“Məni öldürəcəklər” – Aslan İsmayılovdan ilginc iddialar/ Müsahibə
Müsahibə3 yanvar 2017 13:41

"Özümü İlham Rəhimovdan qat-qat üstün sayıram”
"FAHİŞƏNİ GƏTİRİB MİLLİ QƏHRƏMAN ELƏDİLƏR...”
"İlyas İsmayılov mənə xəyanət edib!”
Tanınmış vəkil Aslan İsmayılovun BakiPost.az-a müsahibəsi:
- Aslan müəllim, son ayların ən qalmaqallı adamlarından birisiniz. BAXCP sədri Qüdrət Həsənquliyevlə bağlı sərt çıxışlar etdiniz - qarşı tərəf sizi məhkəməyə verdi. Bu məsələ bitməmiş deputat Fəzail Ağamalı, daha sonra Etibar Məmmədova hücuma keçib, onları aşağılayan ifadələr işlətdiniz. Eyni zamanda bir iş adamı ilə qarşılıqlı ittihamlarınız var. Nə baş verir? Bütün bunlar bir prosesin tərkib hissələridir, yoxsa, bu təsadüfən belə alınıb?
- Heç nə təsadüfi deyil. Mən indiyə kimi heç nəyi nə təsadüfən, nə də şəxsi maraq üçün etməmişəm. Sadəcə olaraq, mən ədalətsizliyə dözə bilmirəm. Mən Bakıya 1989-cu ildə gəlmişəm. Burada yüksək vəzifələrdə işləmişəm, meydan hərəkatından tutmuş, bu günə qədər bütün proseslər gözümün önündə olub, bəzi vacib məsələlərin iştirakçısı olmuşam.
İndi özlərini qəhrəman hesab edənlərin hamısının "dabaqda gönünə bələdəm”. Mən Etibar Məmmədovu 89-dan - mitinqlərdən tanıyıram. Onda milli qəhrəman olmuşdu. Özüm onu sevə-sevə dinləmişəm. Amma sonra məlum oldu ki, bu adam dağıdıcıdır. 91-də Etibar AXC-ni bir hərəkat olaraq parçaladı və başladı bu təşkilatın içərisində qarşıdurma yaratmağa. Bir qədər keçdi, Rəhim Qazıyev məsələsi gündəmə gəldi, Milli Məclisin qapalı iclası keçirildi və o, vətənə xəyanətdə suçlandı, ona görə də istefa verdi. Həmin vaxt Etibar Məmmədov Rəhimi müdafiə edirdi. Bir qədər sonra Surət Hüseynov məsələləri ortaya çıxdı. Açıq görünürdü ki, Rusiya Surətin əliylə milli hökuməti yıxır, Elçibəyi devirmək istəyir. Onda da Etibar Məmmədov Surət Hüseynovun müdafiəsinə qalxdı. Bacarıqsız olmasına baxmayaraq, milli hakimiyyəti yıxmağa başladı.
Etibar Məmmədovla yanaşı Nemət Pənahlı və Şadman Hüseynov müdafiəçi qismindəydilər. Həmin vaxt Elçibəy də, İsa Qəmbərov da bu adını çəkdiyim şəxsləri satqınlıqda, vətənə xəyanətdə açıq ittiham edirdilər. Sonra bu proseslər yaddan çıxdı, başqa proseslər başladı. Hər şey xalq tərəfindən unuduldu, bunlar yenə maydan oxumağa başladılar.
98-ci ildə bu adam yenidən meydana gəldi, prezident seçkilərinə qatıldı. Həmin vaxt hakimiyyət dəyişikliyinin olması real idi. Amma Elçibəy və İsa Qəmbər seçkilərdən geri çəkildilər, Etibar Məmmədov qaldı tək. Bu dəfə onlar Etibarı satdılar. Ondan sonra başladı parlament alveri. 95-də Əli Kərimlinin dəstəsi getdi parlamentə, 2000-də yenə AXCP parlamentdə təmsil olundu. Sonra Əli Kərimli hakimiyyətlə əlaqələri kəsdi. Bundan sonra İsə Qəmbərin dəstəsi hökumətlə razılığa gəlib parlamentə qatıldılar, mandat aldılar. Bir sözlə, Heydər Əliyev dönəmində hakimiyyətə satılmayan adam qalmadı. Bir dəfə bu oynadı, bir dəfə o...
