10 yaşlı Nurayın üzü göstərilməməli idi - EKSPERT
Müsahibə9 yanvar 2017 13:13
Sosial şəbəkələrdə 10 yaşlı Nurayla bağlı video geniş müzakirələrə səbəb olub. Nurayın illər əvvəl anası ilə birgə tərk edən atasına məcburi verilməsinin yer aldığı görüntülərdən görünür ki, uşağı xalasından zorla ayırmaq istəyirlər. Quba məhkəmə icraçıları onun azyaşlı olmasını belə nəzərə almayıb.
Bəs, kadrlarda Nurayın üzünün göstərilməsi nə qədər doğru idi? Aktual.az-ın sualını media hüququ üzrə ekpert Ələsgər Məmmədli cavablandırır:
- Uşağın üzünün göstərilməsi yanlışdır. Nurayın üzü mozaiklə bağlanmalıydı.
- Niyə?
- Burda iki önəmli məsələ var. Birincisi qanunvericilik, ikincisi jurnalist etikası tərəfi.
2016-cı ildə qüvvədə olan KİV haqqında Qanuna 11-ci maddəyə 4-cü bənd əlavə edilib. Həmin bənddə deyilir:
- yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir.
Nurayın başına gələnlərə baxdıqda, o, zərər çəkmiş şəxsdi. Ona qarşı mənəvi və fiziki işgəncə tətbiq edərək, onun iradəsinin ziddinə gedib, onu zorla biolojik atası olduğu söylənən şəxsə əşya kimi veriblər. Zərərçəkən kimi onun mənafeyini qanun qoruyur. Onda qanuni təmsilçi məsələsi gündəmə gəlir. Burda da bir dilemma var. Məhkəmə qərarına görə Nurayın bioloji "atası" qanuni təmsilçidir, lakin eyni zamanda onun mənafelərinə zərər verən tərəf də atasıdır.
- Belə olan halda onun razılığı nə qədər legitimdir?
- Bu ciddi sualdır. Xalaya gəldikdə, rəsmi olaraq ondan qanuni təmsilçilik alınıb. Beləliklə, xalanın razılığı hüquqi keçərli razılıq deyil.
Gördüyümüz kimi məsələ mürəkkəbdir. Bu halda Nurayı qorumalı olan dövlət qurumları olmalıdır, halbuki onlar da uşağa zərər vermiş, onun mənəvi və fiziki işgəncəyə uğramasına dəstək olmuşlar.
Odur ki, bu hadisə ictimai əhəmiyyət daşıdığından, media bunu icazə olmadan işıqlandıracaq. Çünki, Nurayın mənafeyi bunu tələb edir.
Amma onun üzünün göstərilməsi düşünürəm ki, etik baxımdan zəruri deyildi. Jurnalist etikası gərəyi üzü açıq vəziyyətdə verilməli deyildi.
Əlbəttə onun görüntülərini vermək zəruri idi, amma üz cizgilərini tanınacaq vəziyyətdə vermədən də problemi çatdırmaq olardı.
Uşağın inkişafını, ətraf mühitlə, uşaqlarla, məktəblə münasibətlərini nəzərə almaq lazımdır. Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarının 3.9-cu bəndində belə bir məqam var:
...Daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir. Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır.
NUH.az
Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Şəmşad Ağanın ailəsində daha bir itki
24 fevral 2026 10:31
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
Xəbər lenti
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
Video & Fotoqalereya
Video
Fotoqalereya
