Ayaqqabı, prezervativ, daş və...

ABŞ-ın keçmiş prezidenti Corc Buşun İraq səfərində baş verən insident, yəni ərəb jurnalistin amerikalıların prezidentinə ayaqqabı atması dünyada gedən ciddi proseslərin bəlkə də ilk siqnalı idi.
Bu gün dünyada təkcə iqtisadi və maliyyə böhranı baş vermir. Dünya maliyyə böhranından daha çox mənəvi böhran yaşayır. Yəni maliyyə piramidalarından öncə mənəvi piramidalar çöküb. Bu açıq-aydın hiss olunur. Elə oğul Buşa İraq torpağında atılan ayaqqabı da həmin mənəvi böhrana etiraz idi. Çox maraqlıdır ki, öz prezidentlərini ölkələrinin mənəvi-siyasi simvolu hesab edən amerikalılar atılan ayaqqabını çox sakit qarşıladılar, hətta amerikalıların çoxu bunu təbəssümlə cavablandırdı. Sanki bu ayaqqqabı çoxdan atılmalıydı və çoxlarının ürəyindən idi. Elə bil hamının içində bir atılası ayaqqabı var idi, sadəcə bunu ərəb jurnalist atdı. Yuxarıda qeyd etdiyim kimi bu gün dünya çox ciddi şəkildə mənəvi böhran yaşayır. Demokratiya özü də bir mənəvi-əxlaqi-siyasi sistemdir, dəyərlər toplusudur. Bu mənada bu gün dünyada demokratiyanın da böhran yaşadığı göz önündədir. Bir sözlə, Buşa atılan ayaqqabı hansısa ərəbin emosionallığının, vətənpətvərliyinin göstəricisi deyildi.
Buşa atılan ayaqqabıdan sonra qardaş Türkiyədə daha dəhşətli hadisə baş verdi. Yəqin çoxlarının yaxşı yadındadır. Xəbər agentliklərinin yaydığı məlumata görə Türkiyədə keçirilən seçkilərdə seçki qutularından yüzlərlə "prezervativ" çıxdı. Açığı çoxlarına gülməli gələn bu olay məndə ciddi düşüncələr yaratdı. Demək türk qardaşlarımız da artıq seçkinin-filanın boş şey olduğunu, demokratiyanın bəlli güclərin əlində oyuncağa çevrildiyini dərk edirlər.
Sözün düzü, türk seçicilərin seçki qutusuna, daha doğrusu saxta demokratiyaya atdığı "şey", ərəb jurnalistin prezident Buşa atdığı ayaqqabı ilə müqayisədə daha biabırçı və utancverici idi. Sonradan bu ayaqqabı qiyamı daha bir neçə ölkədə təkrarlandı. Amma xeyri olmadı. Bunlar o qədər həyasızlaşıblar ki, atılan ayaqqabını, prezervativi, daha biabırçı şeyləri gülə-gülə qarşılayırlar. Mənəviyyatın böhranı budur. Arxasınca nələr baş verdi?
Bu yaxınlarda baş nazir Berluskoninin hərəkətlərindən bezmiş italiyanlar "ayaqqabının, prezervativin" təsir etmədiyini görüb daha aqressiv yola əl atdılar. Yığıncaqların birində əhalini içərisindən çıxan bir italiyan kişisi əlindəki balaca daş heykəllə baş nazir Berluskoninin vurub dişlərini sındırdı, sonra burnunu sındırdı, dodağını partlatdı, baş naziri yaxşıca əzişdirib qanına qəltan etdi. Biabırçı vəziyyətə düşmüş Berluskoni avtomobilə əyləşib qanı süzülə-süzülə aradan çıxdı. Əslində bir az ləyaqəti olan dövlət başçısı bu biabırçı olaydan sonra üzüsulu istefa verib vəzifədən gedərdi. Bəs əvəzində nəyi gördük? Baş nazir onu vuran şəxsin guya ruhi xəstə olduğunu bildirdi. Çox maraqlıdır ki, internet səhifələrində İtaliya vətəndaşlarının çoxunun baş naziri əzişdirən kişini dəstəklədiklərinin şahidi olduq. Deməli sayı 100 milyonu keçən italiyanların çoxu baş naziri əzişdirmək istəyir, amma bu şərəfli iş "ruhi xəstə"yə qismət olub.
Demək ayaqqabı atılır, dalınca prezervativ atılır, sonra daş atılır. Görəsən, növbəti dəfə nə atılacaq? Nə baş verəcək?
Adətən Şərq deyəndə Qərbin gözünün qarşısına ilk olaraq hərəmxana gəlir. Qərblilər həmişə Şərqi aşağılamaq üçün şahlarımızın hərəmxanalarını yada salırlar. Amma indi vəziyyət dəyişib. İndi demokratiyanın beşiyi olan Qərbin özü adamda hərəmxana təəssüratı yaradır.
Qərbin ən böyük dövlətlərindən biri, Qədim Romanın varisi olan İtaliyanın baş naziri Berluskonin şəxsi həyatı ilə bağlı son illər İtaliya və dünya mətbuatında yazılanlar və videogörüntülər onu göstərir ki, Qərb özü ciddi mənəvi-əxlaqi böhran keçirir. Mən hələ Fransanın prezidenti Sarkozinin macəralarını demirəm.
Bu yerdə yadıma rəhmətlik Leninin dünya inqilabı ideyası düşür. Bəlkə də heç yeri deyil. Nə bilim. Amma dünya çox ciddi bir sınaq qarşısındadır.
2009-cu il
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi
14 avqust 2025 09:06
- Makronun arvadı yenə gündəmdə: Bu dəfə... - Foto
9 iyun 2025 06:40
- Hər gün geyinmək olmaz: 4 zərərli GEYİM
16 mart 2025 15:23
- HEÇ NƏ DƏYİŞMƏYİB - İlhаm İsmаyıl
22 fevral 2025 17:32
- ŞOK! Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi
11 dekabr 2024 21:00
- Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
30 noyabr 2024 10:39
- Azərbaycanlı general və şəriki tərliklə 10 milyonlarla pul -yuyub
12 noyabr 2024 18:58
- Yəhudilərin Fəlakət günü – Avqustun 12-13-də nə baş verəcək,Tiş'a B'Av nə deməkdir?
5 avqust 2024 10:08
- YAP-ın ən varlı namizədlərindən biri: Məhəməliyevin sərvətinin – TAM SİYAHISI
2 avqust 2024 16:17
- Malayziyada sarı paltar niyə qadağandır?
28 iyun 2024 00:52
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
- Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA
12 oktyabr 00:35
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 22:05
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 20:31
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38