Bu proseslərin hamısı mənim gözümün önündə baş verib. Ona görə də, kimsə gəlib özünü başqa cür təqdim edəndə dözmürəm. Onların bu yeni nəslə yalan danışmalarına imkan vermək olmaz. Mənim heç vaxt siyasi iddiam olmayıb, olmayacaq da. Bu məsələləri ona görə deyirəm ki, bilirəm, 10-20 il sonra bu prosesin iştirakçılarının gorunu söyəcəklər. Satqınları da söyəcəklər, durub susanları da. İstəmirəm mənə "gorbagor” desinlər. İstəyirəm desinlər ki, bir kişi var idi, hər dəfə çıxıb olanları deyirdi, satqınları ifşa edirdi.
- Hadisələrin üstündən bu qədər vaxt keçib. Etibar Məmmədov siyasətdən tam kənardadır. Sizə qarşı münasibətin bu qədər kəskin olduğu vaxt niyə yenidən həmin məsələlərə qayıdırsız?
- O gün təsadüfən mətbuatdan oxudum ki, Etibar yenidən siyasətə qayıdır, Baş nazir olmaq istəyir. Ona görə elə belə yazdım. Sonrakı yazılar göstərdi ki, elə belə yazdıqlarım tam ünvana dəyib. Bu yenə meydana girib gəncləri aldatmaq istəyir. Gənc nəsil də baş verənləri bilmədiyindən bunlara yenidən inana bilər.

- Sizcə, bu mümkündürmü?
- Müstəqillik tarixinə nəzər salsaq görərik ki, bizim xalq çox sadəlövhdür və onu aldatmaq elə də çətin deyil. Rusiya öz mövqelərini möhkəmləndirən kimi Etibar Məmmədov, Rəhim Qaziyev və başqaları fəallaşır. Mətbuata fikir verin və dediklərmin şahidi olun. Bax indi həmin proses gedir.
- Bəlkə Qüdrət Həsənquliyevin Rusiya, İlham Rəhimovla bağlı dediklərinin kökündə elə bu proseslərin getməsindəndən qaynaqlanan narahatlıq dayanır? Siz də durub onu ittiham edirsiz...
- Səmimi deyirəm, əgər bilsəydim o yazı belə bir ajiotaj doğuracaq, mənim fikirlərimi o yönə istiqamətləndirəcəklər, heç vaxt həmin statusu yazmazdım. Mənim Qüdrət Həsənquliyevlə bağlı heç bir problemim yoxdur.
- Yəni Q.Həsənquliyevlə konfliktə getmək istəməzdiniz...
- Yox, əsas məsələ Qüdrət deyil. O mənimçün heç kimdi. Mənim o statusumu elə yozdular ki, guya, mən İlham Rəhimovu müdafiə edirəm, onun diqtəsiylə yazmışam. Mən özümü İlham Rəhimovdan qat-qat üstün sayıram. Mən dəyərimi bilən kişiyəm. Mən kiməsə qulluq edəsi olsaydım, elə gedib ölkənin Prezidentinə qulluq edərdim. Niyə gedib İlham Rəhimova qulluq edirəm? O baxımdan deyirəm ki, istəməzdim. Yoxsa Qüdrət mənimçün heç kim olub, indi də heç kimdi, gələcəkdə də heç kim olacaq. Sadəcə o fikirləri deməkdə məqsədim, hədəfim Qüdrət olmayıb.
