Şahmatçının atasından Azad Rəhimova sərt ittihamlar
İdman13 yanvar 2017 19:59

"Vasif Durarbəyli hələ 2006-cı ildə 14 yaşlılar arasında dünya ikincisi və Avropa çempionu olduqda belə onunla maraqlanmadılar. Təxminən sentyabrdan yanvara qədər heç kim onu axtarmadı. Sanki sıradan nəticə göstərib”. Bunu Azərbaycanın tanınan şahmatçısı Vasif Durarbəylinin atası Sabir Ələkbərov deyib.
Hazırda ABŞ-da təhsil alan qrossmeysterin gələcək karyerasında ciddi problem yaranıb. Atasının sözlərinə görə, aşağı yaş qruplarında dünya və Avropa çempionu, beynəlxalq turnirlərin qalibi olmasına baxmayaraq, övladı biganəliklə üzləşib. Artıq 25 yaşlı Vasiflə Azərbaycan Şahmat Federasiyası (AŞF) arasında ciddi narazılıqlar yaranıb.
Ələkbərov bildirib ki, oğlu ilk ciddi uğurlarını qazandığı vaxtdan haqsızlıqlarla üzləşib: "Hələ 2006-cı ildə məcburiyyət qarşısında qalib, bunu mətbuata açıqlamışdım. Ardınca federasiyadan "niyə belə etdiniz, ilin sonunda biz bunu nəzərə alacaqdıq” söylədilər. Gənclər və idman naziri Azad Rəhimovun köməkçisi məni nazirliyə dəvət etdi. Oğlumun kompüter və yarışlara yollanmaq problemi ilə üzləşdiyini dedim. Rəhimov da kompüter verdi. Sonra bildirdi ki, yarışların Əsasnaməsini gətir, sizi turnirə özüm göndərəcəm. 1 il bitdikdə federasiya buna qıcıqlandı ki, məktubsuz yarışa necə gedirsiz? Ardınca yenidən əlaqələr kəsildi. Nazirin köməkçisi həmin vaxtdan indiyədək bizi qəbul etmir”.
Ələkbərov vurğulayıb ki, indiyədək federasiya tərəfindən övladına lazımı dəstək göstərilməyib. Bir çox müraciətlərdən sonra isə Mahir Məmmədov "SOCAR-Georgia” MMC-nin baş direktoru kimi 2008-ci ilin avqust ayının 11-dən 24-ə kimi Gürcüstana təlim-məşq toplanışına göndərib: "Ardınca yenidən adi qaydada hazırlıq keçsə də, 2010-cu ildə Vasif dünya çempionu adını qazandı. Həyatında yenə hansısa dəyişikliklər olmadı. 2014-cü ildə də mundialın qalibi olduqdan sonra çoxsaylı müraciətlərə əsasən, Moldovaya təlim-məşq toplanışına göndərmək qərarına gəldilər”.
Ələkbərovun sözlərinə görə, Moldova hazırlığı da yarımçıq olub və bunda AŞF-nın vitse-prezidenti Faiq Həsənov problem yaradıb: "Dedilər ki, məşqçini özünüz tapın. Bunu etdikdən sonra federasiya prezidenti Elman Rüstəmovun bu sahə üzrə köməkçisi də nə lazımdı edəcəklərini söylədi. 10 günlük hazırlıq üçün bütün məsələləri həll etdik. Bu zaman Həsənov ortaya çıxdı. Məşqçi Viorel Baloqanla əlaqə yaradaraq, çox yüksək məbləğ istədiyini dedi. 1 gün üçün 200 avroya razılaşmışdıq. Moldovada qalmaqla, gündəlik qida xərclərini qrossmeyster tərəfindən verilməsini məcbur etdi və dedi ki, biz sizə cəmi 2000 avro verəcəyik. Baloqan da "əgər elədisə, 7 gün məşğul olacam” cavabını verdi. Vasif lazımı kursu tamamlanmadı. Bunun üçün məhz həmin 3 gün çatmayıb. Nəticə çıxarın, əvvəl hər şeyi bizə həvalə etdilər. Bunu biz bacardıqdan sonra Həsənov dedi ki, guya biz çox məbləğ demişik və azaltdı”.
