"Dedilər ki, 300 mini gətirməsən, qadınlar üzünə duracaq" - "MTN işi"
Hadisə5 yanvar 2017 14:19
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) hazırda həbsdə olan sabiq idarə rəisi Sübahir Qurbanov, onun müavini Fizuli Əliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslərdən Səbuhi Məcidovun istintaq zamanı verdiyi ifadə məlum olub.
APA-nın məlumatına görə, Məcidov Səbuhi Abturab oğlu ifadəsində göstərib ki, 2014-cü ilin əvvəllərində maddi çətinliklərlə əlaqədar adına olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən bağ evini satmaq qərarına gəlib. Əvvəllər bağ evində olmuş və həmin vaxtdan bəyənmiş Rusiyada yaşayan tanışı Fizuli Rəsulovla mobil telefonla danışaraq 180 000 manata satılması barədə razılaşıb. 2014-cü ilin payızında o, Fizuli Rəsulovla «Port Baku» biznes mərkəzində adını xatırlamadığı restoranlardan birində görüşüb, bağ üçün 64000 manat beh alıb. Bundan sonra ikisi orada nahar edib. Biznes mərkəzindən çıxaraq taksiyə yaxınlaşarkən bir nəfər yanına gəlib və onunla getməli olduğunu deyib.
İfadədə bildirilib ki, özünü MTN-nin əməkdaşı kimi təqdim edən Fizuli Əliyevin idarə etdiyi qara rəngli "Hyundai" markalı avtomobillə MTN-nin yaxınlığındakı «Sultan» restoranına aparılan zərərçəkmiş buraya gətirilməsinin səbəbini soruşub. Fizuli Əliyev narahat olmamağı, istədikləri səbəbi göstərə biləcəklərini deyib. Onun üstünü axtarıb, çantasındakı 63715 manatı götürüblər, pulu cinayət yolu ilə əldə etdiyini, işinin istintaqa göndəriləcəyini deyərək, çantadakı puldan əlavə olaraq, 1-2 günə 300000 manat gətirəcəyi təqdirdə ona kömək edəcəklərini bildiriblər.
Nahar etdikdən sonra Fizuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədov onu MTN-nin nəzarət-buraxılış məntəqəsinə aparıblar. Orada Fizuli Əliyev «sabah 300000 manatı gətirməsən, qadınları bura gətirib, üzünə durmalarını istəyəcəyik, çantadakı pul bizə qalacaq, ailənin içində biabır olacaqsan, səni heç kəs qurtara bilməyəcək, ən ağır cəza alacaqsan» deyərək, hədə-qorxu gəlib. Zərərçəkən israrla pulunun olmadığını deyərək, saxlanılma səbəbini öyrənmək istəsə də, Natiq Alıyev «onda səndən 100000 manat alacağıq» deyə onu qorxudub. Fizuli Əliyev ona ertəsi gün saat 14:00-dək 100000 manat gətirməsini tələbə edib. Həmin gün saat 21.00 radələrində MTN-dən buraxılsa da, çantasından götürülən pulu qaytarmayıblar. Natiq Alıyev ona əlaqə saxlamaq üçün telefon nömrəsini verib.
Növbəti gün MTN-ə gedərək, Natiq Alıyevlə görüşüb. Natiq Alıyev onu əvvəlki gün saxlandığı otağa aparıb, daha sonra Zaur Məmmədov da ora gəlib. Onlar növbələşərək, pul verməyəcəyi təqdirdə həbs ediləcəyi, rüsvay ediləcəyi barədə söhbətlər ediblər. Saat 19.00-20.00 radələrinədək ac-susuz orada saxlayıblar. Həmin vaxt Zaur Məmmədov rəisi Fizuli Əliyevin onu «Sultan» restoranında gözlədiyini deyərək oraya aparıb. Bu işdə əsas fəallıq göstərənlər Fizuli Əliyevlə Natiq Alıyev olub. Zaur Məmmədov isə onların göstərişlərini qeyd-şərtsiz icra edib. Zaur Məmmədovla söhbətindən onun Vəhhabi təriqətinə mənsub olduğunu müəyyənləşdirib. Zaur Məmmədov onu «Sultan» restoranının kabinetinə gətirib, kabinetdə Fizuli Əliyev və Natiq Alıyev olub. O, içəri daxil olan kimi Fizuli Əliyev tapançasını çıxarıb, barmağında fırlatmağa başlayıb. Pulu nə üçün ləngitdiyini, ona bir gün də möhlət verdiklərini deyərək, evə buraxıb.
O, bütün gecə həmin pulu haradan tapa biləcəyini fikirləşsə də, çıxış yolu tapmayıb. Ertəsi gün səhər saatlarında MTN-nin nəzarət-buraxılış məntəqəsinə piyada gedərkən Fizuli Əliyev avtomobili yanında saxlayıb. Natiq Alıyev də avtomobildə olub. Onlar avtomobildən düşüb yolun kənarında dayanaraq ondan tələb etdikləri pulu gətirib-gətirməməsini soruşublar. O isə pul tapa bilmədiyini bildirib. Fizuli Əliyev "yaxşı, sənə inanırıq, telefonlarını bir ildir, dinləyirik, başqa pulunun olmadığını bilirik, sənin xahişini biz edərik» deyib. Aralarında söhbət 10-15 dəqiqə çəkib, onlar çıxıb gediblər.
MTN-nin əməkdaşları Fizuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədovun ona qarşı qanuna zidd hərəkətləri barədə qorxusundan heç kimə məlumat verməyib və heç bir dövlət strukturuna müraciət etməyib. Fizuli Əlyev, Natiq Alıyev və Zaur Məmmədov ondan götürdükləri 63.715 manat pulu isə ona qaytarmayıblar.
NUH.az
Oxşar xəbərlər
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 2026 13:38
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
3 fevral 2026 21:39
- İcra məmurları belə geyinəcək (FOTO)
3 fevral 2026 13:54
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27 yanvar 2026 21:29
Xəbər lenti
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
