“İvanovka malları” ilə bütün Azərbaycan aldadılır
Maraqlı7 yanvar 2017 17:15
Bakıdakı əksər iri ərzaq mağazalarında, eləcə də bütün bazarlarda "İvanovka məhsulları” adı altında şıdırığı satış həyata keçirilir. "İvanovka mallarıı” kimi təqdim edilən yağ, pendir, xama, qaymaq, süd, qatıq və sair ağartı məhsullarına alıcıların müsbət yanaşdığı heç kimə sirr deyil.
Böyük əksəriyyət bu qidaların İsmayıllı rayonunun malakanlar yaşayan məşhur İvanovka kəndindən gətirildiyini düşünərək, onları keyfiyyətli və qatqısız ağartı məhsulları kimi almağa tərəddüd etmir.
Amma əslində, heç xəbərimiz də yoxdur ki, "İvanovka” brendi altında süfrələrimizi bəzəyən bu məhsullar saxtadır.
Axı, İvanovkadakı Nikitin adına balaca bir kolxoz hər gün min tonlarla ağartı məhsullarını necə istehsal edə bilir ki, Bakı və digər şəhərlərdə, hətta rayonlarda belə, bütün ticarət obyektlərinə çatdırsın?
Bu suala cavab axtaranda şübhələnməyə başlayırsan. Doğrudanmı İvanovka bütün Azərbaycanı ağartı məhsulları ilə durmadan təmin edə bilir?..
Maraqlıdır, bütün mağazaların pixtaxtalarını zənginləşdirən bu məhsullar fasiləsiz olaraq necə və hansı şəraitdə istehsal olunur?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az saytına açıqlamasında mövzuya aydınlıq gətirib.
"İvanovka” adı ilə mənşəyi bəlli olmayan ağartı məhsulları yeyirik
"Azad İstehlakçılar Birliyi 4 ilə yaxındır ki, bu məsələni həll etmək üçün mübarizə aparır. Bütün dövlət orqanlarına bu barədə məlumat vermişəm. İvanokvanın Nikitin adına kolxozuna qədər getmişəm. Əslində, İvanovka kəndinin Bakıda 2 mağazası var. Buna baxmayaraq, "İvanovka” adı altında Bakıda 12-yə qədər mağaza fəaliyyət göstərir ki, onların da satdığı məhsulların bu kəndlə heç bir əlaqəsi yoxdur. Mən hələ bazarları, adında "İvanovka” sözü olmayan digər mağazaları, iri marketləri demirəm
Hamı bilsin ki, hazırda Bakıda cəmi 2 dükan İvanovkadan mal gətirib, onun satışını həyata keçirir.
Uzun müddətdir bir sıra gizli sexlərdə quru süddən, mənşəyi məlum olmayan südlərdən "İvanovka” mal nişanı adı altında ağartı məhsulları istehsal olunur. "Uzun Ömür İvanovka” və "Qafqaz İvanovka” MMC də Bakı ətrafında antisanitar şəraitdə mal istehsal edirlər. Həm "Uzun Ömür İvanovka”, həm də "Qafqaz İvanovka”nın sahibkarları ilə görüşmüşəm. Bu pis əməllərindən əl çəkmələri barədə ağsaqqal söhbəti aparmışam. Lakin onlar buna məhəl qoymayıb. İqtisadiyyat Nazirliyi qarşısında məsələ qaldırmışam. Adıçəkilən nazirlik də guya uzun-uzadı yoxlamalar aparıb. Amma nəticəsi yoxdur. 8 gün bundan əvvəl "Uzun Ömür İvanovka”nın kəsmiyindən Dilarə Vəliyeva adlı alıcı mənə şikayət edib. Bu məhsulun acı dad verdiyini deyib”.
"İvanovka heç yerə süd vermir”
Hüquq müdafiəçisi bildirib ki, bu məhsulları təkcə Bakıda deyil, Sumqayıtdakı marketlərdə də çox görmək olar.
"Sumqayıtdakı marketlərə getsək görərik ki, soyuducuların üzərində böyük hərflərlə "İvanovka südü, "İvanovka qatığı” və sairə yazılıb. Monitorinqlər göstərir ki, onların heç birinin İvanovka ilə əlaqəsi yoxdur. İvanovka kolxozunun sədrindən dəfələrlə rəsmi məktublar almışam. İvanovka kolxozu demək olar ki, heç yerə süd vermir.
Guya, İvanovkadakı "Nikitin” kolxozu Göyçayda yerləşən bir fermaya süd verir. Bakıda fəaliyyət göstərən "Uzun ömür İvanovka” MMC-dən deyirlər deyir ki, südü oradan gətirirlər. Dəfələrlə gedib orada insanlarla görüşmüşəm. Orada o qədər süd istehsal olunmur ki, bütün Azərbaycana bəs eləsin. İndi saxta məhsul istehsalı hesabına, "İvanovka” brendi adı altında əhalinin kütləvi aldadılması davam edir. Əhalinin bu saxta məhsuldan canını qurtara bilmirik, amma qurtarmalıdır”.
"Azərbaycan "İvan”dan xilas olmalıdır”
Eyyub Hüseynovun sözlərinə görə, hətta bu ad altında şərab da istehsal olunur.
"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə demişəm ki, "İvanovka” mal nişanını qeydiyyata alın”. Ümumiyyətlə, ölkədə "İvanovka” adı qeydiyyata alınmayıb.
"İvanovka” adı ilə mal buraxan firma gərək İvanovkanın özündə yerləşsin. Lakin o kəndə yerləşən heç bir firma yoxdur ki, məhsul da buraxılsın. Hamısı aldadıcıdır. Ortada anarxiya və böyük qanun pozuntusu var.
"İvanovka” adı altında şərablar buraxılır. Cürbəcür məhsul da istehsal olunur. Ümumiyyətlə, Azərbaycan "İvan” məsələsindən xilas olmalıdır. Cənab prezident çağırışlarında qeyd edib ki, "Made in Azerbaycan” brendi dünyada tanınmalıdır. İqtisadiyyat Nazirliyi də buna cavabdeh dövlət orqanıdır. Belə çıxır ki, İqtisadiyyat Nazirliyi saxta "İvanovka”nı dünyada tanıtmaq istəyir. Guya yoxlamalar aparırlar. Amma yoxlamalar nəticəsizdir. Məgər, bunu həll etmək dövlətin əlində çətin işdir?! Bunlar ciddi araşdırılmalıdır”.
NUH.az
Oxşar xəbərlər
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 2025 14:32
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 2025 11:38
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 2025 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 2025 00:52
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 2025 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 2025 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 2025 21:44
Xəbər lenti
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya
