Nurayın aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMA
Cəmiyyət9 yanvar 2017 12:58

"Komitə hazırkı vəziyyətdə məhkəmə qətnaməsinin icrası üzrə tədbirlərin davam etdirilməsinin Nuray Bayramzadənin mənafeyinə uyğun olmadığını hesab edir”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Nuray Bayramzadənin məsələsi ilə bağlı məlumat yayıb.
APA xəbər verir ki, məlumatda bildirilib ki, 11 noyabr 2006-cı il təvəllüdlü Nuray Əvəz qızı Bayramzadənin xalasından alınaraq atasına verilməsi barədə məhkəmə qətnaməsinin icrası ilə bağlı sosial şəbəkələrdə yayımlanmış video-süjetlə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş işçi qrup Quba rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Quba rayonunda azyaşlı və onun qohumları ilə görüşüb.
Görüş zamanı xalası Mehriban Eldarovanın himayəsində yaşayan Nurayın böyüdüyü və tərbiyə olunduğu şərait yoxlanılıb, onun özü ilə ətraflı söhbət aparılıb. Azyaşlı xalasından (ana deyərək çağırırdı) ayrılmaq istəmədiyini söyləyib. Nurayın xalası atanın uşağı ilə heç vaxt maraqlanmadığını, onu körpə vaxtında atıb getdiyini, uşağın on yaşının tamam olduğunu və buna görə də təkrar olaraq Nurayın öz himayəsində qalması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.
N. Bayramzadə 2010-cu ildə anasının vəfatından sonra Quba rayon İcra Hakimiyyətinin sərəncamı ilə xalası M.Eldarovanın qəyyumluğuna verilib. Atası Əvəz Bayramovun iddiası əsasında 2012-ci ildə Quba rayon Məhkəməsi uşağın atasına verilməsi haqqında qətnamə qəbul edib. Sumqayıt Apelyasiya Məhkəməsinin və 28 avqust 2012-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 10 aprel 2013-cü il tarixli qərarı ilə Quba rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb. 7 dekabr 2016-cı il tarixində Quba rayon icra şöbəsində icra prosesi zamanı N. Bayramzadə baş verənlərdən ağır stress keçirib: “Təqdim edilmiş sənəddə Quba rayon Mərkəzi Xəstəxanasının həkim-psixiatrı azyaşlının icra prosesində kəskin psixoemosional və fiziki təzyiqlərə məruz qaldığının şahidi olduğunu bildirib və yaşayış mühitinin dəyişdirilməsinin ona mənfi təsir edəcəyi barədə rəy verib”.
Yuxarıda göstərilənləri nəzərə alaraq Komitə hazırkı vəziyyətdə məhkəmə qətnaməsinin icrası üzrə tədbirlərin davam etdirilməsinin Nuray Bayramzadənin mənafeyinə uyğun olmadığını hesab edir: “Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq konvensiyalara əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Qərarların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məsələ ilə bağlı Komitə tərəfindən Ədliyyə Nazirliyi ilə əlaqə saxlanılıb. Nazirlik baş vermiş insidentlə bağlı hazırda xidməti araşdırma aparıldığını və nəticə üzrə qanunamüvafiq tədbirlər görüləcəyini bildirib”.
NUH.az
Oxşar xəbərlər
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
5 iyul 2025 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
5 iyul 2025 09:59
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
5 iyul 2025 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
5 iyul 2025 00:58
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
4 iyul 2025 19:44
- Ərdoğan Azərbaycana GƏLDİ
4 iyul 2025 13:56
- Pezeşkian Xankəndiyə GƏLDİ
4 iyul 2025 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
4 iyul 2025 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
4 iyul 2025 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
4 iyul 2025 09:42
Xəbər lenti
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
05 iyul 13:37
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
05 iyul 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
05 iyul 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
05 iyul 09:59
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
Video & Fotoqalereya
Video
Fotoqalereya