Ələkbərov bildirib ki, titullara yiyələnən oğlu 2015-ci ildə reytinqinə görə 4-cü yerdə olsa da, yenə də komandada ögey münasibətlə üzləşib: "Beynəlxalq qrossmeyster, dünya və ya Avropa çempionluğu, habelə ölkədə reytinqinə görə 4-cü yer də heç bir əsas vermədi ki, oğluma əmək haqqı versinlər. Bu məsələni qaldırdıqda yığmanın üzvü olmadığını dedilər. Mən "bu hansı əsasla seçilir” sualını verdikdə, Həsənov dedi ki, bunu komandanı baş məşqçisi seçir. 2012-ci ildə mərhum şahmatçımız Vüqar Həşimov xəstələndikdə baş məşqçi Vladimir Tukmakov məsələ qaldırdı ki, milliyə gələcək üçün əvəzedici hazırlanmalıdı. Həmin vaxt "Naxçıvan Open”i izləyib, seçimini də etdi. O, Vasifin üzərində dayandı. Ardınca bəyan etdi ki, onu millidə görmək istəyirəm. Ukraynalı mütəxəssis Durarbəylini əsas komandaya hazırlamaq və oğluma 1000 manat maaş verilməsi barədə də federasiyanı məlumatlandırdı. Təəssüf olsun ki, Tukmakovun bu sözləri rəhbərliyin xoşuna gəlmədi və yanvardan sonra komandadan uzaqlaşdırıldı. Məsələ də bağlandı. Həmin vaxtdan da millinin üzvləri necə seçilir, hələ də bilinmir. Əmsala görə deyirlər. Bu adam 4-cüdüsə niyə milliyə düşmədi və niyə indiyə kimi maaş almır? Hansı statuslar əsas götürülür?”
Qrossmeysterin atası oğlunun sosial durumundan da narazıdı: "Oğlumun əmsala görə qərarlaşdığı yerdən üzü yuxarı və aşağı hamısına ev verildi. Hansı ki, 5 il öncə Eltac Səfərlidən sonra dedilər ki, növbə sizdədi. Ancaq bunu da etmədilər. Ötən il adımızın ev siyahısına salındığını dedilər. 6 nəfərli ailə 39 kv2-lik evdə yaşayırıq. Vasif gəlib burda necə hazırlaşsın, necə evlənsin?”
Ələkbərov problemlərin haradan qaynaqlandığına da aydınlıq gətirib. O qeyd edib ki, tutarlı olmayan fakta görə oğlu ilə prinsip aparılır: "İllər öncə federasiyada kiməsə dərəcə vermək üçün oyun təşkil etmişdilər. Həsənov əvvəldən deyil, yarışa az qalmış oğluma birbaşa "burda oynamalısan” dedi. Vasif də "Mən orda əmsal itirə bilərəm, niyə gəlməliyəm ki?” cavabını verib. Bu da onun xoşuna gəlməyib və həmin vaxtdan da bu problem də davam edir”.
