ABŞ-da yaşayan azərbaycanlı milyonçu alim - FOTOLAR
Cəmiyyət8 yanvar 2017 18:18
O da Azərbaycanın bütövlüyünü arzulayan aydınlarımızdan biridir. Böyük Azərbaycan sevdalısıdır. Bütün varlığı ilə Azərbaycana, millətinə bağlı adamdır…
Əsilzadələrə xas olan mədəniyyəti, kübar davranışı, iti zəkası ilə minlərlə insanın rəğbətini qazanıb. Onunla həmsöhbət olarkən azərbaycanlı olduğundan mənəvi zövq alırsan…
Əlli dörd ildir ki, ABŞ-da yaşayır. Buna baxmayaraq, fikir və düşüncələrini ana dilində səlist, mükəmməl ifadə edə bilir…
Bəli, o da kifayət qədər maddi imkanları olan yüzlərlə soydaşımızdan biridir, amma maddi imkanlarını milli mənəvi dəyərlərin təbliğinə xərcləməyi bacaran nadir insanlardandır…
Cəsarətli ziyalıdır. 2015-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının iclasında geniş nitq söyləyir. Təqiblərdən qorxmayaraq çıxışında cənubda yaşayan azərbaycanlıların haqlarının İran dövləti tərəfindən kobudcasına pozulduğunu kəskin tənqid edir və bu problemi dünya ictimaiyyətinin nəzərinə çatdırır...
1999-cu ildə öz şəxsi hesabından bir milyon dollar ödəyərək ABŞ-dakı Amerika-Azərbaycan Ticarət Palatası üçün bina alıb. Üç rəngli bayrağımız bu gün də həmin binanın üstündə dalğalanır…
O, 1997-ci ildə xalq artisti, məşhur pianoçu Çingiz Sadıqovun müşayəti ilə Fidan və Xuraman bacılarının ABŞ-da konsertini təşkil edib və ABŞ-ın nüfuzlu orkestrlərindən birini kirayələməklə konsertin bütün maliyyə xərclərini özü ödəyib…
Azərbaycanda bir-neçə dəfə olub. Heç vaxt da əliboş getməyib…
ABŞ-da müasir texnalogiyalara uyğun, yüksək keyfiyyətli, on min tirajla audio disk buraxdıraraq, Bülbülün 100 illiyi münasibəti ilə Bakıda təşkil olunan yubiley tədbirinə hədiyyə edib…
O, 1974-cü ildə ABŞ-ın Miçiqan ştatı, Monro şəhərində yaratdığı özəl xəstəxananı 1994-cü ildən Qocalar evinə çevirib və məhz onun maddi imkanları hesabına orada ahıl yaşlı insanların yaşaması ilə yanaşı, müalicəsi də yüksək səviyyədə təmin olunur. Qırx nəfərlik xidməti personalı olan həmin qocalar evi iki dəfə Miçiqan ştatında birinci yerə çıxıb…
Bu siyahını uzatmaq da olar, amma onun xeyirxah əməlləri saymaqla tükənməz. Kim bilir, Allahla öz arasında sirr kimi qalan neçə-neçə xeyirxah əməlləri var…
Yaş fərqlərinə baxmayaraq Cavad Heyətlə uzun illər dostluq edib və dostunun fəaliyyətinə də biganə qalmayıb, dəfələrlə maddi dəstək göstərib…
Deyir ki, doktor Cavad Heyətlə onları bir-birinə bağlayan Azərbaycan sevgisi olub.
"O da mənim kimi Azərbaycan aşiqi idi. Doktor ömrünün son illərində Azərbaycanda tez-tez olurdu. Heydər Əliyevlə dostluq əlaqələri var idi. Heydər Əliyev ona çox həssas yanaşırdı. Hətta onun tapşırığı ilə Cavadın Bakıda yaşamasına şərait də yaratmışdılar. Bakıya səfərlərimin birində ona təklif etdim ki, Əbülfəz Elçibəylə görüşüb, onu ziyarət edək. O vaxt Elçibəy Kələkidən Bakıya təzə gəlmişdi. Cavad dedi ki, birdən bizim bu ziyarətimiz yaxşı qarşılanmaz. Doğrusu, nə mən, nə də o, Elçibəyi yaxından tanıyırdıq. Amma İran dövlətinin azərbaycanlılara qarşı ögey münasibətini tənqid etməsi, onların hüquqlarının pozulması haqqında dedikləri çox xoşuma gəlmişdi. Dedim, narahat olma, heç nə deməzlər, o da Azərbaycan tarixinin bir parçasıdır. Nədənsə razılaşmadı, özüm gedib Elçibəylə görüşdüm…”.