Onu niyə hədəfə alım ki? Guya, kim bilmir ki, Qüdrətin dedikləri öz fikirləri deyil. Ona deyirlər belə danış, o da çıxıb danışır, kiminsə fikirlərini çatdırır. Yoxsa Qüdrət İlham Rəhimova - Putinin dostuna qarşı gedə bilər? Bunu hamı bilir ki, Qüdrət hakimiyyətdə müəyyən qrup adamların fikirlərini deyir. Mən bunu bilə-bilə Qüdrəti ittiham eləmərəm. Mənim aqresiyam Qüdrətə yox, onu danışdıran adamlara idi ki, qardaş düz eləmirsiz.

- Nəyi düz eləmirlər?
- Qarabağın açarı olan Rusiya ilə münasibətləri bu şəklə salmaq olmaz. Putinə söz deyə bilən və bununla bizim ən böyük problemimizin həllinə yardımçı ola biləcək adamı ittiham etməyin, əksinə, ondan istifadə edin. Bir baxın da ermənilərə. Nümunə götürün də. Öz təbliğləri üçün bütün vasitələrdən, bütün imkanlardan istifadə edirlər. Gedib Kim Kardaşyanı gətirirlər. Fahişə gəlib Ermənistanın prezidenti ilə görüşdü və milli qəhrəman oldu. Niyə belə etdilər? Ona görə ki, ondan müəyyən məsələlərin təbliği üçün istifadə də bilsinlər. Onlar fahişəni milli qəhrəmana çevirirlər, biz isə İlham Rəhimov, Vahid Ələkbərov kimi adamları özümüzdən incidirik...
Mən hələ 94-cü ildə Prezident Aparatında işləyəndə "Azərbaycan” qəzetində bir səhifəlik yazı ilə çıxış etmişəm. Demişəm ki, mütləq Azərbaycanın diasporu yaradılmalıdır. Və o zaman öz imkanlarımdan istifadə edib müəyyən işlər də görmüşəm. Yəni bu məsələləri bilən, diqqət edən adamam. İlham Rəhimov sıradan bir adam deyil. Siz bunu niyə gözümçıxdıya salmısız? Niyə ondan düşmən düzəldirsiz? Mənim dediklərimin qayəsində bu olub ki, bunu özünüzdən uzaqlaşdırmayın, əksinə, istifadə edin. Yazmışdım ki, xaricdə yaşayan imkanlı, nüfuzlu adamları niyə didərgin salırsız? Niyə erməni fahişəni gətirib qəhrəman edib, sonra da ondan istifadə edir, siz isə Qarabağ probleminin açarını əlində saxlayan bir kişinin yanına gedə, onunla yeyib-içən adamı burdan diksindirirsiz?

- Amma hər kəsə bəllidi ki, İlham Rəhimovla yaxın münasibətləriniz var. Uzun illər bir yerdə olduğunuz "Ədalət Partiyası”nın sədri İlyas İsmayılovla aranız dəyən kimi onunla kəskin münasibətlərdə olan İ.Rəhimovla yaxınlığa başlamısız... Demək istəyirəm ki, Qüdrət Həsənquliyev barədə yazdıqlarınızın Rəhimovun müdafiəsi kimi anlaşılması bir qədər də təbiidir.
- Gəlin belə danışaq. Yenə deyirəm, mən heç kimi özümdən artıq kişi hesab eləmirəm! Düzdür, vaxtilə İlyas İsmayılovla çox yaxın dost olmuşam. Amma bu gün tamam pis münasibət var. Düzdü, mən İlyas İsmayılovla yaxın olanda, onun İlham Rəhimovla münasibətləri çox pis olub. İlham həmişə mənə xoş münasibət bəsləsə də, mən ona qarşı aqressiv olmuşam və bunu aşıq nümayiş etdirmişəm, özü də İlyasa görə. İndi bəziləri öz şərəflərinə uyğun olaraq, mənə şər atırlar, deyirlər ki, guya mən onu "kaşelyoka”-filana dəyişmişəm. Mən heç kimi heç nəyə dəyişməmişəm. İlyas İsmayılov mənə xəyanət edib! Ona görə də onunla münasibəti kəsmişəm. Mən 20 il ərzində onun bir sözünü iki eləməmişəm. Həyatda elə adam tanımıram ki, ona mənim qoyduğum hörməti qoysun...