Sabir bəy vurğulayıb ki, oğlu vəsiqə qazandığı yarışlara aparılmayıb və əvəzində onun yerinə başları yollanıb: "Vasif 2013-cü ildə Dünya Kubokunda iştirak hüquqa yiyələnmişdi. Həmin yarışa Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov əmsala görə düşdü. Sonradan kimsə yarışdan imtina etdi və Eltac Səfərli də Dünya Kubokuna dəvət olundu. Amma federasiya prezidentinin bu 3 şahmatçı ilə yanaşı, yarışa getmək hüququna malik olmayan Rauf Məmmədov yollandı. Vasifi aparmadılar. Bu da psixoloji cəhətdən uşağa təsir edir. Yaxud, Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadasına hazırlıqlar, təlim-məşq toplanışları reklam xarakteri daşıdı. Yarışa 2 ay qalmış Elman Rüstəmovun Murad adlı köməkçisi zəng etdi ki, bəs Vasif hardadı? Məşqə gəlməlidi, yığmanın heyətindədi. İkinci komandada I lövhədə oynamalıdı. ABŞ-da oxuduğunu xatırlatdım. Əlaqə saxladım, xəbəri olmadığını dedi. Təcili bilet alındı və gəldi. Sonra maaş üçün müqavilə bağlanmalı idi. Vasif köməkçiyə anlaşma ilə razılaşmadığını bildirdi. Murad da rəhbərliyə çatdırmalı idi. Yarışa az qalmışdı, məsələ qaldırdılar ki, guya biz kimisə şantaj edirik. Oğluma dedim ki, turnir Azərbaycan üçündü, oyna. Amma məsələ tam başqa idi”.
Ələkbərovun sözlərinə görə, Olimpiada ərəfəsində də oğlunun hüquqları pozulub: "Azərbaycanda cəmi 7 şahmatçı 2600-dən yuxarı xala malikdi. Onlardan da Şəhriyarla Teymur 2700 çox yığıblar. Bir nəfər isə legioner Arkadi Naydiçdi. Eşitdiyimə görə, ayda 8000 avro verirlər. Oğlum hazırlansaydı, əcnəbiyə niyə o qədər pul verilirdi ki? Olimpiadada 4 nəfərdən Rauf Məmmədovla Eltac Səfərlinin hərəsinə 6000, Qədir Hüseynova 4000, oğluma 1500 manat maaş kəsmişdilər. Özü də onlara ya fevral, ya da aprel ayından əmək haqqı verilirdi. Bu hansı meyarladı, mənə çatmır. Hələ məsələ qaldırıblar ki, ABŞ-dan gəlib-getmə pulu da maaşın içindədi. Biz də müqaviləyə qol çəkmədik, açıq qaldı. Axırda xəzinədar zəng etdi ki, pul burda yığılıb qalıb. Cəmi 4 ayın pulunu verdilər. ABŞ-da təqaüd almır, həmin pula doğurdan da ehtiyac vardı. Müqaviləsiz filansız bir kağıza qol çəkib, pulumuzu götürdük”.
O, bildirib ki, AŞF-nın vitse-prezidenti Məmmədovun köməkliyi də uzun çəkməyib. Qurum rəsmisi 2013-cü ilin aprelində federasiya adından deyil, "SOCAR-Georgia” MMC-nin baş direktoru kimi lazımı dəstək olmağa başlayıb. 1-2 aylıq fasilə də olsa da, 1 il davam edib: "İstəyirəm ki, səbəbini biləm, Vasifin oxuduğu dövrdə xəbərdarlıq edilmədən niyə belə oldu? Ondan sonra yenə Həsənov ortaya girdi ki, federasiya sizə köməklik edəcək. Sentyabrda 500 manat yardım verdi. Onu da ərizə ilə müraciət edəndən sonra fasilələrlə və yanvar, ya fevralda yenidən saxladılar. Dedilər ki, Olimpiadada olacaq. Ondan sonra bu günə kimi heç nə vermirlər. Müraciətlərim cavabsız qalır. Həsənovun icazəsi olmadan, federasiyada milçək uça bilməz. Hər şeyi atır Rüstəmovun köməkçisi Muradı üstünə”.
Ələkbərov sonda gənclər və idman naziri Azad Rəhimova müraciət edib. O bildirib ki, nazirlə görüşüb, bir sıra məsələləri onunla müzakirə etmək arzusundadı. (apa)
NUH.az
Oxşar xəbərlər
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 2025 17:29
- Xalq artisti Elmira Rəhimova - 88 YAŞ
14 avqust 2025 11:35
- Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı
13 avqust 2025 22:27
- Doğum tarixiniz təsadüfi deyil - SEHRLİ GÜC
13 avqust 2025 10:13
- Aleksandr Duqindən Putinə: Çar var – beyin yoxdur, Rusiya BAŞSIZ TOYUQ kimi...