Ümummilli liderimiz Heydər Əliyev ilk dəfə ABŞ-da olarkən onun Vaşinqtonda, Çikaqoda Azərbaycan diasporu ilə keçirilən görüşlərində yaxından iştirak edib, onunla şəxsən görüşə bilib. Deyir ki, Heydər Əliyevə həmişə rəğbəti olub.
"Hələ sovet dönəmində Moskvada işləyərkən onun varlığından qürur duyurdum. Fəxr edirdim ki, SSRİ kimi nəhəng bir dövlətin başında duran insanlardan biri də Azərbaycan oğludur…”.
O vaxt Azərbaycanın ABŞ-da səlahiyyətli səfiri olmuş Hafiz Paşayevlə bu gün də dostluq əlaqələrini saxlamaqdadı. Deyir ki, Hafiz müəllim yüksək intilektə malik, sözün əsl mənasında ziyalı, insanpərvər, işıqlı şəxsiyyətlərdəndir.
"Çox şadam ki, "Bir səfirin monifesti” kitabında mənə də yer ayırıb…”.
Haqqında söhbət açdığım bu xeyirxah insan- ABŞ-da çox məşhur ürək cərrahı, professor Şapur Ənsaridir. Onunla ABŞ-ın Bloomfield Hill şəhərindəki evində- Xalq artisti, muğam ustası Alim Qasımovun ötən ilin axırlarında ABŞ-a səfəri zamanı, xalq artistinin gəlişi şərəfinə düzənlədiyi ziyafətdə tanış olduq. Əllidən çox ABŞ-da yaşayan azərbaycanlının iştirak etdiyi bu məclisə məni də dəvət etmişdi…
O, 1936-cı ildə, iyulun 2-də Cənubi Azərbaycanın Marağa şəhərində mülkədar ailəsində dünyaya gəlib.
1956-1963-cü illərdə Tehran Tibb Universitetində ali təhsil alıb. 1963-cü ildə İranda ABŞ-ın səfirliyində təşkil olunmuş müsabiqədən uğurla keçərək bu ölkəyə dəvət alıb. 1963-1968-ci illərdə ABŞ-ın Veysteti Tibb Universitetində ürək cərrahı ixtisasına yiyələnib. 1968-1971-ci illərdə Vaşinqtonda Corc Taun Universitetində təhsilini davam etdirib. 1971-ci ildə Miçiqan ştatının Monro şəhərinə dəvət almaqla həmin şəhərin iki böyük xəstəxanasında həkim-cərrah kimi çalışıb. Tezliklə kardialogiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1980-ci ilədək həmin vəzifədə işləyib.
1980-ci ildə Kanadaya dəvət alaraq bir il orda cərrah kimi fəaliyyət göstərib. 1981-ci ildə Vesqansen ştatının Mirvaki şəhər xəstəxanasında dünyaca məşhur amerikalı ürək-damar cərrahları ilə birlikdə beş il ürək damarlarının dəyişdirilməsi ilə məşğul olub və cərrahiyənin bu sahəsinə mükəmməl yiyələnib. O vaxta qədər dünya səhiyyəsində yalnız həmin xəstəxanada ürək damarlarını dəyişdirə bilirmişlər. Beləliklə o, ABŞ-da bu əməliyyatı apara bilən beş cərrahdan biri olur.
1986-1989-cu illərdə Ohaya ştatında çalışıb.
1989-cu ildə İran İslam Respublikasına dəvət alır, iki il ərzində orada bir neçə mütəxəsis yetişdirməklə ürək damarlarının dəyişdirilməsi cərrahiyyə əməliyyatlarının təməlini qoyur.
1992-ci ildə yenidən ABŞ-a qayıdaraq Miçiqan ştatında çalışır. Ötən bu müddət ərzində o, elmi fəaliyyətlə də məşğul olub, ABŞ-ın müxtəlif universitetlərində bu elmin sirlərini tədris edib, tibb elməri doktoru, professordur…
Deyir ki, İran Azərbaycanında doğulsa da özünü müstəqil Azərbaycanın bir parçası sayır.
"Çünki azddır, millətimin dili dövlət dilidir, insanları ana dilimizdə məktəbə gedir, bu dildə danışır. Harda olsam, hansı mühitə düşsəm də Azərbaycanla fəxr edirəm, azərbaycanlı olduğumdan qürur duyuram…”. Bakı Post
NUH.az





Oxşar xəbərlər
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 2026 14:30
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 2026 11:15
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 2026 17:24
- Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi... - Fotolar
11 may 2026 13:13
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı, Tehrandakı xəstəxanaya aparıldı
11 may 2026 12:56
- 29 yaşlı azərbaycanlı alim Tehranda edam edildi
11 may 2026 11:03
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 2026 00:48
- Serbiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
11 may 2026 00:10
Xəbər lenti
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