Yəni məsələlərin dostluğa dəxili yoxdur. Mən haqqı deyirəm, kim necə qanır, özü bilər. Hərə öz dünya görüşü, əxlaqına uyğun şəkildə nəyisə qavrayır. Mən prinsiplərimi qarına dəyişənlərdən deyiləm.
- BAXCP ilə qarşıdurmadan sonra İlham Rəhimovla əlaqəniz, söhbətiniz olubmu?
- Bəli. Bir dəfə görüşmüşük.
- Nə deyir, bu məsələlərə reaksiyası necə oldu?
- Açığı deyim ki, mən bu gün içimdə İlham Rəhimovdan narazıyam. Ona görə ki, məndən çox onu söyürlər və o susur. Onun imkanı da mənimkindən dəfələrlə çoxdu. Bəs niyə çıxıb birinə cavab vermir?! Ortalıqda mən qalmışam. Bilirsən ki, mən prinsiplərimlə ilə bir yerdə səni də sən demədən, kişiyana müdafiə etmişəm! Bir reaksiyan olsun da!
- Hər halda bilir ki, sizi məhkəməyə veriblər... Nə deyir bu barədə?
- Görüşəndə dedim. O isə dedi ki, əşi boş ver, məhkəmə söhbətləri boş seydi. Elə bu da mənim xətrimə dəydi. Ola bilər səninçün boş seydi, amma axı mənə ağızlarına gələni deyirlər... Onun imkanları, işçiləri var. İstəsə mənə olan hücumların qarşısını aldıra bilər. Qalmışam bir ordunun qabağında tək. Hamısını qısqırdırlar üstümə. Bu qədər təhqirlərə dözmək elə bilirsiz asandı? Ola bilsin o ifadələrə layiq olanlar üçün bu asandır. Mən özümü zorla saxlayıram. İki oğlum var, onları da zorla saxlayıram. Xaricdə yaşasalar da zorla qarşılarını alıram. Arada istəyirəm, gedib öldürəm o alçaqları. Bu da mənə yaraşmaz.
Düzdü, məni söyənlərin hamısını vermişəm məhkəməyə. Amma məhkəmələr də sifariş alıb, iddialarımı müxtəlif bəhanələrlə götürmür.
- Kimlərdi onlar?
- Elçin Mirzəbəyli, Niyaməddin Orduxanli, Taleh Şahsuvarlı, Əli Həziquliyev...
- Bəs belə çətinliklərlə üzləşdiyiniz bir vaxtda, niyə başqalarını da prosesə qoşdunuz? Məsələn, Fəzail Ağamalını...
- Onunla necə odu, heç yadımda deyil. Yəqin təsadüfi olub.
- Bayaq dediniz heç nə təsadüfi deyil, ona görə soruşdum...
- Təsadüfi o baxımdan ki, mənim Fəzail dərdim yoxdu. Fəzailin hansı yuvanın quşu olduğunu hamı yaxşı bilir. Onun keçmişi də, indisi də... Mən həmin yazımda tək Fəzaildən söz açmamışdım. Biləsuvarda camaat ayağa qalxanda mən deputatların siyahısına baxdım. Dedim hamı Vahid Əhmədov deyil ki, Qubada narazılıq olanda xalqın qarşısına çıxsın, ağsaqqallıq eləsin. Fəzail və bir neçəsinin adını çəkib sual etmişdim ki, bu adamlar xalqın qarşısına çıxa bilərlər? Bunların işi xalqın yanında olmaq deyil, Milli Məclisdə tapşırıq yerinə yetirməkdir. Sonra da o mənə zəng elədi, hədə diliylə danışdı, "odboy” verdim. Əslində onun zəngi də, danışıq tərzi də göstərir ki, millət vəkilliyinə aidiyyəti yoxdur. Qanunverici orqanda əyləşən adam necə hədə dilində, küçə ifadələriylə danışa bilər? O Azərbaycanda nəyi təbliğ edir? "Oğruları”, cinayətkar aləmin adamlarını. Buna deputat demək olarmı?
