə də, şirkətin adını açıqlamadı. Bu dayanacaqda qiymətlər isə 3-6 manat arasında olub.
Image result for Azadlıq” meydanının altında inşa edilən 2 min yerlik avtomobil dayanacağı
Yeri gəlmişkən, təkcə bu il Abutalıbov paytaxtda tikinti ilə bağlı məsələlərin həllindən də əhəmiyyətli dərəcədə uzaqlaşdırıldı. Belə ki, prezidentin tikinti ilə bağlı sənədləşmənin sadələşdirilməsi ilə bağlı imzaladığı bir neçə sərəncamlarla Abutalıbovun səlahiyyətləri əhəmiyyətli dərəcədə azadıldı. Bakı meri indi tikintidə də əvvəlki hökmranlığı qalmayıb.
Media yazır ki, BŞİH Təsərrüfatı Departamentində bəzi qurumlar da ləğv edilir. Bakı Şəhər Yollarının İstismarı İdarəsinin də səlahiyyətlərinin əlindən alınması planlaşdırılır.
Milli Məclis “Abutalılbovun biznesi” adlandırılan uşaq bağçalarının özəlləşdirilməsi məsələsini də ilin sonunda gündəmə gəlmişdi. Milli Məclisin Elm və təhsil komitəsinin iclasında bağçaların özəlləşdirilməsin nəzərdə tutan “Məktəbəqədər təhsil haqqında” Qanun layihəsini də hazırlanmışdı. 2011-ci ildən BŞİH-in səlahiyyətlərinə verilən bağçaların özəlləşdirilməsi Abutalıbovun daha bir gəlirli sahəyə nəzarəti itirməsi demək olacaqdı.
Amma nədənsə, məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi barədə təklif layihədən son anda çıxarıldı. Bildirildi ki, məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı müddəa “ictimai narazılıq, o cümlədən deputatların etirazı səbəbindən” layihə ikinci oxunuşda hazırlanarkən ləğv edilib. Abutalıbovun hansı “sehrli çubuğu” ilə buna nail olduğu sirr kimi qaldı. Amma o sirri deyil ki, ictimaiyyət bağçaların özəlləşdirilməsindən deyil, buradakı rüşvət və korrupsiyadan narazıdır.(Yeni Musavat)
NUH.az
Oxşar xəbərlər
- Litvanın Baş naziri Azərbaycana gəlir
8 aprel 2026 11:11
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
7 aprel 2026 14:19
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
Xəbər lenti
- İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik etdi
08 aprel 17:13
- Bir neçə qurumun Müşahidə Şurasında dəyişiklik - Prezidentdən sərəncamlar
08 aprel 15:07
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
08 aprel 14:09
- Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
08 aprel 13:40
- Litvanın Baş naziri Azərbaycana gəlir
08 aprel 11:11
- İran ABŞ ilə ATƏŞKƏS barədə bəyanat yaydı
08 aprel 11:01
- Ağdaban soyqırımından 34 il ötür
08 aprel 00:37
- Mətləb Mütəllimli vəfat etdi
08 aprel 00:28
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
07 aprel 23:13
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
07 aprel 21:19
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
07 aprel 21:08
- Prezident onu nazir müavini təyin etdi
07 aprel 20:52
- Prezident onları təltif etdi - Siyahı
07 aprel 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
Video & Fotoqalereya
Video
Fotoqalereya