13 avqust 2025 09:57
- Netanyahu İran xalqına müraciət etdi
13 avqust 2025 09:13
- Vaşinqton razılaşması Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsini şəkilləndirir
16 avqust 2025 18:30
- Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yeni təyinat
12 avqust 2025 21:03
- Hər dəfə Bakıda hansısa binanı haqsız olaraq yerində görməyəndə...
11 avqust 2025 23:48
- Pezeşkian : HİCAB MƏSƏLƏSİNİ ZORLA ETMƏK OLMAZ - ŞOK
10 avqust 2025 21:39
Xəbər lenti
- Zelenski Trampla görüşmək üçün ABŞ-a yola düşdü
18 avqust 00:06
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
17 avqust 21:53
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 17:29
- Sabah Avropa liderləri Trampla görüşəcək
17 avqust 17:24
- Balakəndə camış sahibini vurub öldürdü
17 avqust 17:18
- Rəqsanə Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağını vəd edərək 520 MIN DOLLAR
17 avqust 17:05
- Daha bir rayonda dəbdəbəli yas verilməsi ləğv edildi
17 avqust 16:58
- İlk 7 ayda 127 milyondan çox insan metrodan istifadə edib (SİYAHI)
17 avqust 16:52
- Biz yenidən uçurum qarşısındayıq –Heydər Əliyev 50 il əvvəl Oljas Süleymanova nə deyib?
17 avqust 12:09
- Müslüm Maqomayevin SSRİ-də göstərilməyən konserti –Almaniya TV-sının 1973-cü ilə aid unikal görüntüləri (VİDEO)
17 avqust 11:07
- Zelenski: Bazar ertəsi Trampla görüşə hazırlaşırıq
17 avqust 10:24
- 15 milyona torpaq sahəsi aldı
17 avqust 09:50
- Bu ölkəni kütləvi etirazlar bürüdü - SON DƏQİQƏ
17 avqust 09:30
- Ərdoğanın oğlu Azərbaycana gəldi
17 avqust 09:02
- Putindən Trampa ŞOK TƏLƏB - Rus dili RƏSMİ dil olsun
17 avqust 00:45
- Tatarıstanlı nazir Talibanı -mehriban quldurlar- adlandırıb
16 avqust 23:25
- Zelenski Putinin tələbini rədd etdi
16 avqust 22:59
- Müğənni Rəqsanə HƏBS EDİLDİ
16 avqust 19:46
- Vidadi Babanlı vəfat etdi
16 avqust 19:38
- Birgə səylər beynəlxalq ictimaiyyət üçün müsbət nəticələr verə bilər
16 avqust 10:46
- Avropanın tərk edilmiş ən qorxulu 4 kəndi (FOTO)
16 avqust 10:29
- Trampdan Zelenskiyə məsləhət: Rusiya çox böyükdür, siz isə yox – razılaşma bağlayın
16 avqust 09:23
- Putin və Trampın görüşü ilə bağlı ilginc detallar
16 avqust 01:03
- Bir vaxtlar dünyaya pambıq satan Özbəkistan... ABŞ-dan pambıq alacaq
16 avqust 00:34
- Vladimir Putin və Donald Tramp Alyaskada görüşdü FOTO
15 avqust 23:28
- Çilingərin milyarder oğlu: -Razin uşağı- dünyanı necə fəth etdi?
15 avqust 17:13
- İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyuldu - İş adamı məhkəməyə üz tutdu
15 avqust 16:56
- Qazaxıstanda ailə-klan hakimiyyətinə son qoyulub - Tokayev
15 avqust 14:04
- 10 kilometrdən ( 10160 metr) DÜŞÜB SAĞ QALAN stüardessa - Sirrlə dolu...
15 avqust 12:35
- Rus rublundan qurtuluş - Azərbaycan manatının DOĞUM GÜNÜ - 33 İL
15 avqust 10:28
Video & Fotoqalereya
Video
Fotoqalereya