Qaldı Etibar Məmmədova, onun da kim olduğunu hamımız bilirik.

- Bütün bunlar az qala hamıda belə bir fikir formalaşdırır ki, Aslan İsmayılov intriqaçıdır, qalmaqalı sevir...
- Mən elə adam deyiləm. Səmimi deyirəm bu cür adamlardan da zəhləm gedir. Əlavə olaraq bildirim ki, buna sağlamlığım da imkan vermir.
- Eyni vaxtda hamıya, xüsusən eyni regionun adamlarına cəbhə açmaq, həm də xüsusi bir məqsədin olması fikri də yaranır...
- Həmin adamların eyni regiondan olması ağlıma gəlməyib. Yeni informasiya oldu. Qaldı ki, məqsəd məsələsinə, vallah-billah heç bir məqsədim yoxdu. Mənim elədiklərimin 99 faizi balalarıma, bir faizi millətimə görədi. Mən istəmirəm nə vaxtsa, mən öləndən sonra mənim balalarıma mənim haqqımda da gorbagor desinlər.
- Bu proseslərin axırı nə ilə qurtaracaq sizcə?
- Bəlkə də öldürəcəklər... Qarşıda məni hansı təhlükələrin gözlədiyini bilən adamam. Tutula da bilərəm, öldürülə də bilərəm. Amma bunun heç biri məni qorxutmur. Artıq 60-a yaxınlaşıram Bu günə kimi şərəflə yaşamışam. Həyatda olan bütün iddialarımı təmin etmişəm. Kişi kimi də ölmək istəyirəm. Hörmət elədiyim vəkil Adil İsmayılov bir dəfə mənə dedi ki, səni öldürəcəklər, o qədər düşmən qazanmısan kimin öldürdüyünü müəyən edə də bilməyəcəyik.
Bu gün məni söyənlərin hamısını alın siyahıya. Yadda saxlayın. 20 ildən sonra onların harda olduğuna da baxarsız, mənim də.
AXC şinelindən çıxanların hamısı zəhərə bulaşıb. O qədər intriqalar, boş-boş qalmaqallar görüblər ki, heç istəsələr də başqa cür ola bilməzlər. Vaxtilə Əli, İsa Rəhim Qazıyevə satqın deyirdilər. İndi hamısı susub, Rəhim meydana gəlib. O gün "Azadlıq”a zəng elədim. Dedim, ay qardaşlar, siz palaz-palaz yazılar yazıb, bunun satqın olduğunu bildirirdiniz. İndi nə oldu, nə dəyişdi ki, bu adama meydan verirsiz? Dedilər, indi bizim məqsədimizə uyğun gəlir. Mən bu adamlara nə deyim? Heç vaxt marağıma uyğundur prinsipini qəbul etməmişəm.
- Aslan müəllim, dediklərinizdən belə görünür ki, vətənpərvər adamsız, dövlətə, millətə görə narahatsınız. Amma indi siz özünüz də satqınlıqda ittiham olunursuz. Mən, vaxtilə SSRİ-nin agenti kimi ölkəyə göndərilməyinizlə bağlı iddiaları nəzərdə tutmuram. Söhbət "Xəmsə” restoranının sahibi Mürvət Həsənlinin sizin açıqlamalarınıza qarşılıq olaraq irəli sürdüyü ittihamı – erməniləri müdafiə etməyinizi nəzərdə tuturam. Bunla bağlı nə deyə bilərsiz?
