"Maqnit mağazalar" şəbəkisinin 9 mağazasının bağlanma sirri - "MTN işi"
Siyasət3 yanvar 2017 16:55
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə "Maqnit" mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayev zərərçəkmiş şəxs qismində istintaqa ifadə verib.
Report xəbər verir ki, o, dindirilərkən bildirib ki, 2015-ci ilin təxminən mart ayının sonunda mobil telefon nömrəsinə zəng gəlib və zəng edən şəxs özünü MTN-nin şöbə rəisi N.Alıyev kimi təqdim edib: "Məni həmin şəxs nazirliyə dəvət etdi. Əvvəllər MTN-lə heç bir münasibətim olmayıb. Lakin 1992-1994-cü illər ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkomaniya və Narkobiznesə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyim zaman oranın rəisi Eldar Mahmudov olduğundan, Akif Çovdarovu və Hilal Əsədovu çox yaxşı tanıyırdım. Təxminən 4-5 gündən sonra Natiq Alıyev mənə yenidən zəng edərək MTN-ə gəlməyimi istədi. Onunla başqa yerdə - MTN-in binasının yanında olan "Sultan" kafesində görüşməyə razılaşdım. O, nazirliyin 4-cü Baş idarəsinin üzərinə ciddi tapşırıqlar qoyulduğunu bildirərk, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müəyyən miqdarda MTN-ə pul verməli olduğunu söylədi. Natiq Alıyevin dedikləri ilə razılaşmadım. Lakin sonradan ondan hansı miqdarda pul verilməli olduğu barədə soruşdum".
S.Abdullayevin sözlərinə görə, N.Alıyev onun 500 min manat məbləğində pul verməli olduğunu deyib: "Həmin məbləğlə razlılaşmadım və ona 50 min manat pul təklif etdim. Bundan sonra Natiq Alıyev mənə hədə-qorxu gələrək qaçaqmalçılıq yolu ilə ölkəyə mal gətirdiyimi, 500 min manat məbləğində pul verməli olduğumu, verməyəcəyim təqdirdə problem yaradacağını, mağazalarımı bağlayacağını söylədi. Bu barədə vaxt istədim. Bir qədər sonra Natiq Alıyevə zəng vurub, 250 min manat verəcəyimi bildiridim. O da buna razı oldu və yenidən "Sultan" kafesində görüşdük. Natiq Alıyev əvvəlcə pulu götürməyərək öz rəisi kimi təqdim etdiyi Fizuli Əliyevi çağırdı, 10 dəqiqədən sonra həmin şəxs də kabinetə daxil oldu. Mən hissə-hissə onlara 250 min manat verdim. Bundan başqa, Fizuli Əliyevlə görüşdüyüm zaman o, mənim ətrafımda müəyyən əməliyyat-texniki tədbirlərin keçirilməsi barədə məlumat verdi. Fizuli Əliyev mənə təqdim etdiyi faktlardan sonra başa düşdüm ki, onlar telefon danşıqlarına qulaq asırlar".
Zərərçəkmiş ifadəsində qeyd edib ki, hadisədən sonra bir neçə dəfə F.Əliyev ona zəng edərək, aylıq 10-15 min manat istəyib: "Lakin onun təklifi ilə razı olmayaraq, bu barədə telefon vasitəsilə bildirdim".
İttiham aktında göstərilib ki, digər şahid qismində "Maqnit" mağazalar şəbəkəsinin baş mühasibi Natalya Rəhimova dindirilib. O, ifadəsində "Maqnit" mağazalar şəbəkəsinə 14 mağaza, anbar və mərkəzi ofis daxil olduğunu vurğulayıb: "Mağazalar şəbəkəsi fiziki şəxs Avdiyev İlqar Bayram oğlunun adına sənədləşdirilib və həmin şəxs rəsmi qaydada verdiyi VÖEN-ə əsasən vergi orqanlarında vergi ödəyicisi kimi qeydə alınıb. Şirkətin baş mühasibi kimi mən hər gün şəbəkəyə daxil olub, mağazaların satış nəticəsində əmələ gələn nağd pul vəsaitlərini qəbul etməklə həmin vəsaitləri müvafiq kassa hesablarına daxil etdirirəm. Şirkət İlqar Avdiyevin adına sənədləşdirilməsinə baxmayaraq, mağazalar şəbəkəsinin faktiki sahibi Abdullayev Seymur Azad oğludur".
N.Rəhimova S.Abdullayevə onun göstərişi əsasında kassadan əvvəl 100 min, daha sonra 150 min manat verdiyini deyib: "Pul alınmasına dair tərəfimdən müvafıq kassa məxaric orderi tərtib edilib. 2015-ci ildə şirkətə məxsus 9 mağaza bağlanıb".
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.
İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
NUH.az
Oxşar xəbərlər
- Bacısı oğlundan keçmiş deputata ittiham: Ştutqartı əlimizdən alıb
21 yanvar 2026 16:58
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 2025 11:22
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
5 sentyabr 2025 17:21
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
5 sentyabr 2025 01:00
- Azərbaycanlı iş adamı Rusiyada ən böyük mağazalarını itirdi
31 avqust 2025 14:56
- Sirri 114 il ərzində açılmayıb: Doroti Arnolda nə olub?
24 avqust 2025 15:30
- Ölkəyə ayaq açan bu oyuncaqlar ölüm saçır - XƏBƏRDARLIQ
21 avqust 2025 13:46
- Uzunömürlülüyün sirri: Alimlərin müəyyən etdiyi 5 əsas amil
20 avqust 2025 08:26
- Sağlam böyrəklərin 5 sirri: Çatışmazlığa qarşı erkən tədbir vacibdir
6 avqust 2025 15:22
- Qonağın güzgüyə baxması niyə bədbəxtlik gətirir? – Qədim inancın SİRRİ
3 avqust 2025 12:56
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