(Ardı var)
NUH.az
Oxşar xəbərlər
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 2025 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 2025 22:04
- Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov
15 oktyabr 2025 13:54
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 2025 13:11
- QƏDRİNİ BİLMƏDİYİMİZ NƏSİHƏT - HUMAY NƏHMƏTLİ
10 oktyabr 2025 21:45
- Sən bağlayan pəncərənin....- Vaqif Bayatlı Odər - 77 İL
2 oktyabr 2025 18:23
- Satışda olan balıqlarla bağlı qorxunc iddia: İnsan NƏCİSİ İLƏ QİDALANDIRILIR
30 sentyabr 2025 14:11
- Süleyman Dəmirəl 1967-ci ildə Sumqayıta niyə gəlmişdi? -VİDEO- NADİR GÖRÜNTÜLƏR
30 sentyabr 2025 12:35
- Sabiq nazirdən SENSASİON YAZI - Neçə-neçə vəzifəli şəxsin...
29 sentyabr 2025 01:13
Xəbər lenti
- Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...
21 oktyabr 01:54
- Brejnev-Ford görüşü – imzalanan mühüm saziş, xəz papaq və kürk mübadiləsi
20 oktyabr 22:55
- NAR Çoox Şanslı lotereyasına start verdi
20 oktyabr 22:06
- İlham Əliyevin Qazaxıstana səfəri başladı (FOTO)
20 oktyabr 16:44
- Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı- Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü (AUDİO)
20 oktyabr 16:32
- Ramiz Mehdiyevin SENSASİON SƏS yazısı - AUDİO
20 oktyabr 13:35
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
20 oktyabr 12:59
- Ramiz Mehdiyev biznes şəbəkəsini genişləndirmək üçün yaxın adamını necə səfir göndərib? — SENSASİON Faktlar
20 oktyabr 11:52
- Mənə Mehdiyev haqda bunu dedilər: elə bildim zarafatdır – Sərdar Cəlaloğlu
20 oktyabr 09:51
- ABORT edirsənsə, təkcə qadının deyil, kişinin də söz haqqı olmalıdır
20 oktyabr 09:05
- Bu gün Zəngilan Şəhər Günüdür
20 oktyabr 02:36
- İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib VİDEO
20 oktyabr 01:59
- Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
20 oktyabr 01:47
- Şimali Kiprin yeni prezidenti o oldu
19 oktyabr 23:13
- İlkin nəticələr açıqlandı - Ersin Tatar uduzur
19 oktyabr 21:23
- Zahid Oruc ittihamlara belə cavab verdi
19 oktyabr 21:17
- Kimin qarın ağrısı varsa, adımı hallandırır - Elmar Məmmədyarov
19 oktyabr 21:07
- Abbas Abbasovun Moskvadakı planı necə İFŞA EDİLDİ? - Mehdiyev işində daha bir SENSASİYA
19 oktyabr 08:15
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
19 oktyabr 00:22
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 22:34
- Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi
18 oktyabr 20:42
- İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
18 oktyabr 20:27
- 35 İL əvvəl professor Telman Qurbanovu harada ÖLDÜRDÜLƏR: EA-da KABİNETİNDƏ, yoxsa ? SİRR
18 oktyabr 15:56
- FAİZƏ götürdüyü 800 MANAT borcu qaytara bilmədiyi üçün özünü ÖLDÜRDÜ
18 oktyabr 14:48
- Bakıda iş adamı idman zalında öldü
18 oktyabr 13:27
- Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
18 oktyabr 11:51
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 11:23
- Mehriban Əliyeva: Azərbaycandakı sülh və əmin-amanlıq əbədi olsun!
18 oktyabr 10:26
- Putinlə istənilən formatda danışmağa hazıram – Ukrayna lideri atəşkəs çağırışı etdi
18 oktyabr 01:57
- Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən açıqlama
18 oktyabr 00:51
Video & Fotoqalereya
Video
Fotoqalereya